Xəbər lentİ

Duz gölünün ətrafında 100-ə yaxın həmişəyaşıl ağac əkilib

20:15, 08.01.21
Oxunub: 671
Gundem / İQTİSADİYYAT
Duz gölünün ətrafında 100-ə yaxın həmişəyaşıl ağac əkilib

Yanvarın 8-də Abşeron rayonunda növbəti ağacəkmə aksiyası keçirilib. Rayon icra hakimiyyətinin təşəbbüsü ilə reallaşan aksiya Saray–Mehdiabad yolunun Novxanı kəndi ərazisinə düşən hissəsində, Duz gölünün ətrafında aparılıb.

Abşeron RİH-in əməkdaşlarının, Novxanı Bələdiyyəsinin üzvlərinin və habelə könüllülərin də iştirak etdiyi aksiyada ümumi sayı 100-ə yaxın olan, əsasən Eldar şamı, kiparis və digər həmişəyaşıl ağaclar əkilib. Ağaclara üzvi gübrə verilərək suvarılıb. Ərazi məişət tullantılarından təmizlənib.

Aksiya ölkədə tətbiq edilən xüsusi karantin qaydalarına uyğun təşkil olunub.

Duz gölünün ətrafında 100-ə yaxın həmişəyaşıl ağac əkilib
Duz gölünün ətrafında 100-ə yaxın həmişəyaşıl ağac əkilib
Duz gölünün ətrafında 100-ə yaxın həmişəyaşıl ağac əkilib
Duz gölünün ətrafında 100-ə yaxın həmişəyaşıl ağac əkilib
Duz gölünün ətrafında 100-ə yaxın həmişəyaşıl ağac əkilib
Duz gölünün ətrafında 100-ə yaxın həmişəyaşıl ağac əkilib

Fikirlər

 Oxşar xəbərlər: