Absheron Media
Haqqımızda Bizimlə əlaqə

İlham Əliyev: “Yeni Azərbaycan Partiyasının adı Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır”

Tarix:10-03-2021, 17:00
Baxış Sayı:194

İlham Əliyev: “Yeni Azərbaycan Partiyasının adı Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır”

Heydər Əliyev 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet qoşunlarının bakıda törətdiyi qanlı faciə ilə əlaqədar yanvarın 21-də Azərbaycanın Moskvadakı nümayəndəliyində bəyanatla çıxış edərək, Azərbaycan xalqına qarşı törədilmiş cinayətkar təşkilatçıları və icraçılarının cəzalandırılmasını tələb edib. O, Dağlıq Qarabağda yaranmış kəskin münaqişəli vəziyyətlə bağlı SSRİ rəhbərliyinin ikiüzlü siyasətinə etiraz əlaməti olaraq Sovet İttifaqı Kommünist Partiyasının sıralarını tərk edib.

1992-ci ilin noyabr ayında Naxçıvan şəhərində Yeni Azərbaycan Partiyasının təsis konfransı keçirilib. Heydər Əliyev konfransda partiyanın sədri seçilib.
1993-cü ilin oktyabr ayının 3-də isə ümumxalq səsverməsi nəticəsində Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti seçilib.

Mart ayının 5-də Yeni Azərbaycan Partiyasının VII qurultayında Pespublika Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyev bu barədə öz nitqində demişdi: “Yeni Azərbaycan Partiyasının adı ulu öndər Heydər Əliyevin adı ilə
bağlıdır. Partiya Heydər Əliyevin ətrafında yaradılmışdır, onun siyasi təcrübəsi, bilikləri, xalq qarşısında göstərdiyi xidmətlər, Naxçıvanda çalışdığı dövrdə göstərdiyi əsl vətənpərvərlik və öz xalqına olan sadiqlik Azərbaycanın mütərəqqi insanlarını onun ətrafında birləşdirdi. Heydər Əliyev 1969-cu ildə Azərbaycana rəhbərlik etməyə başlayanda Azərbaycan Pespublikası Sovet İttifaqının müttəfiq respublikaları arasında bütün göstəricilərə görə axırıncı yerlərdə idi. Heydər Əliyevin fəaliyyətinin nəticəsində 1982-ci ildə isə qabaqcıl yerlərdə idi. O vaxt onun gördüyü işlər həm sənaye, həm kənd təsərrüfatı, həm yüngül sənaye sahələrini böyük dərəcədə inkişaf etdirdi. Heydər Əliyevin qətiyyəti, cəsarəti, müdrikliyi, xalqa daim təmasda olması, korrupsiyaya və rüşvətxorluğa qarşı amansız mübarizəsi haqlı olaraq xalq tərəfindən ona böyük rəğbət qazandırmışdır”.
Digər önəmli amil Heydər Əliyevin Naxçıvan dövrü ilə bağlıdır. Çünki o vaxt Naxçıvan həm Ermənistanın hücumlarına məruz qalırdı, eyni zamanda, o vaxtkı Azərbaycan rəhbərliyinin əsassız hücumlarına məruz qalırdı. Faktiki olaraq blokada şəraitindəki respublika işıqsız, qazsız, susuz, heç bir maddi imkanı olmadan yaşayırdı və Heydər Əliyev amili burada əsas rol oynayırdı. Ermənilər nə qədər cəhd etsələr də, Naxçıvanda öz istəklərinə nail ola bilmədilər. Halbuki Qarabağdan sonra onların növbəti hücum hədəfi Naxçıvan idi. Heydər Əliyev və onun ətrafında birləşmiş insanlar Naxçıvanı qoruya bildilər, düşməni yerinə oturtdular və orada sərhəddə gedən şiddətli döyüşlərdə qalib gəldilər.
Cənab Prezidentimizin xalqa verdiyi qələbə müjdəsi hər kəsə böyük sevinc bəxş etdi. Əzəli və əbədi torpaqlarımız olan Qarabağın geri qaytarılması, Xocalının intiqamı uğrunda başlanılan müqəddəs savaşın böyük qələbəsi haqqın Qələbəsi idi.
“Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdi, tarixi ədaləti bərpa etdi, işğalçıları əzəli torpaqlarımızdan qovdu və beləliklə, tarixi ədalət bərpa olundu. Bizim şanlı qələbəmiz qürur mənbəyimizdir. Bu gün bizim Qələbəmiz dünyanın aparıcı ölkələrinin aparıcı ali məktəblərində öyrənilir.

