Abşeron rayon İcra Hakimiyyətinin başçısı Zakir Fərəcovun təşəbbüsü ilə dünən Xırdalanda oruc tutanlar üçün iftar süfrəsi açılıb.
Şəhər ictimaiyyətin nümayəndələrinin də iştirak etdiyi iftar süfrəsi Quran ayələri ilə başlayıb, günün duası oxunub.
Danışanlar çıxışlarında bildiriblər ki, müqəddəs Ramazan ayı insanın əxlaqi davranışını tənzimləyir, qeybətdən, yalandan çəkindirir. Bu cür tərbiyəvi məziyyətlərinə görə də Ramazan ayına 11 ayın sultanı deyirlər