Abşeron yarımadası - Xəzər dənizinin qərb sahilində, Azərbaycan dövləti ərazisində yarımada. Yarımadada Bakı, Sumqayıt və Xırdalan şəhərləri ilə yanaşı, 32 qəsəbə yerləşir. Abşeron rayonunun inzibati ərazisi 1407,5 m2. Hesab edilir ki, "Abşeron" sözü fars dilindəki "ab" və "şoran" sözlərindən yaranmış və tərcümədə "duzlu su" mənasını verir. Bu ad əvvəllər Xəzər dənizini bildirmək üçün də istifadə edilmişdir.
Bütün əhalisi 189.4 min nəfərdir. Şəhər əhalisi 156.9 min nəfər, kənd əhalisi 32.5 min nəfərdir.