Azərbaycan xalqı birlik, həmrəylik göstərdi. Azərbaycan Ordusu rəşadət, qəhrəmanlıq, peşəkarlıq göstərdi. Bütün xalqımız bir yumruq kimi birləşib düşmənə sarsıdıcı zərbələr vurub öz tarixi torpaqlarını işğaldan azad etmişdir. Biz bu tarixi missiyanı yerinə yetirdik.

İşğaldan azad olunmuş torpaqlarımızda quruculuq işləri gedir

- Baxın, indi Azərbaycana xaricdən nə qədən investisiya qoyulur. Bunun əsas amili daxili sabitlikdir. “Doing Business” proqramında biz yaxşı yerdəyik. İndi bizim yerimizi də artırıblar və qabaqcıl ölkələr sırasındayıq.
Ermənistana pul qoyan yoxdur. Heç xaricdə yaşayan ermənilər də pul qoymurlar.
Çünki hərc-mərclik var, aləm qarışıb, sabitlik yoxdur, lideri yoxdur, etibar edə biləcəyi bir kəs yoxdur ki, investor gəlsin desin,bəli, mən inanıram bu dövlətə,bu dövlət başçısına, mən vəsait qoyuram.
Biz bu il təqribən 400-500 milyon dollarlıq ancaq xarici investisiyaları bərpa olunan enerji növlərini gətirmişik. Artıq bu müqavilə bağlanıb,bir müqavilə də bu ay, ya gələn ay bağlanacaq. Özləri bunu təklif etmişdilər.Yeddi aparıcı şirkət bu layihələr uğrunda mübarizə aparırdı. Onlardan ikisi bizə ən sərf edən təkliflər irəli sürdü. Onlar 44 meqavat gücündə günəş və külək elektrik stansiyalarını öz vəsaiti hesabına inşa edəcək.Azərbaycanlılar həm inşaat dövründə orada işləyəcək, həm də istismar dövründə və bizə nə qədər xeyir gətirəcək. Azad edilmiş torpaqlara indi nə qədər təkliflər var.Biz indi onları cəmləşdiririk.

“Yeni dövrdə siyasi dialoq daha da dərinləşdirilməlidir “

Azərbaycanda müharibədən əvvəl başlamış siyasi dialoq istiqamətində qısa müddət ərzində yaxşı nəticələr əldə olunub. Bütün partiyalar, özünü siyasi qurum adlandıran antimilli şura istisna olmaqla, bütün siyasi qüvvələr dialoqa meyl göstərib, təşəbbüsü alqışlayıb və artıq bu dialoq baş tutub.
Bu gün siyasi dialoqun üstünlüyü ondadır ki, heç bir kənar müdaxilə olmadan keçirilir. 1990-cı illərdə, hətta indi mənim dövrümdə də bəziləri xaricdən gəlirdilər ki, burada siyasi dialoqu bizim üçün təşkil etsinlər. Bu, bizim üçün təhqir idi.
Ümummilli məsələlərdə heç bir fərqli fikir ola bilməz. Ümumi məsələlər Qarabağ məsələsidir, siyasi partiyaların fəaliyyətidir, demokratiyanın inkişafıdır, iqtisadi azadlıqların bərqərar olmasıdır, ölkəmizin güclənməsidir.
Dövlət başçısı siyasi dialoqun davamında maraqlı olduğunu, ölkəmizin gələcək siyasi sisteminin təkmilləşməsi üçün bunun böyük əhəmiyyəti olduğunu vurğulayır. YAP üzvlərini də ölkə daxilində heç bir siyasi qurumla heç bir problem olmadığını nəzərə almağa dəvət edir. İstisna antimilli ünsürlərdir. Çünki onlar satqınlardır, xaindirlər, təlimatları xaricdən alırlar. Camaatı çaşdırmaq üçün onlar şanlı Qələbəmizə kölgə salmaq istəyirlər. Onlar Paşinyanı bizə nümunə gətirirdilər, onu təmiz adam adlandırırdılar, onu demokrat adlandırırdılar. Ermənistanda müharibədən əvvəl, sonra aparılmış həbslərə Qərb heç bir reaksiya vermir. Qərb artıq bu demokratiya məsələləri ilə bağlı özünü tam ifşa edib. Bu durumda vaxtilə Paşinyanı nümunə gətirən “Milli Şura” üzvlərinin susması da ikiüzlülük kimi qınanmalıdır.

Yeni dövrdə siyasi dialoq daha da dərinləşdirilməlidir. Müharibədən əvvəl başlamış siyasi dialoq istiqamətində qısa müddət ərzində yaxşı nəticələr əldə olunub. Bütün partiyalar, özünü siyasi qurum adlandıran antimilli şura istisna olmaqla, bütün siyasi qüvvələr dialoqa meyl göstərib, təşəbbüsü alqışlayıb və artıq bu dialoq baş tutub.

Şəhla Ağbulud

İradə Gülməmmədova bayram ərəfəsində şəhid Səbuhi Məcidovun ailəsinə baş çəkdi
İradə Gülməmmədova bayram ərəfəsində şəhid Səbuhi Məcidovun ailəsinə baş çəkdi
Şuşada “Xarı bülbül” festivalı, Vaqif poeziya günləri keçiriləcək
Şuşada “Xarı bülbül” festivalı, Vaqif poeziya günləri keçiriləcək
Ümumilli lider Heydər Əliyevin anadan olmasının 98-ci illiyi münasibətilə Abşeronda genişmiqyaslı ağacəkmə kompaniyası keçirilib
Ümumilli lider Heydər Əliyevin anadan olmasının 98-ci illiyi münasibətilə Abşeronda genişmiqyaslı ağacəkmə kompaniyası keçirilib
Abşeronda ruhanilər və ağsaqqallarla görüş keçirildi
Abşeronda ruhanilər və ağsaqqallarla görüş keçirildi
Abşeronda 5 May “Xalçaçı Günü” qeyd olundu
Abşeronda 5 May “Xalçaçı Günü” qeyd olundu
“Qarabağ inciləri” müsabiqəsinin qalibləri mükafatlandırılıblar
“Qarabağ inciləri” müsabiqəsinin qalibləri mükafatlandırılıblar
Şuşaya yeni magistral su kəməri çəkiləcək
Şuşaya yeni magistral su kəməri çəkiləcək
Xalq şairi Fikrət Qoca vəfat edib
Xalq şairi Fikrət Qoca vəfat edib
Bakı-Xırdalan-Sumqayıt marşrutu ilə hərəkət edən elektrik qatarları ilə sərnişin daşımaları bərpa edilir.
Bakı-Xırdalan-Sumqayıt marşrutu ilə hərəkət edən elektrik qatarları ilə sərnişin daşımaları bərpa edilir.
Şəhid Fərid Məmmədovun doğum günü ərəfəsində baralyefinin açılışı olub
Şəhid Fərid Məmmədovun doğum günü ərəfəsində baralyefinin açılışı olub
Azərbaycan regionun inkişaf açarıdır
Azərbaycan regionun inkişaf açarıdır
Abşeronda Ağsaqqallar Şurasının konfransı keçirildi
Abşeronda Ağsaqqallar Şurasının konfransı keçirildi
Abşeronda şəhid baba və nəvənin xatirəsinə bulaq istifadəyə verildi
Abşeronda şəhid baba və nəvənin xatirəsinə bulaq istifadəyə verildi
Zəngəzur dəhlizinin istifadəyə verilməsi Azərbaycanı regionun qovşaqlarının mərkəzinə çevirəcək
Zəngəzur dəhlizinin istifadəyə verilməsi Azərbaycanı regionun qovşaqlarının mərkəzinə çevirəcək
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Cəbrayıl və Zəngilan rayonlarında olublar
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Cəbrayıl və Zəngilan rayonlarında olublar
Azərbaycan Prezidenti Ermənistanda baş qaldıran revanşist qüvvələrə sərt şəkildə xəbərdarlıq edib
Azərbaycan Prezidenti Ermənistanda baş qaldıran revanşist qüvvələrə sərt şəkildə xəbərdarlıq edib
Ermənilər tarix boyu törətdikləri cinayətlərə və Xocalı soyqırımına görə cavab verməlidirlər
Ermənilər tarix boyu törətdikləri cinayətlərə və Xocalı soyqırımına  görə cavab verməlidirlər
Azərbaycanda fəaliyyət göstərən siyasi partiyalar hər zaman qardaş Türkiyənin yanında olduqlarını bildirir