Xəbər lentİ

Yeni Azərbaycan Partiyası qələbələr partiyası kimi nüfuz qazanıb

13:35, 06.03.21
Oxunub: 551
Gundem / SİYASƏT
Yeni Azərbaycan Partiyası qələbələr partiyası kimi nüfuz qazanıb

Yeni Azərbaycan Partiyasının ümumxalq partiyasına çevrilməsi onun uğurlu siyasətinə əsaslanır. YAP qələbələr partiyası kimi nüfuz qazanmış, cəmiyyətdə rolunu daha da artırmışdır.

Yeni Azərbaycan Partiyasinin uğurlu siyasəti nəticəsində Azərbaycan sürətlə inkişaf edən ölkəyə çevrilib. Ölkəmizin dinamik inkişafı, modernləşməsi, müasir bir cəmiyyətə çevrilməsi, həyatımızın bütün sahələrində dəyişikliklərin əsasının qoyulması da insanlarda İlham Əliyevin həyata keçirdiyi siyasətə böyük inam formalaşdırıb. Bu inam YAP-ın gücünün digər səbəbi də onun üzvlərinin YAP-n yaradıcısı Heydər Əliyevin ideyalarına, onun siyasi kursunun davamçısı İlham Əliyevin həyata keçirdiyi siyasətə dərindən inanması və partiyanın sıralarında birləşməsidi.

6 siyasi partiyanın Yeni Azərbaycan Partiyasına qoşulması cəmiyyətdə iqtidara qarşı olan inamın göstəricisidir

44 günlük Vətən müharibəsi milli birlik modeli uğurla həyata keçirildi. Bu baxımdan, YAP-ın son qurultayı da cəmiyyətdə milli həmrəylik baxımından öz töhfəsini verə bilər. Bu gözləntilər özünü doğrultdu. Belə ki, qurultaya 6 siyasi partiyanın YAP-a qoşulmasına dair qərar qəbul edildi. Bununla ölkənin siyasi həyatında tamamilə yeni bir strategiyanın - siyasi həmrəylik, inteqrasiya və milli birlik modelinin əsası qoyulmuş oldu. YAP və 6 siyasi partiyanın milli birliyə yönələn vahid partiyada birləşmək qərarı Azərbaycanın içtimai – siyasi həyatında tamamilə yeni bir doktrinanın işə düşməsinin xəbərçisi sayıla bilər.

Onu da qeyd etmək lazımdır ki, 44 günlük Vətən müharibəsi zamanında da ölkənin əksər siyasi təşkilatları vahid hədəf uğrunda birlikdə mübarizə apardıqlarını nümayiş etdirdilər.

Ölkənin ən müxtəlif spektrini əhatə edən 6 siyasi təşkilatın-Azərbaycan Xalq Demokratik Partiyası, Azərbaycan Kəndli Partiyası, Milli Qurtuluş Partiyası, Azərbaycan Yurddaş Partiyası, Azərbaycan Milli Hərəkat Partiyası və Azərbaycan Demokrat Sahibkarlar Partiyasının vahid təşkilatda, vahid platform ətrafında birləşməsi Azərbaycanda siyasi dialoq mühitinin dərinləşməsinə və demokratik ənənələrin şaxələnməsinə xidmət edəcək.

Partiyaların YAP-a birləşməsi cəmiyyətdə iqtidara qarşı olan müsbət münasibətin və inamın göstəricisi kimi də qiymətləndirilə bilər.

Şəhla Ağbulud

Fikirlər

 Oxşar xəbərlər: