İkinci Qarabağ müharibəsi başa çatdı. Azərbaycan Ordusu Ermənistanın işğalçı qüvvələrini öz torpaqlarından çıxartdı. İndi əsas suallardan biri budur ki, Azərbaycan və erməni xalqı Qarabağa qayıdıb birgə yaşaya biləcəkmi? Bunun üçün ermənilərin yerli mülki azərbaycanlılara Qarabağ müharibəsində necə rəftar etmələrini nəzərə alsaq görərik ki,onlar azərbaycanlılarla birgə yaşamaq üçün körpü saxlamayıblar.
Azərbaycan isə döyüş bölgəsindəki dinc erməni sakinlərinin ərazini tərk etməsi üçün humanitar dəhlizi açıq saxladı. Ordumuzun bölgədən qaçanlara hər an zərbə endirmək imkanı olsa da, bunu etməyib. Azərbaycanın bu cür humanist davranışı ermənilərin bölgəni rahat şəkildə tərk etməsinə yardım edib. Azərbaycanlılar ermənilərlə dinc, yanaşı yaşamaq üçün körpüləri yandırmayıb. Bu baxımdan Azərbaycan tərəfi ermənilərin yerli azərbaycanlılarla dinc yanaşı yaşaması üçün şərait yaradıb.
Dövlət başçısı İlham Əliyev çıxışlarında dəfələrlə bildirib ki, Azərbaycan vətəndaşı ermənilərin Qarabağda azərbaycanlılarla birgə yaşaması üçün heç bir problem yoxdur. Onlar da Azərbaycanın bərabərhüquqlu vətəndaşı ola bilərlər. Bu isə onların hüquqlarının və təhlükəsizliklərinin qorunmasına ən yüksək səviyyədə təminatdır. Beləliklə, Azərbaycan vətəndaşı olan dinc ermənilərin geri qayıtması üçün şərait yaradılır. Yəni başqa xalqlar kimi ermənilər də Azərbaycanın Qarabağ bölgəsində dinc şəraitdə yaşayacaqlar və o ərazilərin ölkəmizin digər hissəsi ilə inteqrasiyası labüddür.
Qarabağın erməni icması daxilində bölgədə ədalətli və davamlı sülhə nail olmaq üçün münaqişənin yeganə həllinin Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazi bütövlüyü çərçivəsində iki icmanın birgə mövcudluğundan keçdiyini anlayan şəxslərin sayı kifayət qədər çoxdur və artmaqdadır.Son dövrdə rəsmi sosial media hesablarına görə erməni icmasının nümayəndələri tərəfindən göndərilən ismarıclar bunu deməyə əsas verir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yerli və xarixi jurnalistlər üçün keçirdiyi mətbuat konfransında bu məsələlərə də münasibət bildirib. Dövlət baçşçısı qeyd edib ki, davamlı sülh regionun inkişafını təmin edən əsas amildir. Hökumətin prioritet vəzifələrindən biri davamlı sülhə nail olmaqdır. “Düşmənçilik səhifəsi çevrilməlidir. 10 noyabr tarixində imzalanmış bəyanat bunun üçün zəmin yaradır. İmzalanmış Bəyanata sadiqlik nümayiş etdirməklə regionda sülh təmin olunacaq” – deyə Prezident İlham Əliyev qeyd edib.
Mətbuat konfransından bəlli oldu ki, Azərbaycan hökuməti birgəyaşayışın əsas üsulunun əməkdaşlıqdan keçdiyini hesab edir. Dövlət başçısı vurğulayıb ki, ölkəmizin məqsədi artıq üçtərəfli qaydada – Ermənistan və Rusiya ilə birlikdə kommunikasiyaların bərpası, Zəngəzur dəhlizinin yaradılması və nəqliyyat baxımından bütün maneələri aradan qaldırmaqdır. “Bu baş tutsa, Ermənistan da mənfəət əldə edəcək, onlar sülhün xeyrini görəcəklər” – deyə Prezident nitqinə əlavə edib.
Azərbaycan dünya miqyasında tolerant ölkə kimi tanınırRespublikamızda 380-dən artıq dini icmanın mövcud olması və onlara eyni münasibətin göstərilməsi Azərbaycanı dünya miqyasında tolerant ölkə kimi tanıtmışdı. Tolerantlıq və multikulturalizm, Dövlət Başçımızın dediyi kimi, Azərbaycanda həyat tərzi və dövlət siyasətidir. Azərbaycanda yaşayan insanların bir-birinə münasibəti,kimin hansı millətə və yaxud dinə mənsub olmasında deyil,səmimi və təmiz olması ilə seçilir. Azərbaycanda ta qədimdən mövcud olan milli dəyərlər və tolerantlıq həmişə qorunub saxlanılıb və gələcək nəsillərə çatdırılır.
Şəhla Ağbulud