Xəbər lentİ

Xırdalanın daha bir küçəsi əsaslı şəkildə yenidən qurulur

08:49, 19.03.20
Oxunub: 4 332
Gundem / İQTİSADİYYAT
Xırdalanın daha bir küçəsi əsaslı şəkildə yenidən qurulur


Prezident İlham Əliyevin sərəncamına əsasən Xırdalan şəhərinin Nizami Gəncəvi küçəsi yenidən qurulur.

Əsaslı təmir işləri çərçivəsində küçə boyu köhnə asfalt-beton örtüyünün üst qatı yenisi ilə əvəzlənir, yolun hərəkət hissəsi genişləndirilir, piyada səkiləri yenidən qurulur, zəruri olan yerlərdə yeni piyada səkiləri tikilir, kənarlarına isə yeni səki daşları düzülür.

Layihənin sonuncu mərhələsində kanalizasiya quyularının qapaqları yenilənəcək, yol kənarlarına yeni yağış barmaqlıqları yerləşdiriləcək, hərəkətin normal təşkili üçün yol nişanları və məlumatverici lövhələr quraşdırılacaq, yolcizgi və yolgöstərici xətlərinin, həmçinin piyada zolaqlarının çəkilməsi işləri aparılmaqla müasir yol infrastrukturu yaradılaraq vətəndaşların istifadəsinə veriləcək.

Nizami Gəncəvi küçəsinin ümumi uzunluğu 1,6 kilometr, eni isə 12 metr təşkil edir.

Bundan başqa Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Xırdalan şəhərinin 5,1 kilometr uzunluğu olan Heydər Əliyev prospektində, ümumi uzunluğu 5,4 kilometr olan Hacı Zeynalabdin Tağıyev, Səttar Bəhlulzadə və Qalubiyyə küçələrində də oxşar təmir işləri aparılır.

İşlərin vaxtında yekunlaşdırılması üçün əraziyə lazımi sayda canlı qüvvə və texnika cəlb edilib.

Xırdalanın daha bir küçəsi əsaslı şəkildə yenidən qurulur
Xırdalanın daha bir küçəsi əsaslı şəkildə yenidən qurulur
Xırdalanın daha bir küçəsi əsaslı şəkildə yenidən qurulur
Xırdalanın daha bir küçəsi əsaslı şəkildə yenidən qurulur
Xırdalanın daha bir küçəsi əsaslı şəkildə yenidən qurulur
Xırdalanın daha bir küçəsi əsaslı şəkildə yenidən qurulur
Xırdalanın daha bir küçəsi əsaslı şəkildə yenidən qurulur
Xırdalanın daha bir küçəsi əsaslı şəkildə yenidən qurulur

Fikirlər

 Oxşar xəbərlər: