Absheron Media
Haqqımızda Bizimlə əlaqə

Qarabağa tez qayıtmağın yeganə yolu: – Birgə addımlamalıyıq

Tarix:13-04-2021, 18:13

Qarabağa tez qayıtmağın yeganə yolu: – Birgə addımlamalıyıq

Dekabrın 8-i Azərbaycan Prezidenti İlham Əliyev ərazi bütövlüyümüzün müdafiəsi uğrunda şəhid olanların ailəsinə və müharibə vaxtı yaralananlara dəstək məqsədilə Yaşat Fondunun yaradılması barədə müvafiq fərman imzaladı və bu fərmanla da Fondun işinə nəzarət edəcək himayəçilik şurası formalaşdırıldı.

Cənab Prezidentin vaxtında verdiyi bu fərman içtimaiyyət tərəfindən yüksək səviyyədə qarşılandı. İşlər daha tez və qüsuruz və şəffaf həll olunması üçün bu iş Asan xidmətə həvalə olunub. Çünki Asan xidmətdə bu işin öhdəsindən gələ biləcək potensial var və çox yüksək səviyyədə könüllülər fəaliyyət göstərir. 11 nəfərdən ibarət olan himayəçilər şurası bu işə yaxından dəstək olur.

Fond dörd istiqamət üzrə şəhid ailələrinə və yaralılara xidmət edir. Eyni zamanda Fond qeyri dövlət yardımlarını bir yerə toplayaraq köməyə ehtiyacı olanlar arasında bərabər paylanmasına hesablanıb. Bu onların kreditlərinin, borclarının, müalicə və psixoloji dəstək xərcləri və nəhayət təhsil xərclərinin qarşılanmasıdır.

Yardım almaq üçün belə ailələrin harasa, kiməsə gedib müraciət etmələrinə ehtiyac yoxdur. Asan xidmətin könüllüləri bu işi özləri görürlər. Onlar ev-ev gəzərək bu ailələrin nəyə ehtiyacı olduğunu dəqiqləşdirirlər.

44 gün müharibə dövründə insanlarımız olduqca aktiv oldular. Hər kəs yaralılara və şəhid ailələrinə yardım etməyə çalışırdı. İlkin dövrdə cəmiyyətimiz, qeyri-hökümət təşkilatları yardım təşkil edirdilər. Cəbhə xəttinə və şəhid ailələrinə yardım aparırdılar. Həmin vaxtlar dəqiq yoxlamaq mümkün olmadığından qeyri-bərabər yardımlar edilirdi. İnformasiyası olmayanlar kimə müraciət edəcəklərini bilmirdilər.

Şəhid ailələrinə və yaralılara kömək etmək üçün Beynəlxalq bankda valyuta hesabı açılıb. İçtimaiyətimiz bi işdə fəal iştirak edir. Bu hesaba təşkilatlar və ayrı-ayrı şəxslər tərəfindən ianələr köçürülür. İanə edən şəxslər köçürdükləri ianələrin hara xərcləndiyini portalda izləyə bilirlər.

Toplanan vəsait şəffaf şəkildə xalqa açıqlanır. İndiyədək Fonda 24.804.906 manat daxil olub. Fiziki şəxslər tərəfindən 15.036831.70 manat, hüquqi şəxslər tərəfindən isə 9.768.105.16 manat “Yaşat” fonduna ianə keçirilib.

İndiyədək 2795 şəhidin 14000 ailə üzvü ilə və on minədək Vətən müharibəsində yaralanan şəxslərlə görüşlər keçirilib. Onların hər birinin ilk əvvəl ən vacib ehtiyacları müəyyənləşdirilib. Ehtiyacları olan şəxslərdən öhdəliyə götürülmüş şəxslərin sayı 5275 nəfərdir. Artıq reallaşmış ödənişlərin sayı 4141-dir. “Yaşat” Fondu tərəfindən əsasən ehtiyacı olan ailələrin məişət xərclərinin yaxşılaşdırılması, onların müalicəsi, bank borclarının və təhsil haqlarının ödənilməsi və s. həyata keçirilib.

Cənab Prezidentimiz İlham Əliyevin güclü siyasəti, əsgər və zabitlərimizin qəhrəmanlığı nəticəsində Azərbaycan xalqı 2021-ci ilə möhtəşəm qələbə ilə qədəm qoydu. Ölkəmizin ərazi bütövlüyünü bərpa etməklə dövlətimiz beynəlxalq hüququn və milli-mənəvi dəyərlərin aliliyi prinsipinə dövlətimizin və xalqımızın sadiq olduğunu bütün dünyaya nümayış etdirdi.

Artıq Pespublikamız yeni inkişaf mərhələsinə başlayır. Düşməndən azad edilmiş torpaqlarda yeni iş, yeni canlanma gedir. Bu bölgələrimizdə tezliklə həyat qaynayacaq. İşğaldan təmizlənmiş yurd yerlərimizdə artıq abadlıq işləri başlayıb.
Yurd-yuvalarından qaçqın və köçkün düşmüş insanlar səbirsizliklə öz doğma yerlərinə qovuşacaqları günü gözləyir. Tezliklə bu ərazilərdə yenidən məskunlaşma işi başlayacaq.

Qarabağda və digər azad edilmiş rayonlarda həyata keçiriləcək quruculuq – bərpa işləri respublikamızın sosial-iqtisadi inkişafının əsaslarını daha da möhkəmləndirilməsinə xidmət edəcək. Bu quruculuğun tezliklə başa çatması üçün dövlətə dəstək vermək hər bir azərbaycanlının müqəddəs borcudur. Məhz bu zərurətdən irəli gəldi ki, Prezidentimiz İlham Əliyev 2021-ci ilin yanvar ayının 4-də “Qarabağ Dirçəliş Fondu” publik hüquqi şəxsin yaradılması haqqında Fərman imzaladı. 30 il ərzində erməni vandalları tərəfindən yaşayış yerlərimiz yerlə yeksan edilib. Tarixi və mədəni abidələrimiz dağıdılıb, özününküləşdirilib. Təbii sərvətlərimiz talan edilib.

Yurd yerlərimizin bərpasını həyata keçirmək üçün xalqımızın qarşısında böyük, çətin və şərəfli iş durur. Tezliklə dağıdılmış yerlərimizi bərpa edərək torpağın əvvəlki sahiblərini öz yerlərinə qaytarmaq üçün xalqımız müharibə vaxtı olduğu kimi həmrəylik göstərməlidir. Ayrı-ayrılıqda bu qlobal işin öhdəsindən gəlmək mümkünsüzdür. Odur ki, “Qarabağ Dirçəliş Fondu”nun yaradılması böyük əhəmiyyət kəsb edir.

Şəhla Ağbulud

"Dördüncü dəfədir ki, bayram tonqalını azad edilmiş Qarabağda qalayıram" - Prezident
Azərbaycan-Gürcüstan münasibətləri tarixi köklərə söykənir
Azərbaycan-Gürcüstan münasibətləri tarixi köklərə söykənir
Azərbaycan-NATO tərəfdaşlığının 30 ildən artıq davam edən uzun tarixi var
Azərbaycan-NATO tərəfdaşlığının 30 ildən artıq davam edən uzun tarixi var
Sabahdan Azərbaycanda 7 günlük Novruz tətili başlayır
Sabahdan Azərbaycanda 7 günlük Novruz tətili başlayır
Prezident İlham Əliyev Xankəndi şəhərində Novruz tonqalını alovlandırıb və Azərbaycan xalqını bayram münasibətilə təbrik edib
Prezident İlham Əliyev Xankəndi şəhərində Novruz tonqalını alovlandırıb və Azərbaycan xalqını bayram münasibətilə təbrik edib
Abşeron rayonunda Çanaqqala Zəfərinin 109-cu ildönümü qeyd edilib
Abşeron rayonunda Çanaqqala Zəfərinin 109-cu ildönümü qeyd edilib
Novruz bayramı xalqımızın milli kimliyini təcəssüm etdirir
Novruz bayramı xalqımızın milli kimliyini təcəssüm etdirir
Abşeronda Novruz bayramı böyük izdihamla qeyd olundu
Abşeronda Novruz bayramı böyük izdihamla qeyd olundu
XI Qlobal Bakı Forumu qlobal problemlərin müzakirə olunduğu platformadır
XI Qlobal Bakı Forumu qlobal problemlərin müzakirə olunduğu platformadır
Azərbaycan davamlı inkişaf edən ölkədir
Azərbaycan davamlı inkişaf edən ölkədir
Azərbaycan-Qazaxıstan münasibətləri yeni mərhələdə
Azərbaycan-Qazaxıstan münasibətləri yeni mərhələdə
Abşeronda “Narkomanlığa qarşı mübarizədə mənəvi dəyərlərin rolu” mövzusunda tədbir keçirilib
Abşeronda “Narkomanlığa qarşı mübarizədə mənəvi dəyərlərin rolu” mövzusunda tədbir keçirilib
Azərbaycanda siyasi sistemin formalaşdırılması və gücləndirilməsi üçün yeni qanunvericilik təşəbbüsləri lazımdır
Azərbaycanda siyasi sistemin formalaşdırılması və gücləndirilməsi üçün yeni qanunvericilik təşəbbüsləri lazımdır
Dövlət müstəqilliyimizin bərpasından sonra Azərbaycan qadını dövlət quruculuğu prosesinin fəal iştirakçısına çevrildi
Dövlət müstəqilliyimizin bərpasından sonra Azərbaycan qadını dövlət quruculuğu prosesinin fəal iştirakçısına çevrildi
Abşeron rayonunda şəhid ailələrinin xanım üzvləri üçün “8 Mart - Qadınlar Günü” münasibəti ilə bayram tədbiri keçirilib
Abşeron rayonunda şəhid ailələrinin xanım üzvləri üçün “8 Mart - Qadınlar Günü” münasibəti ilə bayram tədbiri keçirilib
Azərbaycan Prezidenti “Euronews” televiziyasına verdiyi müsahibəsində önəmli məsələləri diqqətə çatdırdı
Azərbaycan Prezidenti “Euronews” televiziyasına verdiyi müsahibəsində önəmli məsələləri diqqətə çatdırdı
Abşerondakı “Şəfəq” yaşayış məntəqəsinə qəsəbə statusu veriləcək
Abşerondakı “Şəfəq” yaşayış məntəqəsinə qəsəbə statusu veriləcək
FHN bayram tonqalları ilə əlaqədar yenidən əhaliyə müraciət edib
FHN bayram tonqalları ilə əlaqədar yenidən əhaliyə müraciət edib
Bu gün od çərşənbəsidir
Bu gün od çərşənbəsidir