Absheron Media
Haqqımızda Bizimlə əlaqə

İradə Gülməmmədova şəhid ailələri ilə görüşdü

Tarix:18-01-2021, 11:27

İradə Gülməmmədova şəhid ailələri ilə görüşdü

Abşeron rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədova bu gün şəhid ailələri ilə görüşüb, onların problemləri və qayğıları ilə maraqlanıb. Əvvəlcə şəhid kapitan Musibov Veysəl Yadullayeviçin anası Musibova Səməngül Məməmməd qızı ilə görüşən başçı bildirib ki, hər birimiz şəhidlərimizə və qazilərimizə borcluyuq. Şəhidlərimizin, ümumilikdə hərbçilərimizin və Ali Baş Komandan, Müzəffər Prezident İlham Əliyevin düzgün qərarları, iradəsi sayəsində Azərbaycan torpaqları işğaldan azad olundu. Xalqımızın bir yumruq kimi birləşərək əsl həmrəylik, mübarizlik göstərdiyini, cənab Prezidentin ətrafında sıx birləşdiyini vurğulayan RİH başçısı qeyd edib ki, ordumuzun qüdrəti, döyüş ruhu, əzmi, Azərbaycan əsgərinin gücü ilə ərazilərimiz erməni işğalçılarından birdəfəlik təmizləndi. Bu böyük qələbənin əldə olunmasında Azərbaycan oğulları canlarından keçdilər. Şəhidlərimizə allahdan rəhmət, qazilərimizə isə şəfa diləyən İ.Gülməmmədova ölkəmizdə dövlət səviyyəqində şəhid ailələrinə və ümumilikdə müharibə iştirakçılarına göstərilən diqqət və qayğıdan danışıb.

S.Musibova Xırdalandakı Şəhidlər Xiyabanında aparılan yenidənqurma işlərindən xəbərdar olduğunu, şəhid oğlunun da orada uyuduğunu qeyd edərək görülən işlərin yekunlaşacağı tarixlə maraqlanıb.

İ.Gülməmmədova bildirib ki, Abşeron RİH-i tərəfindən Şəhidlər Abidəsinin ərazisi genişləndirilib, beton-bərkitmə işləri aparılıb. Xüsusi memarlıq formasında inşa edilən abidənin ətrafına aqlay daşlar düzülür. Eyni zamanda abidəyə aparan yol da təmir edilib, ətrafı abadlaşdırılıb. Müxtəlif həmişəyaşıl ağac və gül kolları əkilib. Abidə yaxın bir neçə günə tam hazır vəziyyətinə gətiriləcək.

Rayon rəhbəri daha sonra şəhid əsgər Sadıqov Rəsul Həşim oğlunun anası Allahverdiyeva Elnarə Allahverdi qızı və 9 yaşlı qardaşı Mirsalam ilə görüşüb, onların qayğıları, problemləri ilə maraqlanıb. Mirsalam bala tezliklə Qarabağa getmək arzusunda olduğunu və qardaşının şəhid düşdüyü torpaqları gəzmək istədiyini qeyd edib. Elnarə Allahverdiyeva da övladlarını vətənpərvərlik ruhunda böyütdüyünü və lazım gələrsə digər oğlunun da vətənin azadlığı üçün cəbhəyə yollamağa hazır olduğunu deyib.

Şəhid ailələri igidlərimizin Azərbaycanın azadlığı uğrunda döyüşdüyünü və öz müqəddəs borclarını şərəflə yerinə yetirdiklərini qeyd ediblər. Onlar ölkəmizdə şəhid ailələrinə dövlət səviyyəsində göstərilən diqqət və qayğıya görə cənab Prezident İlham Əliyevə öz təşəkkürlərini bildiriblər.

İradə Gülməmmədova şəhid ailələri ilə görüşdü
İradə Gülməmmədova şəhid ailələri ilə görüşdü
İradə Gülməmmədova şəhid ailələri ilə görüşdü
İradə Gülməmmədova şəhid ailələri ilə görüşdü

Azərbaycanda həyata keçirilən infrastruktur layihələrinin əsas məqsədi ölkəmizin sürətli inkişafını təmin etməkdir
Azərbaycanda həyata keçirilən infrastruktur layihələrinin əsas məqsədi ölkəmizin sürətli inkişafını təmin etməkdir
İnsanlara nur bəxş edən böyük alim - Zərifə xanım Əliyeva
İnsanlara nur bəxş edən böyük alim - Zərifə xanım Əliyeva
Neokolonializmə qarşı mübarizə məsələləri ölkəmizin xarici siyasətində xüsusi önəm daşıyır
Neokolonializmə qarşı mübarizə məsələləri ölkəmizin xarici siyasətində xüsusi önəm daşıyır
"Şahin" hərbi-idman oyununun Abşeron rayonu üzrə qalibləri məlum olub
Abşeronlu məzun: Yüksək bal toplayacağıma əmin idim
Abşeronlu məzun: Yüksək bal toplayacağıma əmin idim
Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı yeni mərhələyə qədəm qoyur
Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı yeni mərhələyə qədəm qoyur
Abşeron rayonunda iftar süfrəsi açılıb
Abşeron rayonunda iftar süfrəsi açılıb
Abşeronla qardaşlaşan Bursaya yeni bələdiyyə sədri seçildi
Abşeronla qardaşlaşan Bursaya yeni bələdiyyə sədri seçildi
Abşeron RİH-in əməkdaşları sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsinin sakinləri ilə görüş keçirib
Abşeron RİH-in əməkdaşları sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsinin sakinləri ilə görüş keçirib
Abşeronda “Üz-çənə və baş-boyun patologiyalarına müasir yanaşma” mövzusunda elmi-nəzəri konfrans keçirilib
Abşeronda “Üz-çənə və baş-boyun patologiyalarına müasir yanaşma” mövzusunda elmi-nəzəri konfrans keçirilib
Abşeron rayonunda 31 Mart Azərbaycanlıların soyqırımına həsr olunmuş tədbir keçirilib
Abşeron rayonunda 31 Mart Azərbaycanlıların soyqırımına həsr olunmuş tədbir keçirilib
Ermənilər məskunlaşdığı Azərbaycan torpaqlarında daima xalqımıza qarşı soyqırımlar törədiblər
Ermənilər məskunlaşdığı Azərbaycan torpaqlarında daima xalqımıza qarşı soyqırımlar törədiblər
Abşeronda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində silsilə tədbirlər davam etdirilir
Abşeronda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində silsilə tədbirlər davam etdirilir
Abşeronda narkomaniya ilə mübarizə sahəsində silsilə tədbirlər keçirilib
Abşeronda narkomaniya ilə mübarizə sahəsində silsilə tədbirlər keçirilib
"Dördüncü dəfədir ki, bayram tonqalını azad edilmiş Qarabağda qalayıram" - Prezident
Azərbaycan-Gürcüstan münasibətləri tarixi köklərə söykənir
Azərbaycan-Gürcüstan münasibətləri tarixi köklərə söykənir
Azərbaycan-NATO tərəfdaşlığının 30 ildən artıq davam edən uzun tarixi var
Azərbaycan-NATO tərəfdaşlığının 30 ildən artıq davam edən uzun tarixi var
Sabahdan Azərbaycanda 7 günlük Novruz tətili başlayır
Sabahdan Azərbaycanda 7 günlük Novruz tətili başlayır
Prezident İlham Əliyev Xankəndi şəhərində Novruz tonqalını alovlandırıb və Azərbaycan xalqını bayram münasibətilə təbrik edib
Prezident İlham Əliyev Xankəndi şəhərində Novruz tonqalını alovlandırıb və Azərbaycan xalqını bayram münasibətilə təbrik edib