Abşeron rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədovanın İyunun 21-də rayonun Mehdiabad qəsəbəsində keçirilən səyyar görüşü zamanı sakinlər qəsəbənin bəzi küçələrinə kanalizasiya xəttinin çəkilməsi barədə müraciət etmişdilər.
Rayon rəhbəri İradə Gülməmmədovanın adiyyatı qurumlar qarşısında qaldırdığı məsələnin, “Azərsu” rəhbərliyi ilə apardığı danışıqların nəticəsi olaraq,artıq Mehdiabad qəsəbəsinin bəzi küçələrində 200-300 mm diametirli yeni borularla 1000 metr uzunluğunda kanalizasiya xətti və 110 mm diametirli 1400 metr uzunluğunda təzyiqli kanalizasiya xətlərinin çəkilməsi işlərinə başlanılıb. Bu məqsədlə ərazidə nasos stansiyası tikiləcək və 2 nasos qoyulacaq. Çəkilən yeni kanalizasiya xətləri mövcud kollektora birləşdiriləcək. Hazırda qəsəbədə kanalizasiya xətlərinin çəkilməsi üzrə işlər davam etdirilir. Layihə üzrə tikinti-quraşdırma işlərinin cari ilin sonuna qədər başa çatdırılması nəzərdə tutulur.