Rayon rəhbəri İradə xanım Gülməmmədova bir neçə gün öncə cənab Prezidentə məktubla müraciət etmişdi. Ölkə Rəhbərinin qaldırılmış məsələnin müsbət həlli üçün verdiyi göstəriş əsasında Azərbayacan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən işlərə başlanılacaq.
Belə ki,
S.Bəhlulzadə, Z.Tağıyev, Nizami və Qalubiyyə küçələri Azərbayacan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən, Qəşəm Aslanov və Mehdi Hüseynzadə küçələri isə rayonun daxili imkanları hesabına yenidən qurulacaq. Məlumat üçün bildirək ki,
Prezident İlham Əliyevin noyabrın 27-də imzaladığı Sərəncama əsasən Xırdalan şəhərinin Heydər Əliyev prospektidə (5.1 km) yenidən qurulacaq.Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları xahiş olunur və öncədən hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri tövsiyə olunur.