Absheron Media
Haqqımızda Bizimlə əlaqə

Digah və Mehdiabad qəsəbəsində ağac əkimə aksiyası

Tarix:15-11-2014, 16:25

Digah və Mehdiabad qəsəbəsində ağac əkimə aksiyası

Ağac əkmək, yaşıllıqlara qulluq göstərmək nəcib iş, savab əməl sayılır. Son illər Abşeron rayonunda da bu sahədə böyük canlanma müşahidə olunur, park və xiyabanlarda, magistral yolların kənarlarında, idarə və müəssisələrin həyətlərində, eləcə də yaşayış massivlərinin ətraflarında geniş yaşıllıq zolaqları salınır, abadlıq işləri həyata keçirilir. Bir sözlə, rayonumuzda ağac əkmək, yaşıllıq salmaq artıq ümumxalq hərəkatına çevrilmişdir. İndi hamı və hər kəs bu nəcib işə öz töhfəsini verməyə çalışır.Bütün bunlar son illər ərzində xüsusilə qeyd etmək lazımdır ki,son 9 il ərzində cənab başçımız Zakir Fərəcovun rayonumuza rəhbərliyi dövründə əldə olunmuş uğurların bir hissəsidir.

Elə Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla xanım Əliyevanın təşəbbüsü ilə reallaşdırılan “Ümumrespublika yaşıllaşdırma” marafonu da sözügedən sahəyə verilən dəyərin növbəti təzahürüdür. Məlum olduğu kimi, noyabrın 5-də Azərbaycanda “Ümumrespublika yaşıllaşdırma” marafonuna start verilmişdir. Xatırladaq ki, marafonun əsas məqsədi yaşıllıq sahələrinin azalmasının yarada biləcəyi təhlükələrin qarşısını almaq və ağac əkilməsini təşviq edərək ətraf mühitin mühafizəsinə töhfə verməkdən ibarətdir. Layihəyə əsasən, ağacların növbəti iki əkin mövsümündə (noyabrda və martın sonu - aprelin əvvəlində) əkilməsi və marafonun mayın əvvəlində başa çatdırılması planlaşdırılır. Bütövlükdə isə aksiya çərçivəsində ölkə ərazisində bir milyondan artıq müxtəlif növ ağacın əkilməsi nəzərdə tutulur.

Yeri gəlmişkən, marafon IDEA İctimai Birliyinin internet səhifəsində (www.ideacampaign.az) mütəmadi olaraq işıqlandırılacaq və onun gedişi zamanı müxtəlif şəhər və rayonlarda əkilən ağacların sayı, ünvanı, şəkilləri və digər məlumatlar həmin internet səhifəsində yerləşdiriləcək. Layihədə Azərbaycan Respublikasının 76 rayon və şəhər icra hakimiyyətinin iştirakı və ölkə ərazisində ümumilikdə bir milyondan artıq ağacın əkilməsi nəzərdə tutulur. Onu da qeyd etmək lazımdır ki, IDEA İctimai Birliyi təsis edildiyi vaxtdan ölkəmizdə yaşıllıq sahələrinin qorunmasına və genişləndirilməsinə xüsusi əhəmiyyət vermiş, bu sahədə bir sıra uğurlu layihələr həyata keçirmişdir.

Abşeron rayonu da bu ümumxalq aksiyaya qoşulan ilk rayonlardandır. Noyabrın 5-dən keçirilən ümumrayon iməciliyində Abşeron Rayon İcra Hakimiyyətinin işçiləri ilə yanaşı, rayonun idarə və təşkilat rəhbərləri, tədris və səhiyyə müəssisələrinin kollektivləri, eləcə də sakinlər “Ümumrespublika yaşıllaşdırma” marafonu çərçivəsində ağacların əkilməsi üçün ayrılmış ərazilərə çıxaraq böyük ruh yüksəkliyi ilə işə başladılar. Aksiya çərçivəsində rayonun Bütün kənd və qəsəbələrində, eləcə də tədris müəssisələrinin həyətlərində Eldar şamı, kibaris, küknar, zeytun, akasiya, evkalipt və sair növdən olan ağac əkildi.Digah və Mehdiabad qəsəbələrində keçirilən aksiyada bələdiyyə sədirləri,icra nümayəndələri qəsəbə ictimaiyyəti və sakinləri iştirak etmişlər.Qəsbə sakinlərinin bu işdə böyük maraqla iştirak etməsi nəticəsində hər iki ərazidə daxil omaqla təkçə bugün rayonun 15 kənd və qəsəbəsində 2400-dən çox iynəyarpaqlı ağac əkilib.Ümumilikdə I “Ümumrespublika Yaşıllaşdırma” marafonu çərçivəsində Abşeron rayonunda 55 000-dən çox ağac əkimi nəzərdə tutulmuşdur.

Tədbirin mütəşəkkil şəkildə keçməsindən aydın şəkildə hiss olunurdu ki, IDEA İctimai Birliyinin bu nəcib təşəbbüsü hamının və hər kəsin ürəyincədir. Xatırladaq ki, Abşeron rayonunda IDEA İctimai Birliyinin “Ümumrespublika yaşıllaşdırma” marafonu çərçivəsində ağacəkmə kampaniyası bundan sonra da mütəşəkkil surətdə davam etdiriləcək.

Baş redaktor: Şamo Əliyev

Digah və Mehdiabad qəsəbəsində ağac əkimə aksiyası
Digah və Mehdiabad qəsəbəsində ağac əkimə aksiyası
Digah və Mehdiabad qəsəbəsində ağac əkimə aksiyası
Digah və Mehdiabad qəsəbəsində ağac əkimə aksiyası
Digah və Mehdiabad qəsəbəsində ağac əkimə aksiyası
Digah və Mehdiabad qəsəbəsində ağac əkimə aksiyası
Digah və Mehdiabad qəsəbəsində ağac əkimə aksiyası

Bu gün müasir Rusiya-Azərbaycan münasibətləri dostluq, qarşılıqlı anlaşma, qarşılıqlı dəstək və məqsədyönlülük kimi möhkəm təmələ əsaslanır
Bu gün müasir Rusiya-Azərbaycan münasibətləri dostluq, qarşılıqlı anlaşma, qarşılıqlı dəstək və məqsədyönlülük kimi möhkəm təmələ əsaslanır
Azərbaycanda həyata keçirilən infrastruktur layihələrinin əsas məqsədi ölkəmizin sürətli inkişafını təmin etməkdir
Azərbaycanda həyata keçirilən infrastruktur layihələrinin əsas məqsədi ölkəmizin sürətli inkişafını təmin etməkdir
İnsanlara nur bəxş edən böyük alim - Zərifə xanım Əliyeva
İnsanlara nur bəxş edən böyük alim - Zərifə xanım Əliyeva
Neokolonializmə qarşı mübarizə məsələləri ölkəmizin xarici siyasətində xüsusi önəm daşıyır
Neokolonializmə qarşı mübarizə məsələləri ölkəmizin xarici siyasətində xüsusi önəm daşıyır
"Şahin" hərbi-idman oyununun Abşeron rayonu üzrə qalibləri məlum olub
Abşeronlu məzun: Yüksək bal toplayacağıma əmin idim
Abşeronlu məzun: Yüksək bal toplayacağıma əmin idim
Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı yeni mərhələyə qədəm qoyur
Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı yeni mərhələyə qədəm qoyur
Abşeron rayonunda iftar süfrəsi açılıb
Abşeron rayonunda iftar süfrəsi açılıb
Abşeronla qardaşlaşan Bursaya yeni bələdiyyə sədri seçildi
Abşeronla qardaşlaşan Bursaya yeni bələdiyyə sədri seçildi
Abşeron RİH-in əməkdaşları sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsinin sakinləri ilə görüş keçirib
Abşeron RİH-in əməkdaşları sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsinin sakinləri ilə görüş keçirib
Abşeronda “Üz-çənə və baş-boyun patologiyalarına müasir yanaşma” mövzusunda elmi-nəzəri konfrans keçirilib
Abşeronda “Üz-çənə və baş-boyun patologiyalarına müasir yanaşma” mövzusunda elmi-nəzəri konfrans keçirilib
Abşeron rayonunda 31 Mart Azərbaycanlıların soyqırımına həsr olunmuş tədbir keçirilib
Abşeron rayonunda 31 Mart Azərbaycanlıların soyqırımına həsr olunmuş tədbir keçirilib
Ermənilər məskunlaşdığı Azərbaycan torpaqlarında daima xalqımıza qarşı soyqırımlar törədiblər
Ermənilər məskunlaşdığı Azərbaycan torpaqlarında daima xalqımıza qarşı soyqırımlar törədiblər
Abşeronda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində silsilə tədbirlər davam etdirilir
Abşeronda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində silsilə tədbirlər davam etdirilir
Abşeronda narkomaniya ilə mübarizə sahəsində silsilə tədbirlər keçirilib
Abşeronda narkomaniya ilə mübarizə sahəsində silsilə tədbirlər keçirilib
"Dördüncü dəfədir ki, bayram tonqalını azad edilmiş Qarabağda qalayıram" - Prezident
Azərbaycan-Gürcüstan münasibətləri tarixi köklərə söykənir
Azərbaycan-Gürcüstan münasibətləri tarixi köklərə söykənir
Azərbaycan-NATO tərəfdaşlığının 30 ildən artıq davam edən uzun tarixi var
Azərbaycan-NATO tərəfdaşlığının 30 ildən artıq davam edən uzun tarixi var
Sabahdan Azərbaycanda 7 günlük Novruz tətili başlayır
Sabahdan Azərbaycanda 7 günlük Novruz tətili başlayır