Absheron Media
Haqqımızda Bizimlə əlaqə

Abşeron idmançıları ötən il neçə medal qazanıblar? - STATİSTİKA

Tarix:9-02-2019, 23:28

Abşeron idmançıları ötən il neçə medal qazanıblar? - STATİSTİKA


Son dövrlərdə Azərbaycan idmançılarının beynəlxalq yarışlarda idmanın bütün növləri üzrə qələbələri davamlı xarakter almışdır. Əldə olunan nailiyyətlərdə Abşeronlu idmançıların da payı danılmazdır. Bu sahədə görülən işlərin nəticəsidir ki, Abşeron rayonunda sağlam gənc nəsil yetişir. Gənclər zərərli vərdişlərdən və hüquqazidd hərəkətlərdən uzaqdır. Hər il ali məktəblərə qəbul olan gənclərin, eləcə də yüksək bal toplayanların sayı artır, gənclər müxtəlif idman yarışlarında uğurla çıxış edir.

Hər il olduğu kimi , ötən ildə rayonda dövlət gənclər siyasətinin həyata keçirilməsi, idmanın kütləviliyinin təmin edilməsi sahəsində də ciddi iş aparılmışdır.

Bu gün rayonumuzda 6300 nəfərə yaxın yeniyetmə və gənc idmanın 28 növündə məşğul olurlar. 2018-ci il ərzində rayonun gəncləri 10 respublika gənclər tədbirində, 30 beynəlxalq və 48 respublika idman yarışlarında iştirak etmişlər.

İdman yarışlarında gənclərimiz 256 medal qazanmışlar. Ötən il idmançılarımız 11 xarici ölkədə keçirilən beynəlxalq yarışlarda iştirak edərək 45 qızıl, 24 gümüş və 25 bürünc medal əldə etmişlər. Xüsusilə qeyd etmək istərdim ki, 2018-ci ildə fəxrimiz Hacı Əliyev Rusiyada keçirilən sərbəst güləş üzrə Avropa çempionatında qızıl medal qazanaraq 5 qat Avropa çempionu adına layiq görülmüşdür.

Xırdalan şəhər 1 saylı tam orta məktəbin şagirdi 12 yaşlı Ümid Aslanovun Qazaxıstan Respublikasında keçirilən şahmat üzrə beynəlxalq turnirdə qızıl medal qazanması da ötən il idman sahəsində əldə edilən uğurlarımızın bir daha inkişafından xəbər verir. Bu idmançılara rayon İcra Hakimiyyəti tərəfindən böyük qayğı göstərilir və onlarla görüşlər təşkil edilərək qiymətli hədiyyələrə mükafatlandırılmışdır.

Şamo Əliyev

Türkiyə-Azərbaycan qardaşlığı əbədi və sarsılmazdır
Türkiyə-Azərbaycan qardaşlığı əbədi və sarsılmazdır
Şəhid övladları “Mənim atam qəhrəmandır” kompozisiyasını təqdim ediblər
Şəhid övladları “Mənim atam qəhrəmandır” kompozisiyasını təqdim ediblər
Qarabağda xunta rejimi cəmi 24 saata tərksilah edildi
Qarabağda xunta rejimi cəmi 24 saata tərksilah edildi
Bu gün Qarabağda yaşayan sadə insanlar üçün yeni tarixi bir şans yaradılıb
Bu gün Qarabağda yaşayan sadə insanlar üçün yeni tarixi bir şans yaradılıb
Qarabağda keçirilən lokal xarakterli antiterror tədbirləri Azərbaycanın legitim hüququdur
Qarabağda keçirilən lokal xarakterli antiterror tədbirləri Azərbaycanın legitim hüququdur
Azərbaycanla Mərkəzi Asiya ölkələri arasında əməkdaşlığın yeni imkanları...
Azərbaycanla Mərkəzi Asiya ölkələri arasında əməkdaşlığın yeni imkanları...
Abşeron rayonunda 2022-ci il sentyabr şəhidlərinin xatirəsi anılıb
Abşeron rayonunda 2022-ci il sentyabr şəhidlərinin xatirəsi anılıb
İlham Əliyev Xırdalanda 11 nömrəli məktəbin yeni binası ilə tanış olub - Video
İlham Əliyev Xırdalanda 11 nömrəli məktəbin yeni binası ilə tanış olub - Video
Övladlığa uşaq götürmək üçün nə etməli?
Övladlığa uşaq götürmək üçün nə etməli?
Ümummilli Lider Heydər Əliyevin həyata keçirdiyi xilaskarlıq missiyası, səmərəli dövlətçilik konsepsiyası Azərbaycanı güclü bir dövlətə çevirmişdir
Ümummilli Lider Heydər Əliyevin həyata keçirdiyi xilaskarlıq missiyası, səmərəli dövlətçilik konsepsiyası Azərbaycanı güclü bir dövlətə çevirmişdir
Ulu öndər Heydər Əliyevin humanizm ideyaları layiqincə davam etdirilir
Ulu öndər Heydər Əliyevin humanizm ideyaları layiqincə davam etdirilir
Laçın rayonunun işğaldan azad olunması tarixi hadisədir
Laçın rayonunun işğaldan azad olunması tarixi hadisədir
Azərbaycan sərhədlərinin bütövlüyü təmin olundu
Azərbaycan sərhədlərinin bütövlüyü təmin olundu
Demokratik inkişafın Heydər Əliyev modeli
Demokratik inkişafın Heydər Əliyev modeli
Azərbaycan və Özbəkistan arasında hərtərəfli əməkdaşlıq inkişaf edir
Azərbaycan və Özbəkistan arasında hərtərəfli əməkdaşlıq inkişaf edir
Azərbaycan gəncliyi dövlətin hərtərəfli diqqət və qayğısı ilə əhatə olunub
Azərbaycan gəncliyi dövlətin hərtərəfli diqqət və qayğısı ilə əhatə olunub
I Qarabağ Müharibəsi şəhidi Gülverdi Hüseynov Abşeron rayonunda dəfn edilib
I Qarabağ Müharibəsi şəhidi Gülverdi Hüseynov Abşeron rayonunda dəfn edilib
Ermənistanın növbəti şantaj kampaniyası da uğursuzluğa düçar oldu
Ermənistanın növbəti şantaj kampaniyası da uğursuzluğa düçar oldu
Abşeron rayon İcra Hakimiyətində təcrübə keçən könüllülərlə görüş keçirilib.
Abşeron rayon İcra Hakimiyətində təcrübə keçən könüllülərlə  görüş keçirilib.