Bugün Abşeron rayon Heydər Əliyev Mərkəzində Azərbaycanın Milli Qəhrəmanı Ramil Səfərovla görüş təşkil olundu.İlk əvvəl qəhrəmanımız Ulu Öndər Heydər Əliyevin büstü önünə gül qoyaraq , onu hörmətlə yad etdi.Ramil Səfərov Azərbaycanın igidliyi, mərdliyi, vətənpərvərliyi ilə gənclərə nümunə olacaq qəhramanlarındandır.Onun bayrağı , milləti uğrunda göstərdiyi şücaət bütün dünyaya səs saldı.Nəticədə o, ağır cəzaya, qürbət ölkədə həbs cəzasına layiq görüldü.Cənab prezident İlham Əliyevin səyləri nəticəsində o, Azərbaycana qaytarıldı.Onun bu mərdliyini, cəsarətini ölkə prezidenti və xalq yüksək qiymətləndirdi.
Belə bir qəhrəman bugün Abşeronlu məktəblilər və məktəb rəhbərləri ilə görüşə dəvət olunmuşdu.Görüşün məqsədi məktəblilərə nümunəvi bir vətəndaş, əsl vətənpərvərlə həmsöhbət olmaq şansı yaratmaq idi.Şagirdlər sevərək və diqqətlə Ramil Səfərovu dinləyir , ona maraqla tamaşa edirdilər.
Tədbirdə Rayon İcra Hakimiyyəti başçısının müavini Fuad Cəbrayılov, Rayon Təhsil Şöbəsinin müdiri Nadir Ağayev, Gənclər və İdman idarəsinin müdiri Əsgər Əmirəliyev iştirak edirdi.Onlar öz çıxışlarında vətənin müdafiəsində öz azadlığını qurban verən bu qəhramanla fəxr etdiklərini bildirdilər.
Sonda Ramil Səfərov çıxış etdi. O, öz çıxışında şagirdləri vətənpərvərliyə, mərdliyə, cəsarətli olmağa səslədi.O, etdiyi qəhramanlıq nəticəsində ona verilən cəzaya baxmayaraq bir an belə peşmançılıq çəkmədiyini, Bayraq, Vətən onun üçün hər zaman öndə olduğunu qeyd etdi.Daha sonra bütün görüş iştirakçıları Qəhrəmanımızla xatirə şəkli çəkdirməyə tələsdi.
Redaktor:Çinarə Sadıxova