Absheron Media
Haqqımızda Bizimlə əlaqə

Abşeronda Tibb İşçiləri Günü qeyd edildi – onlayn konfrans keçirildi

Tarix:17-06-2020, 20:00

Abşeronda Tibb İşçiləri Günü qeyd edildi – onlayn konfrans keçirildi

17 iyun Tibb İşçilərinin Peşə Bayramı münasibəti ilə Abşeron Rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədovanın Rayonun Mərkəzi Xəstəxanasının, kənd və qəsəbələr üzrə tibb məntəqələrinin baş həkimlərinin, Təhsil Şöbəsinin müdirinin və rayon mədəniyyət idarəsinin rəhbərliyinin iştirakı ilə vidoekonfrans keçirilib.

Konfransda İ.Gülməmmdədova tibb işçilərini peşə bayramları münasibəti ilə təbrik edərək bildirib ki, hər il iyunun 17-si xalqımızın ümummilli lideri Heydər Əliyevin 2001-ci il iyunun 4-də imzaladığı sərəncama əsasən ölkəmizdə Tibb İşçilərinin Peşə Bayramı Günü kimi qeyd olunur. Onun sözlərinə görə, Ulu Öndərin bu sahəyə ayırdığı diqqət sahəsində Azərbaycan səhiyyəsi çox böyük inkişaf yolu keçib. Son illər tibb müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi, yeni tibbi texnologiyaların tətbiqi, köklü kadr islahatları və aparılan digər tədbirlər onu dünyanın qabaqcıl ölkələrinin səviyyəsinə çıxarmağa imkan yaradıb. Tibb müəssisələrinin təmir və bərpası, regionlarda diaqnostika mərkəzlərinin tikilərək istifadəyə verilməsi, tibbi sığorta sisteminin tətbiq olunması səhiyyə sahəsində aparılan islahatların əsas istiqamətlərini təşkil edir. Həyata keçirilən bütün tədbirlər əhalinin dövlət tibb müəssisələrinə olan inamını getdikcə artırır: “Abşeron rayonunda da səhiyyə sahəsində böyük işlər görülüb. Hazırda Xırdalan şəhərində bütün rayon sakinlərinin istifadəsi üçün nəzərdə tutulmuş müasir standartlara cavab verən yeni mərkəzi xəstəxana binası inşa olunur. Bundan əlavə Saray qəsəbəsində modul tipli xəstəxana tikilərək istifadəyə verilib. Bir neçə gün bundan öncə

Bakı, Sumqayıt və Abşeron rayonunun Saray qəsəbəsində quraşdırılan üç modul tipli xəstəxananın açılışı zamanı etdiyi çıxışında Prezident İlham Əliyev bir daha pandemiya ilə mübarizədə həkimlərin rolundan danışıb və onların fəaliyyətini, fədakarlığını yüksək qiymətləndirib. Göründüyü kimi, bu, həkimlərin fəaliyyətinə verilən ən böyük dəyər, ən böyük diqqətdir”. Başçı bildirib ki, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın diabetli, talassemiyalı xəstələrə göstərdiyi qayğı və onların müalicəsinin təşkilində, qanvermə aksiyalarının keçirilməsində, ana və uşaqların sağlamlığının qorunmasının yaxşılaşdırılmasında gördüyü işlər cəmiyyətimiz tərəfindən çox böyük razılıq və rəğbət doğurur.

Sonra Təhsil Şöbəsinin müdiri Nazilə Məmmədova, Sumqayıt Regional Mədəniyyət İdarəsinin baş məsləhətçisi, Abşeron rayonu üzrə nümayəndə İlham Manafov çıxıçş edərək tibb işçilərini təbrik edib, onlara ən xoş arzularını çatdırıblar.

Daha sonra Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Mehriban Qaralova göstərilən diqqətə görə təşəkkürünü bilıdirərək tibb işçilərinin fəaliyyətindən söz açıb.

Abşeronda Tibb İşçiləri Günü qeyd edildi – onlayn konfrans keçirildi
Abşeronda Tibb İşçiləri Günü qeyd edildi – onlayn konfrans keçirildi
Abşeronda Tibb İşçiləri Günü qeyd edildi – onlayn konfrans keçirildi

"Dördüncü dəfədir ki, bayram tonqalını azad edilmiş Qarabağda qalayıram" - Prezident
Azərbaycan-Gürcüstan münasibətləri tarixi köklərə söykənir
Azərbaycan-Gürcüstan münasibətləri tarixi köklərə söykənir
Azərbaycan-NATO tərəfdaşlığının 30 ildən artıq davam edən uzun tarixi var
Azərbaycan-NATO tərəfdaşlığının 30 ildən artıq davam edən uzun tarixi var
Sabahdan Azərbaycanda 7 günlük Novruz tətili başlayır
Sabahdan Azərbaycanda 7 günlük Novruz tətili başlayır
Prezident İlham Əliyev Xankəndi şəhərində Novruz tonqalını alovlandırıb və Azərbaycan xalqını bayram münasibətilə təbrik edib
Prezident İlham Əliyev Xankəndi şəhərində Novruz tonqalını alovlandırıb və Azərbaycan xalqını bayram münasibətilə təbrik edib
Abşeron rayonunda Çanaqqala Zəfərinin 109-cu ildönümü qeyd edilib
Abşeron rayonunda Çanaqqala Zəfərinin 109-cu ildönümü qeyd edilib
Novruz bayramı xalqımızın milli kimliyini təcəssüm etdirir
Novruz bayramı xalqımızın milli kimliyini təcəssüm etdirir
Abşeronda Novruz bayramı böyük izdihamla qeyd olundu
Abşeronda Novruz bayramı böyük izdihamla qeyd olundu
XI Qlobal Bakı Forumu qlobal problemlərin müzakirə olunduğu platformadır
XI Qlobal Bakı Forumu qlobal problemlərin müzakirə olunduğu platformadır
Azərbaycan davamlı inkişaf edən ölkədir
Azərbaycan davamlı inkişaf edən ölkədir
Azərbaycan-Qazaxıstan münasibətləri yeni mərhələdə
Azərbaycan-Qazaxıstan münasibətləri yeni mərhələdə
Abşeronda “Narkomanlığa qarşı mübarizədə mənəvi dəyərlərin rolu” mövzusunda tədbir keçirilib
Abşeronda “Narkomanlığa qarşı mübarizədə mənəvi dəyərlərin rolu” mövzusunda tədbir keçirilib
Azərbaycanda siyasi sistemin formalaşdırılması və gücləndirilməsi üçün yeni qanunvericilik təşəbbüsləri lazımdır
Azərbaycanda siyasi sistemin formalaşdırılması və gücləndirilməsi üçün yeni qanunvericilik təşəbbüsləri lazımdır
Dövlət müstəqilliyimizin bərpasından sonra Azərbaycan qadını dövlət quruculuğu prosesinin fəal iştirakçısına çevrildi
Dövlət müstəqilliyimizin bərpasından sonra Azərbaycan qadını dövlət quruculuğu prosesinin fəal iştirakçısına çevrildi
Abşeron rayonunda şəhid ailələrinin xanım üzvləri üçün “8 Mart - Qadınlar Günü” münasibəti ilə bayram tədbiri keçirilib
Abşeron rayonunda şəhid ailələrinin xanım üzvləri üçün “8 Mart - Qadınlar Günü” münasibəti ilə bayram tədbiri keçirilib
Azərbaycan Prezidenti “Euronews” televiziyasına verdiyi müsahibəsində önəmli məsələləri diqqətə çatdırdı
Azərbaycan Prezidenti “Euronews” televiziyasına verdiyi müsahibəsində önəmli məsələləri diqqətə çatdırdı
Abşerondakı “Şəfəq” yaşayış məntəqəsinə qəsəbə statusu veriləcək
Abşerondakı “Şəfəq” yaşayış məntəqəsinə qəsəbə statusu veriləcək
FHN bayram tonqalları ilə əlaqədar yenidən əhaliyə müraciət edib
FHN bayram tonqalları ilə əlaqədar yenidən əhaliyə müraciət edib
Bu gün od çərşənbəsidir
Bu gün od çərşənbəsidir