Absheron Media
Haqqımızda Bizimlə əlaqə

Abşeron rayonunda Beynəlxalq Ailə Günü ilə bağlı bayram tədbiri keçirildi

Tarix:15-05-2014, 19:47

Abşeron rayonunda Beynəlxalq Ailə Günü ilə bağlı bayram tədbiri keçirildi
BMT Baş Məclisinin 1993-cü il 20 sentyabr tarixli qətnaməsinə əsasən, hər il mayın 15-i bütün dünyada Beynəlxalq Ailə Günü kimi qeyd olunur.

Bu münasibətlə mayın 15-də Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin (AQUPDK) və Abşeron Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə bayram tədbiri keçirildi.
Bayram şənliyində tanınmış ictimai xadimlər, xarici ölkələrin ölkəmizdəki səfirləri, beynəlxalq təşkilatların və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak edirdilər
Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov Beynəlxalq Ailə Günü münasibətilə tədbir iştirakçılarını təbrik etdi, ailələrə səadət arzuladı.

Z. Fərəcov AQUPDK-nın təşəbbüsü ilə respublikada hər il Beynəlxalq Ailə Günü münasibətilə silsilə tədbirlərin keçirildiyini diqqətə çatdırdı və bunu dövlətin öz vətəndaşlarına verdiyi yüksək qiymətin bariz nümunəsi kimi dəyərləndirdiyini vurğuladı.
Tədbirin əhəmiyyətini qeyd edən AQUPDK-nın sədri Hicran Hüseynova bildirdi ki, Beynəlxalq Ailə Gününün keçirilməsinin əsas məqsədi cəmiyyətin diqqətinin ailə məsələlərinə yönəldilməsi, ailə dəyərlərinin qorunub saxlanılaraq gələcək nəsillərə ötürülməsi, gənclərin ailə həyatına hazırlığı və sağlam həyat tərzinin təbliğidir.

Ailə siyasətinin Azərbaycan hökumətinin diqqətində olduğunu deyən komitə sədri bildirdi ki, dövlətin əsasını güclü və sağlam ailələr təşkil edir. Hazırda Azərbaycanda 2 milyon ailə vardır. Hər il orta hesabla ölkədə səksən mindən çox nikah qurulur. Bu ailələrin sağlamlığı, xoşbəxtliyi, rahatlığı üçün dövlət və cəmiyyət məsuliyyət daşıyırlar.

Qeyd olundu ki, dövlətimizin başçısının gündəlik diqqət və qayğısı sayəsində Dağlıq Qarabağ münaqişəsi nəticəsində ciddi sosial-psixoloji çətinliklərlə qarşılaşan qaçqın və məcburi köçkünlərin, həmçinin aztəminatlı və çoxuşaqlı ailələrin bir çox problemləri artıq həll olunmuşdur. Bu sahədə dövlətin güclü və təkmil qanunvericilik bazası mövcuddur.

Hicran Hüseynova ailələrin qorunması üzrə həyata keçirilən layihələr çərçivəsində əhalinin sağlamlığı sahəsində görülən işlərdən danışaraq qeyd etdi ki, bu ilin əvvəlində Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq yarım milyondan çox insan dispanserləşmədən keçmişdir. Bu isə dövlətin, xüsusilə Azərbaycan Prezidentinin ailələrin sağlamlığına olan diqqət və qayğısının əyani sübutudur.

Tədbirdə çıxış edən Azərbaycan Ağsaqqallar Şurasının sədri, Milli Məclisin deputatı Fəttah Heydərov bildirmişdir ki, bütün nailiyyətlərin əsasında ailə səadəti durur. Ailə bütün zamanlarda cəmiyyətin ən müqəddəs təməl daşı hesab olunur. Azərbaycan xalqının dərin ailə ənənələri mövcuddur. Cəmiyyətimizdə ailə həmişə müqəddəs sayılmışdır. Ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra dövlət ailə siyasətinin təməli qoyulmuşdur. Hazırda bu siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bu gün ailə məsələləri həm dövlətin, həm də cəmiyyətin önəm verdiyi ən əsas məsələlərdən, prioritet istiqamətlərdən biridir.

Diqqətə çatdırıldi ki, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva beynəlxalq aləmdə Azərbaycan qadınının mənəvi zənginliyini, vətənpərvərliyini, ailə dəyərlərini uğurla təmsil edir.
Ənənə halını almış bayramda “Bacarıqlı əllər”, “Milli mətbəx”, “Yaradıcı ailə”, “Nümunəvi ailə” nominasiyaları üzrə respublikamızın bütün şəhər və rayonlarından seçilmiş ailələr iştirak edirdilər.

Bayram tədbirində müxtəlif mövzuları əks etdirən guşələr iştirakçıların istifadəsinə verilmişdir. Guşələrdə iştirakçı ailələr müxtəlif mövzular üzrə ekspertlərin mühazirələrini, faydalı məsləhətlərini dinləyə, onları maraqlandıran sualları ekspertlərə ünvanlaya bilərdilər. Eyni zamanda, bayramda müxtəlif sərgilər təqdim edilir, bölgələrin mətbəxini əks etdirən milli xörəklərin, qədim peşə sahələrindən olan əl işlərinin hazırlanması nümayiş olunur, ailələr arasında müxtəlif əyləncəli oyunlar keçirilirdi.
Hər il olduğu kimi, bu il də bayram şənliyində Azərbaycan xalqının toy adət-ənənələri nümayişi olundu, bir ailənin brilliant toyu və xınayaxdı mərasimi keçirildi.

Baş redaktor: Şamo Əliyev

Abşeron rayonunda Beynəlxalq Ailə Günü ilə bağlı bayram tədbiri keçirildi
Abşeron rayonunda Beynəlxalq Ailə Günü ilə bağlı bayram tədbiri keçirildi
Abşeron rayonunda Beynəlxalq Ailə Günü ilə bağlı bayram tədbiri keçirildi
Abşeron rayonunda Beynəlxalq Ailə Günü ilə bağlı bayram tədbiri keçirildi
Abşeron rayonunda Beynəlxalq Ailə Günü ilə bağlı bayram tədbiri keçirildi
Abşeron rayonunda Beynəlxalq Ailə Günü ilə bağlı bayram tədbiri keçirildi

Bu gün Qarabağda yaşayan sadə insanlar üçün yeni tarixi bir şans yaradılıb
Bu gün Qarabağda yaşayan sadə insanlar üçün yeni tarixi bir şans yaradılıb
Qarabağda keçirilən lokal xarakterli antiterror tədbirləri Azərbaycanın legitim hüququdur
Qarabağda keçirilən lokal xarakterli antiterror tədbirləri Azərbaycanın legitim hüququdur
Azərbaycanla Mərkəzi Asiya ölkələri arasında əməkdaşlığın yeni imkanları...
Azərbaycanla Mərkəzi Asiya ölkələri arasında əməkdaşlığın yeni imkanları...
İlham Əliyev Xırdalanda 11 nömrəli məktəbin yeni binası ilə tanış olub - Video
İlham Əliyev Xırdalanda 11 nömrəli məktəbin yeni binası ilə tanış olub - Video
Övladlığa uşaq götürmək üçün nə etməli?
Övladlığa uşaq götürmək üçün nə etməli?
Ümummilli Lider Heydər Əliyevin həyata keçirdiyi xilaskarlıq missiyası, səmərəli dövlətçilik konsepsiyası Azərbaycanı güclü bir dövlətə çevirmişdir
Ümummilli Lider Heydər Əliyevin həyata keçirdiyi xilaskarlıq missiyası, səmərəli dövlətçilik konsepsiyası Azərbaycanı güclü bir dövlətə çevirmişdir
Ulu öndər Heydər Əliyevin humanizm ideyaları layiqincə davam etdirilir
Ulu öndər Heydər Əliyevin humanizm ideyaları layiqincə davam etdirilir
Laçın rayonunun işğaldan azad olunması tarixi hadisədir
Laçın rayonunun işğaldan azad olunması tarixi hadisədir
Azərbaycan sərhədlərinin bütövlüyü təmin olundu
Azərbaycan sərhədlərinin bütövlüyü təmin olundu
Demokratik inkişafın Heydər Əliyev modeli
Demokratik inkişafın Heydər Əliyev modeli
Azərbaycan və Özbəkistan arasında hərtərəfli əməkdaşlıq inkişaf edir
Azərbaycan və Özbəkistan arasında hərtərəfli əməkdaşlıq inkişaf edir
Azərbaycan gəncliyi dövlətin hərtərəfli diqqət və qayğısı ilə əhatə olunub
Azərbaycan gəncliyi dövlətin hərtərəfli diqqət və qayğısı ilə əhatə olunub
I Qarabağ Müharibəsi şəhidi Gülverdi Hüseynov Abşeron rayonunda dəfn edilib
I Qarabağ Müharibəsi şəhidi Gülverdi Hüseynov Abşeron rayonunda dəfn edilib
Ermənistanın növbəti şantaj kampaniyası da uğursuzluğa düçar oldu
Ermənistanın növbəti şantaj kampaniyası da uğursuzluğa düçar oldu
Abşeron rayon İcra Hakimiyətində təcrübə keçən könüllülərlə görüş keçirilib.
Abşeron rayon İcra Hakimiyətində təcrübə keçən könüllülərlə  görüş keçirilib.
Abşeronda ana südü ilə qidalandırmanı təşviq edən aksiyalar keçirilib
Abşeronda ana südü ilə qidalandırmanı təşviq edən aksiyalar keçirilib
İlham Əliyevin sülh gündəliyi regiondakı sabitliyi şərtləndirən amillərdən biridir
İlham Əliyevin sülh gündəliyi regiondakı sabitliyi şərtləndirən amillərdən biridir
Ümummilli lider Heydər Əliyev müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusudur
Ümummilli lider Heydər Əliyev müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusudur
Abşeron Rayon İcra Hakimiyyətində rayon ərazisində yaşayan şəhid ailələri və qazilərlə növbəti görüş keçirilib
Abşeron Rayon İcra Hakimiyyətində rayon ərazisində yaşayan şəhid ailələri və qazilərlə növbəti görüş keçirilib