Xəbər lentİ

Xırdalanın Heydər Əliyev prospektinin yenidən qurulması uğurla davam etdirirlər

14:31, 25.06.20
Oxunub: 4 928
Gundem / İQTİSADİYYAT
Xırdalanın Heydər Əliyev prospektinin yenidən qurulması uğurla davam etdirirlər

Prezident İlham Əliyevin sərəncamına əsasən Xırdalan şəhərinin 5,1 kilometr uzunluğu olan Heydər Əliyev prospekti yenidən qurulur.

Prospektin 2700 metri 4 hərəkət zolaqlıdır. Əsaslı təmir işləri çərçivəsində prospekt boyu köhnə asfalt-beton örtüyünün üst qatı yenisi ilə əvəzlənir, yolun hərəkət hissəsi genişləndirilir, piyada səkiləri yenidən qurulur, zəruri olan yerlərdə yeni piyada səkiləri tikilir, kənarlarına isə yeni səki daşları düzülür.

Prospektdə işlər kommunikasiya xətlərinin çəkilişi ilə məşğul olan qurumlarla birgə aparılır. Layihənin sonuncu mərhələsində kanalizasiya quyularının qapaqları yenilənəcək, yol kənarlarına yeni yağış barmaqlıqları yerləşdiriləcək, hərəkətin normal təşkili üçün yol nişanları və məlumatverici lövhələr quraşdırılacaq, yolcizgi və yolgöstərici xətlərinin, həmçinin piyada zolaqlarının çəkilməsi işləri aparılmaqla müasir yol infrastrukturu yaradılaraq vətəndaşların istifadəsinə veriləcək.

İşlərin vaxtında yekunlaşdırılması üçün əraziyə lazımi sayda canlı qüvvə və texnika cəlb edilib.

Xırdalanın Heydər Əliyev prospektinin yenidən qurulması uğurla davam etdirirlər
Xırdalanın Heydər Əliyev prospektinin yenidən qurulması uğurla davam etdirirlər
Xırdalanın Heydər Əliyev prospektinin yenidən qurulması uğurla davam etdirirlər
Xırdalanın Heydər Əliyev prospektinin yenidən qurulması uğurla davam etdirirlər
Xırdalanın Heydər Əliyev prospektinin yenidən qurulması uğurla davam etdirirlər
Xırdalanın Heydər Əliyev prospektinin yenidən qurulması uğurla davam etdirirlər
Xırdalanın Heydər Əliyev prospektinin yenidən qurulması uğurla davam etdirirlər
Xırdalanın Heydər Əliyev prospektinin yenidən qurulması uğurla davam etdirirlər

Fikirlər

 Oxşar xəbərlər: