
Abşeron Rayon İcra Hakimiyyətinin iclas salonunda bu ilin 3 ayında rayonun sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş yığıncaq keçirildi.Tədbiri Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov açdı. O, dövlətimizin başçısı İlham Əliyevin respublika Nazirlər Kabinetinin 13 aprel 2014-cü ildə keçirilmiş geniş iclasında söylədiyi nitqə istinad edərək, bu ilin 3 ayında ölkə iqtisadiyyatının nailiyyətlərindən söz açdı.
Abşeron rayonu da respublikanın sabit və intensiv inkişafı fonunda dinamik inkişaf yolu keçir. Sənaye istehsalının həcmi artmışdır. Adambaşına gəlir də artmışdır. İlin əvvəlindən rayonda yeni iş yerləri yaradılmışdır. Rayon sakinlərinin vaxtı çatmış problemlərini həll etmək üçün bütün zəruri tədbirlər görülmüşdür.
Rayon icra hakimiyyəti başçısının müavini İradə Gülməmmədova hesabat məruzəsində rayonun bütün strukturlarının fəaliyyəti ətraflı təhlil edilmişdir. İlin əvvəlindən Xırdalanın küçələrində və şose yollarında, habelə rayonun kənd və qəsəbələrində yüz min kvadratmetrlərlə asfalt döşənmiş, onlarca transformator qoyulmuş və təmir edilmiş, yeni su, elektrik xətləri çəkilmiş, rayonun abadlaşdırılması və yaşıllaşdırılması istiqamətində irimiqyaslı işlər görülmüşdür.
Məruzədə təhsil sistemində nəzərə çarpan uğurlardan, səhiyyə və mədəniyyət müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi işlərindən danışılmışdır. Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə rayonda müasir Olimpiya idman kompleksi, mərkəzi rayon xəstəxanası,Musiq,Şahmat məktəbləri,Heydər Əliyev mərkəzi və digər sosial obyektlər inşa edilir.
Məruzə ətrafında çıxış edənlər rayonun bir sıra struktur və bölmələrinin fəaliyyətindən danışaraq, hesabat dövründə onların işini təhlil etdilər
Baş redaktor: Şamo Əliyev

