Artıq 9 ildən çoxdur özünəməxsus inkişaf tempi ilə seçilən Abşeron rayonunun spesifik dinamik sürəti Zakir Fərəcovun bu yaşayış məskəninin icra orqanının rəhbəri təyin edilməsindən sonra yeni mərhələyə qədəm qoydu.
2005-ci ilin avqustunda ölkə prezidentinin sərəncamı ilə Abşeron Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilən Zakir Fərəcov başlıca diqqəti rayonun iqtisadi imkanlarının artırılmasına, sosial məsələlərin operativ həllinə, bir sıra problemlərin qısa zaman ərzində aradan qaldırılmasına yönəltdi. Bu istiqamətdə iş indi də davam etdirilir. Belə ki, rayonun daxili imkanları, habelə dövlət büdcəsindən ayrılacaq vəsaitlərlə gələn il rayonda bir sıra infrastruktur layihələrinin həyata keçirilməsi nəzərdə tutulur. Bunlar rayonun kənd və qəsəbələrin içməli su, təbii qaz, elektrik enerjisi təchizatının daha da yaxşılaşdırılması, kanalizasiya sisteminin yenidən qurulması, yeni məktəblərin tikintisi, habelə məktəblərin əsaslı təmiri, yeni uşaq bağçası - körpələr evinin tikintisi, inzibati ərazi vahidinin mərkəzi sayılan Xırdalan şəhərində, o cümlədən rayonun bütün yaşayış məntəqələrində idman obyektlərinin inşasından ibarətdir. Sevindirici haldır ki, bu yaşayış məskəni uğurlarına Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Zakir Fərəcovun məqsədyönlü fəaliyyəti, gərgin, çevik əməyi, davamlı işi, inzibati ərazi vahidinin daxili imkanları hesabına nail olur. Kənd və qəsəbələrarası, eləcə də məhəllələrarası yolların asfaltlanması və yenidən qurulması, abadlıq işlərinin gedişinin daha da sürətləndirilməsi, ayrı-ayrı ərazilərdə yeni yaşıllıqların salınması, əhalinin sosial problemlərinin həlli istiqamətində təxirəsalınmaz tədbirlərin həyata keçirilməsi, həmçinin kənd təsərrüfatı məhsulları istehsalının - quşçuluğun, zeytunçuluğun, zəfərançılığın inkişaf etdirilməsi ölkə başçısının hələ ötən il imzaladığı sərəncamla “Şöhrət" ordeni ilə təltif olunan rayon icra hakimiyyəti başçısı Zakir Fərəcovun əsas planlarına daxildir.
Xırdalan şəhərinə gözəllik gətirən və sakinlərin asudə vaxtlarını mənalı keçirmələri üçün Abşeron rayonundakı istirahət parkı rayon rəhbəri Zakir Fərəcovun təşəbbüsü ilə,rayonun daxili imkanları hesabına əsaslı təmir və tikinti-quraşdırma işləri bitdikdən sonra istifadəyə veriləcəkdir.
Aparılan abadlıq və quruculuq işləri rayonumuzu gündən-günə gözəlləşdirir. Yeni təhsil müəssisələri, səhiyyə obyektləri, mədəniyyət ocaqlarının inşası ilə yanaşı, yaraşıqlı, zövq oxşayan istirahət parklarının salınması Abşeronumuzun simasını dəyişir. Xırdalan şəhərindəki Heydər Əliyev adına istirahət parkı təmir və yenidənqurma işləri bitikdən sonra orijinallığı ilə seçilən istirahət mərkəzlərindən birinə çevriləcəkdir.
Rayon rəhbəri cənab Zakir Fərəcov mütamadi olaraq gün ərzində istirahət parkında aparılan quruculuq və abadlıq işləri ilə maraqlanır,öz göstəriş və tapşırıqlarını verir.


Burada rayonumuzun sakinlərinin, qonaqların istirahəti üçün hər cür şərait yaradılır. Ərazisi 12 min kvadratmetr olan parkda təmir-tikinti işləri aparılmış, on minədək müxtəlif dekorativ ağac və kol, çiçək əkilmiş, 6 min kvadratmetr əraziyə yaşıl zolaq salınmışdır. Bitki örtüyünün zənginləşdirilməsi, gözəl landşaft kompozisiyalarının yaradılması parka xüsusi yaraşıq verir. Parkda hər cür hava şəraitinə davamlı materialdan hazırlanan rahat oturacaqlar quraşdırılmışdır. Parkın ərazisinə kərpic formalı beton üzlük daşları döşənmişdir. İstirahət məkanında avropadan gətirilmiş müasir işıqlandırma sistemi quraşdırılmışdır. Buradakı yeni fəvvarə kompleksi əraziyə xüsusi bir yaraşıq verir. Parkda həmcinin 10-dan cox müxtəlif obrazları tərənnüm etdirən heykəllər yerləşdiriləcəkdir.
Təmir və tikinti-quraşdırma işləri zamanı uşaqlar və gənclərdə yaddan çıxarılmamışdır. Bu məqsədlə xüsusi attraksionlar quraşdırılır, 3 mərtəbəli gənclər və uşaqlar üçün əyləncə mərkəzi tikilir.
450 m2 sahədə inşa edilmiş gənclər-əyləncə mərkəzinin birinci mərtəbəsi buz meydançasından,3D sinema zalından,gülüş otağından,ana və uşaq kafesindən ibarət olaçaq.Əyləncə mərkəzinin İkinci mərtəbəsində bollinq zalı,elektron tir zalı,uşaq kompyuter oyun avadanlıqları otağından ibarət olacaq.Üçüncü mərtəbəsi isə yay istirahət kafesindən ibarət olacaq.
Həmçinin əyləncə mərkəzinin önündə yarpaqvari fəvvarə konustruksiyası inşa edilir
Parkda inşası başa çatmaq üzrə olan möhtəşəm lahiyyələrdən biridə rayonumuzda ilk dəfə olacaq “Bayraq Meydanı”dır.
400 m² ərazisi olan meydanda ucaldılmış dayağın hündürlüyü 65 metr, bayrağın eni 10 metr, uzunluğu isə 20 metrdir.
Meydanda qurulacaq 8x4-ə manitorda Azərbaycan Respublikasının gerbi, dövlət himninin mətni , ölkəmizin xəritəsi və rayonumuzdan şəkillər nümayiş etdiriləcək.
Parkda son tamamlanma işləri aparılan müəssiələrdən biridə 800 m2 sahədə inşa edilmiş,muassir standartlara cavab verən Heydər Əliyev mərkəzidir.
Ən müasir standartlar səviyyəsində inşa olunmuş mərkəzin binasında muzey, iki konfrans salonu, kinozal, internet-kitabxana, milli rəqs, heykəltəraşlıq, dizayn, xalq yaradıcılığı və foto studiyaları, kompyuter otağı, nigah bağlamaq, həmçinin dərnək otaqları və kafe yaradılacaqdır.
Binada son tamamlanma işləri aparılır.
Hazırda dam örtüyü quraşdırılır və içərisində suvaq işləri görülür. Binanın həyətinin bir hissəsinə tamet döşənəcək, qalan əraziyə isə yaşıllıq salınacaq.
Burada, həmçinin fəvvarələr üçün nəzərdə tutulmuş hovuzun tikintisi başa çatmaq üzrədir. Heydər Əliyev mərkəzində 25-30 nəfər daimi işlə təmin olunacaq.
İstirahət parkında rayon rəhbəri cənab Zakir Fərəcovun göstərişi əsasında ,rayonun daxili imkanları hesabına çox gözəl üslubda 600 m2 sahədə inşa edilmiş və gənc istedadların ixtiyarına veriləcək 600 şagirdlik Xırdalan uşaq musiqi məktəbindədə son tamamlanma işləri aparılır.
3 mərtəbəli uşaq musiqi məktəbinin binası müasir tələblərə uyğun maddi-texniki baza ilə təmin olunacaqdır. Məktəbdə tar, kamança, qarmon, piano ,klarnet və musiqinin digər ixtisasları üzrə şöbələr fəaliyyət göstərəcəkdir. Məktəbdə musiqi nəzəriyyəsi, Azərbaycan və Avropa bəstəkarlarının əsərləri, xor fənni tədris olunacaq, böyük ansambl fəaliyyət göstərəcəkdir.
Binanın fasadı və otaqları müasir ornamentlərlə xüsusi zövqlə bəzədiləcək.
Məktəbin foyesində ümummilli lider Heydər Əliyevin incəsənət xadimləri və məşhur musiqiçilərlə görüşlərindən çəkilmiş fotoşəkillərdən ibarət stend quraşdırılacaqdır.
Heydər Əliyev adına istirahət parkında yerləşən şahmat məktəbinin də inşası başa çatmaq üzrədir.
Ümumi tikinti sahəsi 560 kvadrat metr olan məktəb 2 mərtəbədən ibarət olacaq.1-ci mərtəbəsi aktzalı və 3 otaqdan,ikinci mərtəbəsi isə 7 otaqdan ibarət olacaqdır.
Tədris otaqlarında məktəblilərin şahmatın sirlərinə yiyələnmələri üçün müasir avadanlıqlar olacaq.
Elektron biliklərin əldə olunması və müasir yeniliklərin qavranılması üçün kompyuter otağı yaradılacaq.
Heydər Əliyev adına mədəniyyət və istirahət parkında həmcinin ulu öndərin ağ mərmərdən abidəsinin qoyulacaqdır.
Parkın ətrafındakı binalarda da aparılan bərpa işləri ümumi ansambla uyğunlaşdırılmışdır. İstirahət məkanının ətraf ərazisi abadlaşdırılır.Avtomobil yollarına yeni asfalt döşənəcəkdir. Səkilərdə müasir işıqlandırma sistemi quraşdırılır.
Parkda aparılan işlər bu istirahət məkanının rayon sakinlərinin asudə vaxtının səmərəli təşkili və mənalı dincəlmələrinə xidmət edəcəkdir. Burada görülən işlər bir daha təsdiqləyir ki, Abşeron rayonunda yeni park və əyləncə mərkəzlərinin salınması, mövcud istirahət ocaqlarında abadlaşdırma işlərinin aparılması rayonumuzun rəhbəri cənab Zakir Fərəcovun daim diqqət mərkəzindədir. Bu, ilk növbədə Abşeronumuzun gözəlləşməsinə, digər tərəfdən rayonumuzun sakinlərinin və qonaqlarının mənalı istirahətinə geniş imkanlar açır.
Baş redaktor: Şamo Əliyev