Absheron Media
Haqqımızda Bizimlə əlaqə

Azərbaycan əsgərinin ayaq səsləri 10 min erməninin fərarilik etməsinə səbəb oldu

Tarix:15-04-2021, 19:42
Baxış Sayı:113

Azərbaycan əsgərinin ayaq səsləri 10 min erməninin fərarilik etməsinə səbəb oldu

1988-ci ildən ermənilər Azərbaycana qarşı elan olunmamış müharibəyə başladılar. Xarici qüvvələrin dəstəyi ilə Qarabağ, eləcə də Azərbaycanın digər 7 rayonunu işğal edərək zəbt etdilər. Bu müharibədə 20 min azərbaycanlı şəhid olmuş, 150 mindən artıq soydaşımız müxtəlif dərəcəli xəsarət almış və əlil olmuşdur.
1992-ci ildə Qarabağ müharibəsinin başlanmasının ilk illərində Xankəndi yaxınlığında yerləşən Xocalı sakinləri erməni və rus hərbçilərinin silahlı hücumuna məruz qaldılar. Hücum nəticəsində yüzlərlə qadın, kişi, uşaq qətlə yetirildi, mindən çox insan əsir götürüldü, yüzlərlə soydaşlarımız itkin düşdü.
27 sentyabr 2020- ci il tarixdə 2-ci Qarabağ müharibəsi başladı. 44 gün davam edən bu müharibədə xalqımız qələbə çaldı. 1-ci və 2-ci Qarabağ savaşında şəhid olmuş igidlərimizin qanı yerdə qalmadı. İgidlərimiz Qarabağ torpağını düşməndən azad etdilər. Qədim Şuşa, Laçın, Kəlbəcər, Zəngilan, Ağdam, Fizuli qəddar düşmən tapdağından təmizləndi. Azad olunan kənd və şəhərlərdə Azərbaycan bayrağı dalğalandı.

Şəhid valideynlərinin və yaxınlarının təsəllisi o oldu ki, övladlarının uğrunda şəhid olduğu torpaqlarımız düşmən əsarətindən qurtarıldı. Ərazi bütövlüyümüz bərpa olundu. Müzəffər ordumuz şəhidlərimizin qisasını döyüş meydanında aldı. İşğalçılar torpaqlarımızdan qovuldu və erməni ordusunu darmadağın edildi.
Vətən oğullarımız öz canlarını fəda edərək yalnız irəliləməyə can atıblar. Ağır yaralanmış əsgərlər belə yaraları sağalan kimi yenidən müharibəyə yollanaraq düşmən üzərinə yeriyiblər.
Ordumuzda bir nəfər də olsun fərari olmayıb. Ermənistan ordusunda isə, özləri etiraf ediblər ki, 10 min fərari olub. Çünki Azərbaycan öz torpaqlarında, öz əraziləri uğrunda vuruşurdular. Bu haqq savaşı idi. İşğalçı ölkə isə həmişə sonda məğlubiyyətə uğrayır.
Azərbaycan ordusu 44 günlük müharibədə öz şanlı tarixini yazdı. Bütün dünyaya təsdiq etdi ki, Azərbaycan xalqı qəhrəman xalqdır, vətənpərvər xalqdır. Və bu xalq həmişə öz haqqını qorumağa qadirdir.
2-ci Qarabağ müharibəsində ordumuz yüksək taktika göstərdi. Ordumuzun uğurları, döyüş əməliyyatları dünyanın bir çox hərbi məktəblərində öyrənilir.
Amerika Birləşmiş Ştatları, Böyük Britaniya, Almaniya və digər inkişaf etmiş ölkələr haqq savaşımızın bütün aspektlərini öyrənirlər.

Hərbi Qənimətlər parkı

Hərbi Qənimətlər parkının yaradılmasına 2021-ci ilin yanvar ayından başlanılmışdı. 5 hektar sahəsi olan bu park Bakının Xətai rayonunda yerləşir.
Parkda 44 günlük müharibənin nəticələrini, Azərbaycan Silahlı Qüvvələrinin misilsiz qəhrəmanlıqlarının nəticələrini görmək mümkündür. Park həm də şəhidlərimizin xatirəsinin əbədi yadigarıdır.
Burada erməni ordusundan qənimət götürülən 300-dən artıq eksponat var. O cümlədən 150-dən çox ağır texnika, tanklar, döyüş maşınları, zenit-raket kompleksləri və bir çox hərbi sürsat və nəqliyyar sərgilənir. Bura sanki bir döyüş meydanını xatırladır. İlk olaraq hər bir şəxsi erməni avtomobillərinin nömrələrindən ibarət məşhur lövhə və müharibənin gedişatını özündə əks etdirən tablo qarşılayır. Oturacaqlar mərmi yeşiklərindən, işıq dirəkləri mərmi gilizlərindən hazırlanıb. Zibil qutuları 152 mm-lik artilleriya gilizlərindən düzəldilib. Bunların hamısı bir vaxt ermənilərə aid idi.
Ən qəribə və maraqlı eksponatlardan biri də düşmənin boş qalmış şlemlərindən ibarət olan yerdir.

Şəhla Ağbulud

İradə Gülməmmədova bayram ərəfəsində şəhid Səbuhi Məcidovun ailəsinə baş çəkdi
İradə Gülməmmədova bayram ərəfəsində şəhid Səbuhi Məcidovun ailəsinə baş çəkdi
Şuşada “Xarı bülbül” festivalı, Vaqif poeziya günləri keçiriləcək
Şuşada “Xarı bülbül” festivalı, Vaqif poeziya günləri keçiriləcək
Ümumilli lider Heydər Əliyevin anadan olmasının 98-ci illiyi münasibətilə Abşeronda genişmiqyaslı ağacəkmə kompaniyası keçirilib
Ümumilli lider Heydər Əliyevin anadan olmasının 98-ci illiyi münasibətilə Abşeronda genişmiqyaslı ağacəkmə kompaniyası keçirilib
Abşeronda ruhanilər və ağsaqqallarla görüş keçirildi
Abşeronda ruhanilər və ağsaqqallarla görüş keçirildi
Abşeronda 5 May “Xalçaçı Günü” qeyd olundu
Abşeronda 5 May “Xalçaçı Günü” qeyd olundu
“Qarabağ inciləri” müsabiqəsinin qalibləri mükafatlandırılıblar
“Qarabağ inciləri” müsabiqəsinin qalibləri mükafatlandırılıblar
Şuşaya yeni magistral su kəməri çəkiləcək
Şuşaya yeni magistral su kəməri çəkiləcək
Xalq şairi Fikrət Qoca vəfat edib
Xalq şairi Fikrət Qoca vəfat edib
Bakı-Xırdalan-Sumqayıt marşrutu ilə hərəkət edən elektrik qatarları ilə sərnişin daşımaları bərpa edilir.
Bakı-Xırdalan-Sumqayıt marşrutu ilə hərəkət edən elektrik qatarları ilə sərnişin daşımaları bərpa edilir.
Şəhid Fərid Məmmədovun doğum günü ərəfəsində baralyefinin açılışı olub
Şəhid Fərid Məmmədovun doğum günü ərəfəsində baralyefinin açılışı olub
Azərbaycan regionun inkişaf açarıdır
Azərbaycan regionun inkişaf açarıdır
Abşeronda Ağsaqqallar Şurasının konfransı keçirildi
Abşeronda Ağsaqqallar Şurasının konfransı keçirildi
Abşeronda şəhid baba və nəvənin xatirəsinə bulaq istifadəyə verildi
Abşeronda şəhid baba və nəvənin xatirəsinə bulaq istifadəyə verildi
Zəngəzur dəhlizinin istifadəyə verilməsi Azərbaycanı regionun qovşaqlarının mərkəzinə çevirəcək
Zəngəzur dəhlizinin istifadəyə verilməsi Azərbaycanı regionun qovşaqlarının mərkəzinə çevirəcək
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Cəbrayıl və Zəngilan rayonlarında olublar
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Cəbrayıl və Zəngilan rayonlarında olublar
Azərbaycan Prezidenti Ermənistanda baş qaldıran revanşist qüvvələrə sərt şəkildə xəbərdarlıq edib
Azərbaycan Prezidenti Ermənistanda baş qaldıran revanşist qüvvələrə sərt şəkildə xəbərdarlıq edib
Ermənilər tarix boyu törətdikləri cinayətlərə və Xocalı soyqırımına görə cavab verməlidirlər
Ermənilər tarix boyu törətdikləri cinayətlərə və Xocalı soyqırımına  görə cavab verməlidirlər
Azərbaycanda fəaliyyət göstərən siyasi partiyalar hər zaman qardaş Türkiyənin yanında olduqlarını bildirir