Absheron Media
Haqqımızda Bizimlə əlaqə

Abşeron rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Vətəndaşların qəbulu, onların müraciətlərinə baxılması və sənədlərlə iş” mövzusunda seminar müşavirə keçirildi

Tarix:8-11-2014, 17:52

Abşeron rayon  İcra Hakimiyyətinin təşkilatçılığı ilə  “Vətəndaşların qəbulu, onların müraciətlərinə baxılması və sənədlərlə iş”  mövzusunda  seminar müşavirə  keçirildi

08 noyabr 2014-cü il tarixində Xırdalan şəhərindəki Heydər Əliyev Mərkəzində “Abşeron rayon İcra Hakimiyyəti başçısının aparatında, şəhər, qəsəbə və kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliklərində vətəndaşların qəbulu, onların müraciətlərinə baxılması və sənədlərlə iş” mövzusunda seminar müşavirə keçirildi. Müşavirədə Abşeron rayon İcra Hakimiyyəti başçısı aparatının Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri İlham Quluyev ,Rayon İcra Hakimiyyətinın məsul əməkdaşları, RİHB-nın şəhər, qəsəbə və kəndləri üzrə nümayəndəlklərinin işçiləri və bələdiyyə sədrləri iştirak edirdilər.
Tədbirdən öncə Heydər Əliyev Mərkəzi ilə tanışlıq oldu. İlham Quluyev dünya memarlığının nadir incilərindən sayılan Heydər Əliyev Mərkəzi haqqında məlumat verərək bildirdi ki, Mərkəz Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin dövlətçilik fəlsəfəsinin, azərbaycançılıq məfkurəsinin, Ulu Öndərin irsinin dərindən öyrənilməsi və tədqiqi istiqamətində fəaliyyət göstərir.

Daha sonra tədbir Mərkəzin konfrans zalında davam etdi. Tədbirdə çıxış edən Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri İlham Quluyev ilk öncə Rayon İcra hakimiyyəti başçısı adından bütün tədbir iştirakçılarını 9 noyabr – Dövlət Bayrağı günü və 12 noyabr- Konstitusiya günü münasibətilə təbrik etdi.

Natiq qeyd etdi ki, Rayon İcra Hakimiyyəti başçısının aparatında sənədlərlə və vətəndaşların müraciətləri ilə işin təşkili bu sahədə qüvvədə olan normativ hüquqi aktların tələblərinə uyğun olaraq aparılmalıdır. Bunlara əsasən Azərbaycan Respublikası Prezidentinin 6 iyun 2012-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Yerli İcra Hakimiyyətləri haqqında Əsasnamə”, ”“Vətəndaşların müraciətlərinə baxılması haqqında”” Azərbaycan Respublikasının Qanunu, Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 29 dekabr tarixli 52 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət hakimiyyəti orqanlarında, idarə, təşkilat, müəssisələrdə vətəndaşların təklif, ərizə və şikayətləri üzrə kargüzarlığın aparılması Qaydaları”, Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 6 mart tarixli 347 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının rayon, şəhər, şəhərlərdə rayon icra hakimiyyəti başçılarının aparatlarında sənədlərlə iş barədə Təlimat”, Azərbaycan Respublikasının Prezidentinin 2003-cü il 27 sentyabr tarixli 935 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət hakimiyyəti orqanlarında, idarə, təşkilat, müəssisələrdə kargüzarlığın aparılmasına dair Təlimat” və digər normativ hüquqi aktlar aiddir.
Seminar müşavirədə Azərbaycan Respublikasının Prezidenti Administrasiyasının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsi tərəfindən Balakən və Nefitcala rayon İcra Hakimiyyətləri başçısı aparatında, rayonun digər qurumlarımda aparılan yoxlama əsasında hazırlanmış arayışın məzmunu ətraflı müzakirə olundu.
Tədbirdə çıxış edən RİH başçısı aparatının Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin baş məsləhətç Azər Məmmədov bildirdi ki, sənədlərlə işin təşkilində iş nomenklaturu siyahısı tərtib olunması, aidiyyəti qovluqların açılması və müvafiq qaydalara uyğun jurnalların tərtibi məsələlərinə diqqət yetirilməlidir.

Müzakirə zamanı vətəndaşların qəbulunun təşkili və kargüzarlığın aparılması ilə bağlı müvafiq təlimati məlumatlar verilərək bu sahədə qanunvericiliyin tələbləri izah olundu.
Abşeron rayon İcra Hakimiyyəti başçısı aparatının Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsi tərəfindən rayon İcra Hakimiyyəti başçısının inzibati ərazi dairələri üzrə nümayəndəliklərində vətəndaşların qəbulu, onların müraciətlərinə baxılması və sənədlərlə işin vəziyyətini yerdə araşdırıb bir həftə ərzində rayon İcra Hakimiyyəti başçısına arayış təqdim edilməsi qərara alındı
Sonda Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsi tərəfindən rayonun şəhər, qəsəbə və kənd inzibati ərazi dairələri üzrə nümayəndəliklərinə xidməti istifadə üçün müvafiq qanunlar və təlimatlar təqdim olundu.
Tədbirdə çıxış edən nümayəndəlik işçiləri təlimati köməkliyə görə rayon İcra Hakimiyyətinin rəhbərliyinə öz minnətdarlıqlarını bildirdilər.

