Xəbər lentİ

Xırdalanın mərkəzi yollarından biri tam bağlanacaq– DİQQƏT

14:04, 15.12.19
Oxunub: 1 280
Gundem / ÖLKƏ
Xırdalanın mərkəzi yollarından biri tam bağlanacaq– DİQQƏT


Təmir-tikinti işləri ilə əlaqədar Xırdalan şəhərinin Mehdi Hüseynzadə küçəsində nəqliyyat vasitələrinin hərəkəti tam olaraq məhdudlaşdırılacaq.
Hərəkətin məhdudlaşdırılması H.Əliyev prospektindən Mehdi Hüseynzadə küçəsinə doğru olan hissədə tətbiq olunacaq.
Hazırda adı çəkilən küçədə köhnə asfalt-beton örtüyü qaşınaraq çıxarılması işləri aparılır.

Sabahdan etibarən asfalt-beton örtüyünün vurulması işlərinə başlanılacaq. Hava şəraiti imkan verərsə, təxminən 7-8 gün ərzində bu işlərin tamamilə yekunlaşması gözlənilir.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi yaranacaq müvəqqəti narahatlığa görə üzr istəyir və sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları xahiş edir

Fikirlər

 Oxşar xəbərlər: