Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Azərbaycan Respublikasının təhsil işçilərinin "Tərəqqi” medalı ilə təltif edilməsi haqqında və "Əməkdar müəllim” fəxri adının verilməsi ilə bağlı sərəncam imzalayıb.
Sərəncama əsasən, Azərbaycan təhsilinin inkişafında xidmətlərinə görə bir qrup müəllim təltif edilib.
Təltif edilən müəllimlər arasında Abşeron məktəblərinin müəllimləri də var. Belə ki, Xırdalan şəhər 3 nömrəli tam orta məktəbin müəllimi Əliyev Firudin İsmayıl oğlu "Tərəqqi” medalı ilə, Mehdiabad qəsəbə 4 nömrəli tam orta məktəbin müəllimi Həsənova Ərkinaz Paşa qızı isə "Əməkdar müəllim” fəxri adı ilə təltif edilib.