Prezident İlham Əliyevin müvafiq göstərişinə əsasən Xırdalan şəhərinin küçə və prospektlərinin yenidən asfalt örtüyü ilə təmin olunması istiqamətində verdiyi tapşırıqlar uğurla həyata keçirilir. Şəhərdə içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsinin icrası zamanı qazılan Qalubiyyə küçəsinə Azərbaycan Respublikası Prezidentinin Sərəncamına uyğun olaraq Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən yeni asfalt örtüyü döşənir.
Təmir-tikinti işlərinin qısa müddət ərzində yekunlaşdırılması nəzərdə tutulur. Bunun üçün əraziyə lazımi sayda qüvvə cəlb edilib.