Xəbər lentİ

Abşeron rayonunda Məhəmməd Füzülinin anadan olmasının 520 illik yubileyinə həsr olunmuş “Füzuli dühası” adlı ədəbi-bədii gecə keçirildi.

22:45, 23.04.14
Oxunub: 4 919
Gundem / TƏHSİL
Abşeron rayonunda Məhəmməd Füzülinin anadan olmasının 520 illik yubileyinə həsr olunmuş “Füzuli dühası” adlı ədəbi-bədii gecə keçirildi.
23 aprel 2014-cü il tarixində 2 saylı Xırdalan şəhər orta məktəbində,məktəbin direktoru və Abşeron rayon təhsil şöbəsinin təşkilatçılığı ilə Məhəmməd Füzülinin anadan olmasının 520 illik yubileyinə həsr olunmuş “Füzuli dühası” adlı ədəbi-bədii gecə keçirildi. Abşeron rayon mədəniyyət işçilərinin , Abşeron rayon İcra Hakimiyyətinin nümayəndələrinin, məktəbin fəal şagirdləri və diğər qonaqların iştirak etdiyi tədbirdə görkəmli orta əsr Azərbaycan şairi və mütəfəkkiri, Azərbaycan-Türk ədəbiyyatı tarixində divan janrının ən möhtəşəm nümayəndələrindən biri olan Füzulinin həyat və yaradıcılığından, onun əsərlərinin təkcə Azərbaycan poeziyası üçün deyil, bütövlükdə Şərq ədəbiyyatı, eləcə də dünya ədəbiyyatı üçün əhəmiyyətli olduğundan söhbət açıldı.Tədbirdə gənc ədəbiyyatsevərlər tərəfindən səsləndirilən dahi şairin qəzəlləri və poemalarından parçalar qonaqlara zövqlü dəqiqələr yaşatdı.

Baş redaktor: Şamo Əliyev



Fikirlər

 Oxşar xəbərlər: