Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov noyabrın 21-də Xırdalan şəhərində vətəndaşları qəbul edəcək.
Əmlak Məsələləri Dövlət Komitəsindən Abşeron Xəbər-ə bildiriblər ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Ərazi İdarəsində saat 11:00-da keçiriləcək qəbulda Abşeron, Sumqayıt və Qubadlı rayonlarından olan vətəndaşların müraciətlərinə baxılacaq. Qəbula yazılmaq istəyənlər komitənin
[email protected] elektron ünvanına yaza və komitənin Aparatı: (012) 490 24 08 (daxili 105, 102 və 349), Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı ərazi idarəsi: (012) 349 08 00, (012) 349 58 49 nömrələri ilə əlaqə saxlaya bilərlər.
Baş redaktor: Şamo Əliyev