Fransanın məşhur “AGORA VOX Le media citoyen” informasiya portalı Azərbaycanın tanınmış və fəaliyyətində uğur qazanmış qadınları haqqında məqalə dərc edib. Məqalədə azərbaycanlı xanımların fəaliyyət göstərdiyi sahələr haqqqında məlumatlar və onların fikirləri yer alıb. Portalın haqqında məlumat verdiyi qadınlardan biri də Abşeron rayon İcra Hakimiyyətinin başçısı İradə xanım Gülməmmədovadır.
“AGORA VOX Le media citoyen” informasiya portalının yazısını oxuculara təqdim edirik: - İradə Gülməmmədova Abşeron rayon İcra Hakimiyyətinin başçısıdır. Abşeron, paytaxt Bakının yanında yerləşən 15 kənd və qəsəbəyə və 500 000 sakinə malik olan bir rayondur. Bu rayon dotasiya almadan, yerli investorlar ilə dövlət büdcəsinə müraciət etmədən yaşayır. Rayonda sənaye müəssisələri fəaliyyət göstərməklə özünün kənd təsərrüfatı bölmələri ilə Bakını qidalandırır. Və İ.Gülməmmədova bu böyük ərazi vahidini idarə edən bir qadındır. O, Bakı Uşaq Poliklinikasının baş həkimi kimi 17 il işdən sonra dövlət idarəçiliyinə gəlir. Artıq 13 ildir ki, rayon icra hakimiyyətində çalışır. Evlidir, 2 övladı var:
- Müsəlman ölkəsi olaraq respublikanın qanunlarına hörmət göstərilməlidir. Ancaq liderlər əhali ilə təmasda olmalıdır. Hər bazar ertəsi yerli icra orqanlarının nümayəndələrinin, bələdiyyələrin iştirakı ilə vətəndaşların qəbulu keçirilir. Hər həftə sonu isə kənd və qəsəbələrdə görüşlər təşkil olunur. Kənd və qəsəbələrdə yaşayan sakinlər uzaq məsafələr qət etməsin deyə, icra strukturları da onlara doğru gedir. Bu cür qəbullar problemlərin birbaşa həll olunmasında, digər müraciətlərlə bağlı aidiyyatı orqanlar qarşısında məsələ qaldırılmasında əvəzsizdir. Hər şey yerli rəhbərliyin diqqətindədir və məqsəd də su təchizatını, zibil yığımını, ağac əkilməsinı, yollar üçün asfaltın döşənməsini, uşaq bağçalarının inkişafını təşkil etməkdir. İşlərin çoxluğu günləri 8-dən 9-a qədər uzadır. Qadınlara qarşı ayrı-seçkilik yoxdur. Əgər SSRİ illərində bəzi kəndlərdə qızlar təhsil almırdısa, hazırda bütün qızlar təhsil alır.