Xəbər lentİ

“Məzun evi”də Beynəlxalq Əlillər Günü qeyd edildi – İcra başçısı əlillərlə görüşdü

20:24, 29.11.18
Oxunub: 1 656
Gundem / MƏDƏNİYYƏT
“Məzun evi”də Beynəlxalq Əlillər Günü qeyd edildi – İcra başçısı əlillərlə görüşdü

Abşeron rayonunun Masazır kəndində yerləşən “Məzun evi”ndə 3 Dekabr Beynəlxalq Əlillər Günü münasibəti ilə tədbir keçirilib.

Tədbirdə Abşeron RİH başçısı iradə Gülməmmədova, rayonun hüquq mühafizə orqanlarının rəhbərləri, QHT və KİV nümayəndələri iştirak edib.

Məlumat üçün bildirək ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun “Məzun evi” Sosial Müəssisəsində dövlət uşaq müəssisələrinin məzunu olan 243 nəfər gənc ailə (492 nəfər) mənzillə təmin edilib ki, onlardan da 55 nəfəri əlilliyi olan insanlardır.

Tədbir iştirakçıları ilk növbədə “Məzun evi”ndə yaşayan əlilliyi olan şəxslərin əl işlərindən ibarət sərgi ilə tanış olublar.

Abşeron Rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədova çıxış edərək bildirib ki, ölkəmizdə dövlət uşaq müəssisələrinin məzunları üçün “Məzun evi” Sosial Müəssisəsinin fəaliyyət göstərməsi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin uğurlu sosial siyasət kursunun hər bir vətəndaşın, o cümlədən valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş gənclərin rifahına təminat verdiyinin əyani təzahürüdür. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın humanist təşəbbüsü ilə burada iki yaşayış binası inşa edilərək qeyd olunan gənclərin istifadəsinə verilib və daha bir 120 mənzilli binanın yaxın günlərdə açılışı nəzərdə tutulub.

“Məzun evi” sosial müəssisəsinin direktoru Rüxsarə Axundova vurğulayıb ki, müəssisədəki digər şəxslər kimi, buradakı əlilliyi olan şəxslərin də məşğulluğunun təminatı üçün məqsədyönlü işlər görülür. Həmin şəxslərdən 6 nəfərinin elə “Məzun evi”nin özündəki ştat vahidlərində, 3 nəfər əlilliyi olan şəxsin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin dəstəyi ilə burada yaradılan xalça və tikiş sexlərində, digər bir sıra əlilliyi olan şəxslərin isə ayrı-ayrı iş yerlərində işlə təmin edilib. Dövlət uşaq müəssisələrinin məzunu olan gənclər buraya köçürüldükdən sonra onların bir hissəsi ailə qurub.

“Məzun evi”nin sakinləri bu gün qayğı mühitində yaşadıqlarını və artıq kimsəsizlik sıxıntısı çəkmədiklərini bildiriblər. Onlar valideynlərini itirmiş və valideyn himayəsindən məhrum gənclərə, eləcə də onların sırasında əlilliyi olan şəxslərə göstərilən yüksək diqqət və qayğıya görə Azərbaycan Prezidenti cənab İlham Əliyevə dərin minnətdarlıqlarını ifadə ediblər.

Sonda “Məzun evi”nin əlilliyi olan sakinlərinə müxtəlif hədiyyələr verilib.

Şamo Əliyev

Fikirlər

 Oxşar xəbərlər: