Xəbər lentİ

Prezident İlham Əliyev: “Azərbaycan şəhərləri işğal dövründə dağıdılıb”

15:35, 19.03.21
Oxunub: 577
Gundem / SİYASƏT
Prezident İlham Əliyev: “Azərbaycan şəhərləri işğal dövründə dağıdılıb”

Dövlət başçısı və onun ailə üzvlərinin işğaldan azad edilmiş torpaqlarımızda olması hər bir azərbaycanlıya qürür verir. Əzəli-əbədi torpaqlarımızı mənfur düşməndən geri alıb, xalqımızın başını uca edən Ali Baş Komandanımıza və qəhrəman, müzəffər ordumuza minnətdarıq.

İlk dəfə işğaldan azad olunan Qarxanbəyli kəndi olub

Martın 15-də Respublika Prezidenti İlham Əliyev, Birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva növbəti Fizuli və Xocavənd rayonlarında olublar.
Onu da qeyd edim ki, müharibə məhz buradan başlayıb və müharibənin ilk günündən - yəni sentyabr ayının 27-də azad olan kənd Qaraxanbəyli kəndi olub. Bu azadetmə əməliyyatından sonra Azərbaycan ordusunun uğurları bir-birini ardınca gəlməyə başladı. Kəndlərimiz bir-birinin ardınca işaldan azad edildi. Xalq olaraq 30 ilə yaxın bir müddətdə həsrət qaldığımız torpaqların – kəndlərin, yaşayış yerlərinin adları azaqd olunanlar sırasında çəkildikcə xoşbəxtlikdən gözlərimiz yaşardı, atılıb-düşdük.

Azad edilmiş torpaqların bərpası başlanılıb

Azərbaycan höküməti Qarabağın azad olunmasını necə qısa bir müddətdə təmin edibsə, eyni templə də torpaqlarımızı bərpa etməyə başlayıb. Azadetmədən sonra gördük ki, düşmən heç bir quruculuq işləri aparmayıb. Azərbaycan şəhərləri tamamilə tarı-mar edilib. Lakin azərbaycanlılar qayıdar-qayıtmaz bərpa işlərinə başladı. Bu kimi vacib məqamlar torpağın əsl sahibinin kim olduğunu bir daha göstərir.
Ölkə Prezidenti İlham Əliyev Füzuli və Xocavənd rayonlarına səfəri zamanı etdiyi çıxışında bu məsələlərə toxunub. “Yenə işğaldan azad edilmiş torpaqlardayam. Bu gün Fizuli-Hadrut avtomobil yolunun təməlini qoyacağam. Bu avtomobil yolunun inşası azad edilmiş ərazilərin bərpası üçün böyük əhəmiyyət daşıyır. Bu birinci layihə deyil. Artıq bir neçə yol layihələri icra edilməkdədir. Azad edilmiş torpaqların bərpası başlamışdır. Fizulidən Şuşaya yol çəkilir. Zəfər yolu çəkilir. Eyni zamanda Bərdə-Ağdam yolunun çəkilişi yaxın günlərdə icra ediləcəkdir. Horadizdən Zəngilana qədər yol çəkiləcək. Bir sözlə, müharibədən dörd ay keçməsinə baxmayaraq, böyük quruculuq işləri başlamışdı” – deyə ölkə başçısı qeyd edib.
Bəli, hər işin başlanğıcı yoldur. Yol mədəniyyətdir, yol iqtisadiyyatdır, yol uğurlu gələcəkdir. Müharibədə necə zəfər yolu keçmişçiksə, eləcə də Zəfər Yolu ilə Qarabağda azad və təhlükəsiz şəkildə irəliləyəcəyik.

Ermənistan özünün təcavüzkar və terrorçu mahiyyətini nümayiş etdirdi

Ermənistan özünün təcavüzkar və terrorçu mahiyyətini nümayiş etdirərək dinc əhalinin sıx yaşadığı əraziləri dəfələrlə artilleriya atəşinə tutub. Eyni zamanda xəstəxanaları, tibb məntəqələrini, məktəb binalarını, uşaq baxçalarını, dövlət qurumlarının inzibati binalarını, təsərrüfat təyinatlı əraziləri də ağır artilleriya atəşinə tutublar.
Bunun nəticəsində müharibə zonasına yaxın rayonlarda və müharibə zonasından xeyli aralı olan Gəncə şəhərində evlər dağılmış, mülki əhali arasında xeyli yaralananlar və həlak olanlar olmuşdu.

Müzəffər Ordumuz cəmi 44 günə torpaqlarımızı işğaldan azad etdi

Azərbaycan ordusu döyüşərək işğala son qoyub. Erməni qəsbkarlarını döyüş meydanında diz çökdürmüşük. Hərbçilərimiz öz dədə-baba torpaqlarını erməni silahli qüvvələrindən təmizlədi. Mülki əhaliyə qarşı Azərbaycan əskəri heç vaxt müharibə aparmayıb. Ermənilər arasında mülki şəxslər ciddi ziyan görməyib və onların arasında itki olduqca azdır.
Müzəffər ordumuz 44 günlük müharibədə yalnız öz torpaqlarını Ermənistanın işğalçı ordusundan təmizləyərək doğma vətənini azad etdi. Bununla bir daha göstərdik ki, bizim başqa ölkənin torpağında gözümüz yoxdur. Bizim siyasətimiz işğalçılıq deyil. Biz yalnız vətən müharibəsi aparırılq və öz torpaqlarımıza sahib çıxmaq istəyirik. İstəyimizə, məqsədimizə da nail olduqdan sonra da hərbi əməliyyatları dayandırdıq.

“Hadrut əməliyyatı dünya hərb elmində xüsusi yer tutacaq”

Vətən müharibəsi zamanı Azərbaycan ordusunun həyata keçirdiyi bir çox hərbi əməliyyatlat dünyanın hərb tarixinə qızıl hərflərlə yazılacaq. Bu kimi əməliyyatlatdan biri də heç şübhəsiz ki, Hadrutun azad olunması istiqamətində keçirilən döyüşlər idi. Cənab Prezident İlham Əliyev çıxışında bu məsələyə də toxunaraq Hadrutun azad edilməsinin böyük ölçüdə müharibənin taleyini həll edən əməliyyat kimi səciyyələndirib.
Çünki Hadrut Vətən müharibəsi cəbhəsinin mərkəzində yerləşən strateji əhəmiyyətli yaşayış məntəqəsi idi. 44 günlük müharibənin gedişində qəsəbənin ətrafındakı hakim yüksəkliklər Ermənistanın nəzarətində olduğu halda, xüsusi təyinatlılar düşmən müdafiəsinin dərinliklərinə sızaraq Hadruta daxil olmuşdu. Digər qruplar isə Hadruta cənub istiqamətindən - Cəbrayıl və Xocavənddən yolları nəzarətə götürmüşdü.
Cəbrayılı azad edəndən sonra, düşmən gözləmirdi ki, torpaq sahibləri Hadrut istiqamətinə hücüm edəcək. Orada qızğın döyüşlər getməsinə baxmayaraq Azərbaycan Ordusunun professionallığı, üstünlüyü görünürdü. Hadrutu Azərbaycan Ordusu 2 gün ərzində azad etdi. Hadrutun azad edilməsi Erməni Ordusunun mənəvi – psixoloji vəziyyətinə də ciddi təsir göstərdi.
Şuşa döyüşləri Hadrutla bağlıdır. Məhz Hadrutun azad edilməsi, həmin istiqamətin açılması Azərbaycana imkan verdi ki, düşmən gözlənilən istiqamətdən yox, digər istiqamətdən daxil olsun. Düşmən Laçın və Qırmızı bazar istiqamətindən gözləyirdi. Hadrutu azad etdikdən sonra çətin ərazilərdən keçərək bizim ordumuzun şəxsi heyyəti məhz Şuşaya doğru getdi.
Prezident İlham Əliyev bildiriub ki, Şuşa əməliyyatının uğurlu keçməsi üçün məhz Hadrutu azad etmək önəmli idi. Dövlətimizin başçısı qeyd edib ki, düşmənin bizi gözləmədiyi istiqamətdən - dağlardan, dərələrdən, sıldırım qayalardan keçərək, o qayaları dırmaşaraq Şuşanı işğalçılardan azad etdik. Ona görə Hadrut əməliyyatı dünyanın hərbi elmində xüsusi yer tutacaq.

Ermənilər tarixi və mədəniyyət abidələrimizi dağıdıb

Azərbaycan Ordusu müqəddəs torpaqlarımızı erməni işğalçılarından təmizlədikdən sonra xalqımıza məxsus tarixi və mədəniyyət abidələrinin vandalizmə məruz qaldığı, dağıdılaraq yerlə-yeksan edildiyi, bir qismi isə saxtalaşdırılaraq mənimsənilmə istiqamətində cəhdlərin edildiyi aşkar olundu. Qarabağ ərazisində ermənilərin “saxta tarix” istehsal edən müəssisə aşkar olunub. Ermənilər həmin sexdə tarixi abidələr, daşlar üzərində iş aparır, yeni metodlarla qədim abidələr düzəldirmişlər.
Qədim hərflər və şəkillər, xalçalar daşlara çəkilir, döyülür və bir müddət sirkə həllində saxlanılır, sirkənin təsirindən turşuma prosesi gedir və rəngini dəyişən “tarix nümunələri” qədim və köhnə görünüş qazanır.
Qarabağın məhv edilən tarixi və talan edilən mədəniyyəti ermənilərin iç üzünün görünməsi üçün kifayətdir. Qarabağ bölgəsində və ətraf rayonlarda Azərbaycanın milli mədəniyyət ocaqlarına ermənilərin vurduqları ziyanı dəqiq hesblamaq mümkün deyil. Azərbaycanın yeraltı və yerüstü sərvətləri talan edilərək Ermənistana daşınıb.

İşğaldan azad olunmuş ərazilərdə çoxsaylı infrastruktur layihələr həyata keçiriləcək

Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva Fizuli və Xocavənd rayonlarına səfərləri zamanı Ali Baş Komandanımız işğaldan azad olunmuş ərazilərdə çoxsaylı infrastruktut layihələrin həyata keçiriləcəyi, genişmiqyaslı bərpa-quruculuq işlərinin aparılacağını bildirmişdi. İndi bu istiqamətdə böyük işlər görülür. Şuşa və bölgəyə yaxın əraziləri dayanıqlı enerji ilə təmin etmək üçün yarımstansiya inşa edilir. Artıq təməli qoyulan Hopadiz-Zəngilan-Ağbənd dəmir yolunun çəkilişi işğaldan azad olunmuş torpaqların iqtisadi, sosial inkişafını yüksəldəcək. Bu yol istifadəyə verildikdən sonra uzun illərdən bəri blokadada qalan Naxçıvan Muxtar Respublikası ilə əlaqələr bərpa olunacaq.

Şəhla Ağbulud

Fikirlər

 Oxşar xəbərlər: