Abşeron rayonunda yeni dərs ilinin başlanması ilə əlaqədar olaraq yeni məktəbin açılışı olub. Tədbirdə hüquq-müdafiə orqanlarının, idarə, müəssisə və təşkilat rəhbərləri, rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Bilik günü münasibəti ilə Xırdalan şəhərində 3 mərtəbəli 10 saylı yeni məktəbin açılışı oldu. Tədbirdə Çıxış edən Abşeron rayon icra hakimiyyətinin başçısı Zakir Fərəcov hər kəsi o cümlədən bu il məktəbə öz qədəmlərini qoyan birinciləri təbrik etdi. Bildirdi ki, Azərbaycanda təhsilin və elmin inkişafına yüksək səviyyədə dövlət qayğısı göstərilir. Bu sahələrin tərəqqisi isə öz növbəsində ölkəmizin sürətli inkişafına töhfəsini verir. Azərbaycan dövlətinin reallaşdırdığı siyasətin əsasında duran prioritetlərdən biri də insan kapitalının daha da inkişaf etdirilməsidir. Bu baxımdan təhsil sahəsinə qoyulan investisiyalar mühüm əhəmiyyət kəsb edir.Qeyd olundu ki,təhsilin yeni mərhələyə qədəm qoyması, onun maddi-texniki bazasının möhkəmlənməsində Heydər Əliyev Fondunun da müstəsna xidmətləri var. Fondun “Yeniləşən Azərbaycana yeni məktəb”, “Təhsilə dəstək”, “Uşaq evləri və internat məktəblərinin inkişafı” proqramları və digər layihələri bu sahənin inkişafında mühüm rol oynayıb. Həmin proqram və layihələrin uğurlu olmasını şərtləndirən əsas amillərdən biri də Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın bu məsələləri daim diqqətdə saxlamasıdır.İcra başçısı vurğulandı ki, son illərdə rayonda məktəb binası və əlavə korpuslar tikilib, minlərlə məktəb binası əsaslı təmir edilib.Tədbirdə digər çıxış edənlərdə təhsilə göstərilən diqqət və qayğıya görə ölkə başçısına minnətdarlıq etdilər. Ardınca Məktəbin açılışı oldu. Məktəb haqqında icra başçısına məlumat verildi.Bildirildi ki Xırdalan şəhər 10 saylı məktəbdə 30 sinif,2 fənn kobineti və 2 komputer otağı var. Burada 600-dən yuxarı şagir təhsil alacaq ki, onlarında təlim tərbiyəsi ilə 50 -ə yaxın müəllim məşğul olacaq. Məktəbin Boyük akt zalı , idman zalı, kitabxanası və yeməkxanası var. Təhsil ocağının Həyətində də abadlıq işləri də aparılıb. Ağac və gül kolları əkilib yaşıllıqlar salınıb. İcra başçısı yaradılan şəraitdən razılığını bildirdi.
Baş redaktor: Şamo Əliyev