Hər il olduğu kimi Abşeron İcra Hakimiyyəti tərəfindən Böyük Vətən müharibəsi veteranlarına, tənha və kimsəsizlərə, aztəminatlı ailələrə, Qarabağ müharibəsi və Çernobıl qəzası əlillərinə, kimsəsizlərə, tənhalara, 20 yanvar əlillərinə və şəhid ailələrinə, rayonun ərazisində məskunlaşmış qaçqın və məcburi köçkünlərə, əlillərə və yardıma daha çox ehtiyacı olan şəxslərə Novruz bayramı münasibəti ilə ərzaq yardımından ibarət 1000-dən çox bayram sovqatı paylanılıb.
Abşeron rayon İcra hakimiyyətinin əməkdaşları yerlərdə şəhid ailələri və Qarabağ müharibəsi əlilləri ilə görüşərək Novruz Bayramlarını təbrik ediblər. Səmimi söhbət zamanı şəhid ailələrinə və Qarabağ əlillərinə dövlət tərəfindən göstərilən yüksək diqqət və qayğıdan ətraflı bəhs edilib.
Sovqatları qəbul edən rayon sakinləri Abşeron rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədovanın hər zaman onlara göstərdiyi yüksək diqqət və qayğısına görə öz dərin minnətdarlıqlarını bildiriblər.
Şamo Əliyev