Baş redaktor: Şamo Əliyev

Abşeron rayon  İcra Hakimiyyətinin təşkilatçılığı ilə  “Vətəndaşların qəbulu, onların müraciətlərinə baxılması və sənədlərlə iş”  mövzusunda  seminar müşavirə  keçirildi
Abşeron rayon  İcra Hakimiyyətinin təşkilatçılığı ilə  “Vətəndaşların qəbulu, onların müraciətlərinə baxılması və sənədlərlə iş”  mövzusunda  seminar müşavirə  keçirildi
Abşeron rayon  İcra Hakimiyyətinin təşkilatçılığı ilə  “Vətəndaşların qəbulu, onların müraciətlərinə baxılması və sənədlərlə iş”  mövzusunda  seminar müşavirə  keçirildi
Abşeron rayon  İcra Hakimiyyətinin təşkilatçılığı ilə  “Vətəndaşların qəbulu, onların müraciətlərinə baxılması və sənədlərlə iş”  mövzusunda  seminar müşavirə  keçirildi

Azərbaycanın uğurlu enerji siyasəti...
Azərbaycanın uğurlu enerji siyasəti...
Uşaqların Beynəlxalq Müdafiəsi Günü Abşeron rayonunda da geniş şəkildə qeyd olunub
Uşaqların Beynəlxalq Müdafiəsi Günü Abşeron rayonunda da geniş şəkildə qeyd olunub
Yüksələn xətlə inkişaf edən Azərbaycan-İsrail əlaqələri...
Yüksələn xətlə inkişaf edən Azərbaycan-İsrail əlaqələri...
Laçınlılar doğma yurd yerlərinə qayıdırlar
Laçınlılar doğma yurd yerlərinə qayıdırlar
Azərbaycanın Avrasiya İqtisadi Birliyinin üzvləri ilə əməkdaşlığı 30 il ərzində uğurla inkişaf edir
Azərbaycanın Avrasiya İqtisadi Birliyinin üzvləri ilə əməkdaşlığı 30 il ərzində uğurla inkişaf edir
1918-ci ildə təməli qoyulan dövlətçiliyimiz bu gün inkişaf və tərəqqi dövrünü yaşayır
1918-ci ildə təməli qoyulan dövlətçiliyimiz bu gün inkişaf və tərəqqi dövrünü yaşayır
Azərbaycan-Litva münasibətlərinin ikitərəfli əməkdaşlıqla yanaşı Avropa İttifaqı ilə ölkəmiz arasında əlaqələrin inkişafında da böyük rolu var
Azərbaycan-Litva münasibətlərinin ikitərəfli əməkdaşlıqla yanaşı Avropa İttifaqı ilə ölkəmiz arasında əlaqələrin inkişafında da böyük rolu var
Saray Modul tipli Vərəm Əleyhinə Xəstəxananın açılış mərasimi keçirilib
Saray Modul tipli Vərəm Əleyhinə Xəstəxananın açılış mərasimi keçirilib
Abşeronda Dini işlər üzrə komissiyanın erkən nikahalara qarşı iclası keçirilib
Abşeronda Dini işlər üzrə komissiyanın erkən nikahalara qarşı iclası keçirilib
Abşeronda sahibsiz itlər üçün yeni mərkəz yaradılır
Abşeronda sahibsiz itlər üçün yeni mərkəz yaradılır
” MAVİ KOD” HƏKİM CAVANŞİR MƏHƏRRƏMOVDAN TİBB TARİXİNDƏ BİR İIK
” MAVİ KOD” HƏKİM CAVANŞİR MƏHƏRRƏMOVDAN TİBB TARİXİNDƏ BİR İIK
ABŞERONDA ŞƏHİD VİDADİ ZALOVUN ANIM MƏRASİMİ KEÇİRİLMİŞDİR
ABŞERONDA ŞƏHİD VİDADİ ZALOVUN ANIM MƏRASİMİ KEÇİRİLMİŞDİR
Abşeronda keçirilən əmək yarmarkasında 140-dan çox vakansiya təqdim edilib
Abşeronda keçirilən əmək yarmarkasında 140-dan çox vakansiya təqdim edilib
YAP Veteranlar Şurasının üzvləri gənclərlə görüşüblər
YAP Veteranlar Şurasının üzvləri gənclərlə görüşüblər
İçməli sudan qanunsuz istifadəyə qarşı Abşeron Rayon İcra Hakimiyyəti ilə birgə tədbirlər görüləcək
İçməli sudan qanunsuz istifadəyə qarşı Abşeron Rayon İcra Hakimiyyəti ilə birgə tədbirlər görüləcək
Azərbaycanın daha da qüdrətlənməsi Ümummilli lider Heydər Əliyevin ideyalarınin təcəssümüdür
Azərbaycanın daha da qüdrətlənməsi Ümummilli lider Heydər Əliyevin ideyalarınin təcəssümüdür
Abşeronda Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş konsert keçirilmişdir
Abşeronda Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş konsert keçirilmişdir
Abşeron rayonunda Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş konsert keçirilib
Abşeron rayonunda Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş konsert keçirilib
Heydər Əliyev Azərbaycan dövlətinin xilaskarı və qurucusudur
Heydər Əliyev Azərbaycan dövlətinin xilaskarı və qurucusudur