Xəbər lentİ

Qobu sakinləri yol və qazla bağlı Prezidentə müraciət etdilər

21:06, 19.05.20
Oxunub: 5 458
Gundem / İQTİSADİYYAT
Qobu sakinləri yol və qazla bağlı Prezidentə müraciət etdilər


Abşeron rayonu Qobu qəsəbəsinin bir qrup sakini Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya müraciət ediblər. Onlaran bir neçəsini diqqətinizə çatdırırıq.

Qobu sakini, qəsəbə ağsaqqalı Ədalət Ağayev: “Möhtərəm cənab Prezident. Bu gün dünyanı iflic vəziyyətinə salan COVID-19 pandemiyası məyusedici bir bəla olsa da, onunla layiqli mübarizə aparan ölkələr sırasında yer almağımız bizi sevindirir. Sizin bele cətin bir zamanda Qobu qəsəbəsində yolların əsaslı şəkildə yenidən qurulmasına və 1500 ailənin məskunlaşdığı 3 yeni yaşayış massivinə qaz xətlərininçəkilişinə imzaladığınız sərəncamların uğurlu icrası bizləri sevindirir. Sizin bu günlərdəki fədakarlığınız göz önündədir və indiki ağır vəziyyətdə xalqımızı düşündüyünüz, hər bir vətəndaşa dəstək olduğunuz üçün çox sağ olun. Siz bir daha sübut etdiniz ki, hər zaman xalqın yanındasınız. Biz Sizinlə fəxr edirik. Sizə bu çətin, amma şərəfli işinizdə uğurlar diləyirik. Var olun.”

Qobu sakini Balacaxanım Əbdülkərimova: “Hörmətli cənab Prezident və hörmətli Mehriban xanım, Azərbaycan Respublikasının inkişafına, nüfuzunun artmasına, vətəndaşlarının maddi rifah halının yaxşılaşdırılmasında göstərdiyiniz əməyə və yürütdüyünüz siyasi xəttə görə əminliklə deyirik ki, xalqımızın taleyi, gələcəyi etibarlı əllərdədir.
Dünyanı bürüyən koronavirus pandemiyasının yayıldığı bir vaxtda Sizin vətəndaşlara göstərdiyiniz qayğı və maddi yardımlar bir daha göstərir ki, dövlətimiz uğurla idarə olunur. Xeyirxah işlərinizi söyləməklə qurtarmaz. Respublikanın bütün bölgələrində olduğu kimi Abşeron rayonunda da İşsizliyin minimuma endirilməsi, qocalara qayğı, kimsəsizlərə köməyə görə Sizə minnətdarıq. Bütün bu işlərə, yürütdüyünüz sülhsevər və uğurlu siyasətə görə təşəkkür edirik.”

Qobu sakini, qəsəbə xəstəxanasının baş həkimi Günəş Gülməmmədova: “Möhtərəm cənab Prezident. Qəsəbə daxili yollar çəkilir, köhnə yollar bərpa edilib. Bu da sakinlərimizin yaşayış şəraitinin yaxşılaşdırılmasına töhfə verir. Son üç ayda sizin Abşeron rayonunun Qobu qəsəbəsində yolların əsaslı şəkildə yenidən qurulması və qəsəbəyə yeni qaz xətlərinin çəkilişi üçün imzaladığınız 2 sərəncam əlbəttə ki, insanların yaşayışına və rifahına böyük kömək olacaq. Cənab Prezident, Abşeron rayonunun sakinləri bütün bunlara görə Sizə təşəkkür edir, möhkəm cansağlığı, çətin və şərəfli işinizdə yeni uğurlar arzulayır.”


Fikirlər

 Oxşar xəbərlər: