Ümummilli lider Heydər Əliyevin anadan olmasının 91 ci ildönümü münasibəti ilə Abşeron rayon Fatmayi kəndində yeni tikilmiş Fatmayi Həkim poliklinikasi istifadəyə verildi
Son illər ölkəmizin digər bölgələrində olduğu kimi,Abşeron rayonunda da səhiyyə sistemi özünün ən uğurlu inkişaf dövrünü yaşayır.Yeni istifadəyə verilən Fatmayi Həkim poliklinikasi ən son tələblərə cavab verən avadanlıqla təhciz edilib.Bu səhiyyə ocağının istifadəyə verilməsi Fatmayi kənd sakinlərinin keyfiyyətli səhiyyə xidmətindən rahat istifadə etməsinə daha çox kömək edəcəkdir. Abşeron rayon ictimaiyyətinin,idarə və müəssisə rəhbərlərinin iştirak etdiyi tədbirdə Abşeron Rayon İcra Hakimiyyəti başçısı Zakir Fərəcov müstəqil Azərbaycan dövlətinin qurucusu ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətindən danışdı.Bildirildi ki,ulu öndər Heydər Əliyev 20 ci əsrin ən parlaq simalarından və parlaq şəxsiyyətlərindən biridir. Vurğuladı ki, müstəqilliyimizin və suverenliyimizin xilaskarı,müasir Azərbaycanın qurucusu kimi tarixə düşən ulu öndər Heydər Əliyevin ölkəmizin inkişaf prespektivlərini müəyyənləşdirən siyasi kursu bugünkü uğurlarımızın əsasını təşkil edir və qədrbilən hər bir Azərbaycan vətəndaşının qəlbində ulu öndərin ölməz obrazı yaşayır. Böyük Azərbaycanlı,dünya azərbaycanlılarının fəxri,milli və mənəvi lideri Heydər Əliyevin əmanət qoyduğu müstəqil Azərbaycan onun ölməz ideyalarının işığında ölkə Prezidenti cənab İlham Əliyevin müdrik rəhbərliyi ilə gələcəyə inamla addımlayır.Azərbaycanda səhiyyə sektorunun inkişafı ilə bağlı islahatlar dövlətin həyata keçirdiyi sosial siyasətin başlıca istiqamətlərindən birini təşkil edir.Son illər Prezident İlham Əliyevin səhiyyənin inkişafı ilə bağlı həyata keçirdiyi məqsədyönlü siyasət bu sahənin keyfiyyət və kəmiyyət göstəriciləri ilə zənginləşməsinə səbəb olub.Səhiyyə ilə bağlı mühüm Dövlət Proqramlarının hazırlanaraq həyata keçrilməsi,əhalinin sağlamlığının daha etibarlı şəkildə qorunması,onların ən yüksək səviyyədə tibbi xidmətlərlə əhatə olunması bu istiqamətdə aparılan siyasətin əsas prioritetləridir.Səhiyyə müəssisələrinin təmiri və bərpası,ən müasir avadanlıqla,həmçinin vətəndaşların pulsuz dərman vasitələri və preparatlarla təhciz olunması,müalicəsi,regionlarda diaqnostika mərkəzlərinin tikilərək istifadəyə verilməsi,uşaqların bütün növ tibbi xidmətlərlə ən yüksək səviyyədə əhatə olunması səhiyyə sahəsində islahatların əsasını təşkil edir.Bu məqsədlə ölkənin hər yerində əhalinin tibbi xidmətlərlə keyfiyyətli şəkildə təmin olunması üçün bütün növ müayinə və müalicəni,əməliyyatları həyata keçirməyə imkan verən yeni müəssisələr yaradılıb.Yeni bina ilə tanışlıq zamanı bildirildi ki,əhaliyə xidmət edəcək bu səhiyyə ocağı xidmətin müxtəlifliyi ilə də fərqlənir.Məntəqənin ümumi sahəsi 1300 kvadratmetr,binanın sahəsi isə,həyəti yaşıllaşdırılıb,asfalt örtüyü çəkilib. Burada müxtəlif xəstəliklərin müayinəsi və müalicəsi mümkün olacaqdır.Terapiya,stomotoloq,labarotoriya,pediatriya,ginekoloq,peyvənd otaqları tibbin ən son nailiyyətləri olan avadanlıq və cihazlarla təmin edilib.