Əvvəlcə tədbir iştirakçları IstedadlıƏlillər İctimai Birliyiüzvlərininəl işləri vərəsm əsərlərindən ibarət sərgi ilətaniş oldular.AbşeronRayon İcra Hakimiyyəti başçısının 1-cimüavini İradə Gülməmmədovabildirdi ki, BMT tərəfindən bütün dünyada keçirilən Beynəlxalq Əlillər Günü ulu öndərHeydər Əliyevin sərəncamına əsasən 1994-cü ildən Azərbaycanda hər il qeyd edilir. Ölkəmizdə sosial qayğıya ehtiyacı olan bütün insanlar kimi əlillər də daim dövlətimizin diqqət və qayğısı ilə əhatə olunur, onların bütün problemlərinin həlli üçün zəruri tədbirlər həyata keçirilir.Vurğulandı ki,əlillərin rifafının yaxşılaşdırılması, onların problemlərinin həlli möhtərəm Prezidentimiz İlham Əliyevin daim diqqət yetirdiyi məsələlərdəndir. Bildirildiki, əlillərin sosial problemlərinin həlli, mənzil şəraitinin daha da yaxşılaşdırılması və pensiya müavinətlərinin artırılması sahəsində atılan məqsədyönlü addımlar bunun bariz nümunəsidir. Natiqölkəmizin hər yerində olduğu kimi, Abşeronrayonunda da əlillərin diqqət və qayğı ilə əhatə edildiyini diqqətə çatdırıb.
Digər çıxış edənlər günü-gündən çiçəklənən respublikamızda əlillərin sosial rifahının daha da yaxşılaşdırılması istiqamətində həyata keçirilən layihələrdən və onlara olan dövlət qayğısından danışıblar. Əlillərölkəmizdə onlaragöstərilən hərtərəfli qayğı və diqqətə görəPrezidentİlham Əliyevə və Heydər Əliyev Fondunun prezidenti MehribanƏliyevaya dərin minnətdarlıqlarını bildiriblər.
Sondarespublikanın tanınmış incəsənət ustaları geniş konset proqramı ilə çıxış ediblər.