Abşeron rayon Mədəniyyət Mərkəzində təşkil edilmiş tədbirdə Abşeron rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədova da iştirak edib. İradə Gülməmmədova 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibəti ilə tədbir iştirakçılarını və onların simasında rayonun bütün qadınlarını təbrik edərək xoş arzularını çatdırıb.
Rayon rəhbəri bildirib ki, son illər ölkənin birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva və fondun vitse-prezidenti Leyla xanım Əliyevanın timsalında Azərbaycan qadını tam azad, ictimai-siyasi fəaliyyətdə aktiv rol oynadığını bütün dünyaya aydın şəkildə nümayiş etdirir.
Azərbaycan qadınlarının tarixin bütün dövrlərində qəhrəmanlıq, cəsurluq, fəallıq, yenilməzlik nümunəsi olduğunu, cəmiyyət həyatına mütəmadi nüfuz etdiyini, öz milli xüsusiyyətlərini, ülvi, ali hisslərini qoruyub saxladığını vurğulayan başçı əlavə edib ki, ümummilli lider Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışından sonra qadınların ölkəmizin ictimai-siyasi, mədəni həyatında daha fəal iştirakına geniş yer verilib. Bunun nəticəsində də qadınların dövlət quruculuğu işlərinə cəlb olunma sayı artıb. Ümummilli Liderin bu siyasəti möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən bu gün uğurla davam etdirilir.
İcra başçısı vurğulayıb ki, respublikamızın hər yerində olduğu kimi, Abşeronda da qadınlar rayonun ictimai-siyasi, mədəni və iqtisadi həyatında fəal iştirak edərək rayonumuzda uğurla həyata keçirilən genişmiqyaslı quruculuq və abadlıq işlərinə öz töhfələrini verirlər.
İ.Gülməmmədova Abşeron rayonunda son illər uşaqların hüquqlarının qorunnması , onların sağlam böyümələri və mükəmməl təhsil almaları üçün yaradılan şəraitdən də həvəslə danışaraq, uşaqları bayram münasibəti ilə təbrik edib.
İcra başçısı çıxışının sonunda qeyd edib ki, Prezident İlham Əliyevin apardığı məqsədyönlü siyasət nəticəsində Azərbaycanın ərazi bütövlüyü tezliklə bərpa olunacaq, üçrəngli bayrağımız işğal altındakı torpaqlarımızda dalğalanacaq.
Bayram tədbiri Xırdalan şəhərində yerləşən məktəbəqədər təhsil müəssisələrindən olan balaca fidanların ifasında rəngarəng musiqi nömrələri, vətənpərvərlik mövzusunda hazırlanmış ədəbi kompozisiya və rəqslərlə davam etdirilib.
Şamo Əliyev