Abşeron Rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədova II Qarabağ müharibəsində şəhid olan Şabanov Rufət Rauf oğlunun evinə baş çəkib. Rayonun Ceyranbatan qəsəbəsində şəhid anası Şabanova Kifayət Novruzbəy qızı ilə görüşən başçı ailənin qayğıları və problemləri ilə maraqlanıb.
Bildirilib ki, R.Şabanov 22 iyun 2019-cu ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Abşeron rayon şöbəsi tərəfindən həqiqi hərbi xidmətə çağrılıb. Murovdağ zirvəzi ətrafında gedən döyüşlərdə iştirak edib və bu zaman şəhidlik zirvəsinə ucalıb.
Qeyd edilib ki, şəhidin qəbirüstü abidəsinin Rayon İcra Hakimiyyəti tərəfindən götürülməsi istiqamətində addımlar atılıb və yaxın günlərdə abidə tam hazır olacaq. Ailənin sosial vəziyyəti nəzərə alınaraq RİH tərəfindən maddi yardım göstərilib. Bununla yanaşı, ailənin müraciəti əsasında şəhidin qardaşı işlə təmin olunub, anasının isə əvvəlki işinə bərpa olunması istiqamətində lazimi tədbirlər görülüb.