“Müvafiq sürətli qatarlardan istifadə edilməsi məqsədəuyğundur”.
“Böyük Bakının Regional İnkişaf Planı” layihəsində Xırdalan istiqamətində də metro stansiyasının tikilməsi nəzərdə tutulur.
Absheronxeber.az oxu.az-a istinadən xəbər verir ki, bunu layihənin təqdimatı zamanı Bakı Dövlət Layihə İnstitutunun direktoru İlqar İsbatov deyib.
Onun sözlərinə görə, metronun “Avtovağzal” stansiyasında tikinti işləri artıq başa çatmaq üzrədir və yaxın vaxtlarda onun açılışı gözlənilir.
İlqar İsbatov həmçinin qeyd edib ki, şəhərdəki mövcud durumu və yüklənməni nəzərə alaraq, növbəti stansiyanın Xırdalan istiqamətində açılması və bu vaxt müvafiq sürətli qatarlardan istifadə edilməsi məqsədəuyğundur.
Baş redaktor: Şamo Əliyev