Xəbər lentİ

Abşeronun 35 min 976 sakini tibbi müayinədən keçib

14:03, 01.04.18
Oxunub: 1 168
Gundem / SƏHİYYƏ
Abşeronun 35 min 976 sakini tibbi müayinədən keçib

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq bölgələrdə əhalinin profilaktik müayinəsi davam edir. Xəstəlikləri vaxtında aşkarlamaq və müalicəsini təşkil etmək məqsədi daşıyan bu humanist aksiya Abşeronda da yüksək səviyyədə həyata keçirilir. Bu məqsədlə Abşeron rayon icra hakimiyyətində xüsusi qərargah yaradılıb, qrafik tərtib olunub. Həmçinin müxtəlif ixtisaslı peşəkar həkimlərdən ibarət həkim briqadaları yaradılıb.

Rayonda qeydiyyatda olan əhali fevralın 12-dən mayın 12-dək pulsuz kütləvi tibbi müayinədən yararlana biləcək. Profilaktik tibbi müayinələrin aparıldığı müəssisələr müəyyənləşdirilib və lazımi tibbi ləvazimatlarla təmin olunub. Əhali yerli telekanal və qəzetlər vasitəsilə tibbi müayinələrin aparılması barədə ətraflı məlumatlandırılıb.

Tərtib edilmiş qrafik əsasında rayon ərazisində fəaliyyət göstərən səhiyyə ocaqlarına profilaktik tibbi müayinələr üçün müraciət edən hər bir pasiyent qeydiyyatdan keçirilir və həkim-mütəxəssislər tərəfindən ilkin müayinə aparılır. Tibbi göstəriş olduqda onlara köməkçi - instrumental tibbi müayinə tətbiq edilir və lazım gəldikdə, digər mütəxəssislərlə konsultasiya olunurlar.

Fevralın 12-dən martın 31-dək 35 min 976 rayon sakini tibbi müayinədən keçib. Onlardan 2178-i ambulator, 420-si stasionar müalicəyə, 30 nəfər isə cərrahi əməliyyata cəlb edilib.

Dövlətimizin başçısının bu humanist təşəbbüsü rayon sakinləri tərəfindən böyük razılıqla qarşılanır və kütləvi tibbi müayinəyə böyük həvəslə gəlirlər. Müayinədən keçənlər xeyirxah aksiyanı yüksək qiymətləndirir, qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildirirlər.

Abşeron rayon Poliklinkasının baş həkim vəzifəsinin müvəqqəti icraçısı Əminə İsmixanova

Fikirlər

 Oxşar xəbərlər: