Absheron Media
Haqqımızda Bizimlə əlaqə

Bakı raketlərlə bağlı Moskva və İrəvandan açıqlama tələb edir - GƏLİŞMƏ

Tarix:17-04-2021, 10:04
Baxış Sayı:99

Bakı raketlərlə bağlı Moskva və İrəvandan açıqlama tələb edir - GƏLİŞMƏ

Bakı raketlərlə bağlı Moskva və İrəvandan açıqlama tələb edir

Ermənistanın müharibə zamanı Azərbaycana qarşı “İsgəndər-M” və ballistik raketlərdən istifadə etməsi hərbi cinayətdir. Buna görə də rəsmi İrəvan beynəlxalq hüquq qarşısında cəvab verməlidir. Ermənilər etdikləri cinayətlərə görə qarşılıq görməyəndə, cəzasızlıq mühitinə düşdükcə ildən-ilə daha da azğınlaşır və daha ağır cinayətlər törətməyə davam edirlər. Birinci Qarabağ müharibəsi zamanı törətdikləri hərbi cinayətlərə görə cəza almadıqları üçün İkinci Qarabağ savaşında daha da irəli gedərək insanlığa sığmayan cinayətlər törətdilər. Azərbaycan şəhərlərinə “İsgəndər-M” raketlərini atdılar, dinc yaşayış yerlərini, Bərdəni, Gəncəni ballistik raketlərlə atəşə tutub dinc insanları qətlə yetirdilər. Özü də bu addımı gecə vaxtı, insanların evlərində yatdığı vaxtı atdılar. Çünki məqsədləri daha çox Azərbaycanlını, daha çox dinc əhalini qətlə yetirmək idi. Ballistik raketləri gecə vaxtı cəbhə bölgəsindən qat-qat uzağa, yaşayış binalarına atmağın başqa səbəbi ola bilməz. Ona görə də Azərbaycan haqlı olaraq həm “İsgəndər-M”-i istehsal edən dövlətdən, onu Ermənistana ötürən ölkədən açıqlama verilməsini istəyir, həm də rəsmi İrəvanın bu cinayətə qol qoyması müqabilində günahkarların məsuliyyətə cəlb olunmasını dünya ictimaiyyətindən tələb erdir. Bununla da Ermənilərin hansı vandalizm törətdiklərini bütün dünyaya bəyan edir. Prezident İlham Əliyev aprel 13-də ADA Universitetində keçirilən “Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq” adlı beynəlxalq konfransda etdiyi çıxışı zamanı bu məsələyə toxunub. Dövlətimizin başçısı bildirib ki, rəsmi Bakı Rusiya ilə “İsgəndər-M” raketi ilə bağlı məsələləri müzakirə edib. Prezident qeyd edib ki, İrəvan gah partlamamış raketlər haqqında danışır, gah da bunun sirr olduğunu deyir. “Biz rəsmi cavab gözləyirik” – deyən dövlətimizin başçısı Azərbaycanın müharibə dövründə də məsuliyyətli ölkə kimi davrandığını önə çəkib. Azərbaycan XXI əsrin müharibəsini aparmaqla yanaşı, mənəviyyat müharibəsi aparırdı. Müharibə zamanı hərbi qulluqçularımız ləyaqətlə davranıb, mülki şəxslərə zərər yetirmədi. Ermənistanın Azərbaycan şəhərlərinə ballistik raketlər atmasına baxmayaraq Azərbaycan eyni qaydada cavab vermədi və bununla da mədəniyyət fərqini göstərmiş oldu. İgid əsgərlərimiz erməni vandalizminin cavabını cəbhə bölgəsində verdi.

Bu gün dünya erməniləri özlərini guya sülh tərəfdarı, Qarabağ probleminin danışıqlar yolu ilə həll etməyə çalışdıqları kimi qələmə verərək, müharibənin günahını Azərbaycanın üzərinə yıxmağa cəhdlər edir. Lakin hər kəsə gün kimi aydındır ki, rəsmi İrəvan münaqişənin həllində maraqlı olmayıb, əksinə münaqişənin dondurulmuş formada uzadılmasına çalışıb. Bunu həm işğal etdikləri torpaqlarda qurduqları hərbi istehkamlardan, həm də işğal müddətində verdikləri bəyanatlardan, atdıqları addımlardan, cəbhə boyunca törətdikjlkəri hərbi təxribatlardan görmək mümkündür. Ermənistan bir qayda olaraq münaqişənin həllini istəməyib. Əraziləri azad etdikdən sonra gördüklərimiz göstərir ki, münaqişənin həllinin olmaması üçün hər şey ediblər. Əgər ermənilər sülh tərafdarı olsaydılar, onda bu gün Bakının onlar üçün yaratdığı imkanlardan düzgün yararlanardılar. Lakin Ermənistanda nəinki bu imkanlardan imtina edirlər, eyni zamanda revanş niyyətli çıxışlar edirlər. Lakin artıq bilməlidir ki, Azərbaycan çox dıyişib, onun böyük gücü və qüdrəıtli ordusu var. Bu baxımdan deyə bilərik ki, dövlətimizin başçısı çıxışında Ermənistanın revanşist qüvvələrinə açıq şəkildə öz fikrini bildirdi. Cənab Prezidentin sözlərinə görə, hər hansı revanş niyyətinin qarşısı sərt şəkildə alınacaq. Ermənistan ordusu yoxdur, mənəvi cəhətdən sarsılıb. Sarsılmış ordu qalib ordunun qarşısnda növbəti 44 gün duruş gətirə bilməz. Yenidən müharibəyə başlamaq onlar üçün intihar olar.

Dövlətimizin başçısı tarixi həqiqətlərdən də danışaraq gənc nəslin tarixi həqiqətləri bilməsinin vacibliyini vurğulayıb. “Azərbaycan tarixini silmək istəyənlər belə öyrədirdilər ki, guya Azərbaycanlıları qətlə yetirən, soyqırımı törədən Şaumyan və digərləri qəhrəmandırlar, əslində isə cinayətkardırlar. Biz istəyirik ki, gənc nəsil Zəngəzurun tarixi Azərbaycan ərazisi olmasını bilsin.Zəngəzur 1920-ci ildə, 101 il bundan öncə Ermənistana verilib. Ondan əvvəl bu ərazi bizə məxsus idi. XX əsrin əvvəllərindəki xəritəyə baxmaq kifayətdir. Orada Sevan yoxdur, orada Göyçə var” – deyə Prezident söyləyib.

Azərbaycan Vətən Müharibəsində qələbə qazandıqdan sonra regionun inkişafı üçün yeni imkanlar yaranıb. Rəsmi Bakının regional inkişafla bağlı bizim baxışlarını qonşularımız da paylaşır. Azərbaycan hökuməti regionun gələcəyini, nəqliyyat, logistika, enerji əməkdaşlığı, ticarət və s. ilə bağlı layihələrin necə ola biləcəyini qonşular ilə müzakirə edir. Ortq razılıq əsasında addımların atılması nəızərdə tutulur. Bütün layihələr region ölkələrinin hamısı üçün faydalıdır. Yeri gəlmişkən qeyd etmək lazımdır ki, ölkəmiz nəqliyyat və logistika üzrə mühüm mərkəzlərdən birinə çevrilib. Bizim okeana birbaşa çıxışımız olmasa da, biz Şərq-Qərb, Cənub-Şimal nəqliyyat dəhlizlərində fəal şəkildə iştirak edirik. Hazırda bu layihələrə daha çox ölkə cəlb olunub.

Əgər inkişaf istəyiriksə, onda regionda sülh olmalıdır və bu sülhü region ölkələri təkcə sözlə deyil, eyni zamanda əməlləri ilə də dəstəkləməlidir. İnkişaf üçün Azərbaycan daxilində, eləcə də sərhədlərdən kənarda stabilliyə ehtiyac var. Prezident İlham Əliyev etdiyi çıxışında bu məslələrə də toxunub. Dövlətimizin başçısı bildirib ki, bizim əsas narahatlığımızdan biri risklərlə bağlıdır və onları minimallaşdırmaq üçün addımlar atacağıq. Azərbaycanın Qoşulmama Hərəkatında götürdüyü öhdəliklər böyük uğurdur. Bizim regionda əməkdaşlıq yaratmağımız beynəlxalq uğurumuzdur. Buraya Türkiyə-İran, Gürcüstan-Türkiyə, Rusiya-İran üçtərəfli əməkdaşlığı daxildir. Bu, sabitliyə töhfədir. Əlbəttə ki, Ermənistan tərəfindən revanş cəhdləri riskləri sıfır olmalıdır.

Azərbaycanın hər bir vəzifənin öhdəsindən gəlməyə qadir olduğunu vurğulayan cənab Prezident ölkəmizin digər dövlətlərə qarşı ərazi iddialarının olmadığını da bəyan edib. “Əgər biz Zəngəzur dəhlizinə qayıdırıqsa, əgər biz bu yolu istifadə ediriksə, niyə də biz İrəvana qayıtmayaq? Azərbaycanın mövqeyi açıq və aydındır” – deyə nitqinə əlavə edib.

Seymur Qasımbəyli

İradə Gülməmmədova bayram ərəfəsində şəhid Səbuhi Məcidovun ailəsinə baş çəkdi
İradə Gülməmmədova bayram ərəfəsində şəhid Səbuhi Məcidovun ailəsinə baş çəkdi
Şuşada “Xarı bülbül” festivalı, Vaqif poeziya günləri keçiriləcək
Şuşada “Xarı bülbül” festivalı, Vaqif poeziya günləri keçiriləcək
Ümumilli lider Heydər Əliyevin anadan olmasının 98-ci illiyi münasibətilə Abşeronda genişmiqyaslı ağacəkmə kompaniyası keçirilib
Ümumilli lider Heydər Əliyevin anadan olmasının 98-ci illiyi münasibətilə Abşeronda genişmiqyaslı ağacəkmə kompaniyası keçirilib
Abşeronda ruhanilər və ağsaqqallarla görüş keçirildi
Abşeronda ruhanilər və ağsaqqallarla görüş keçirildi
Abşeronda 5 May “Xalçaçı Günü” qeyd olundu
Abşeronda 5 May “Xalçaçı Günü” qeyd olundu
“Qarabağ inciləri” müsabiqəsinin qalibləri mükafatlandırılıblar
“Qarabağ inciləri” müsabiqəsinin qalibləri mükafatlandırılıblar
Şuşaya yeni magistral su kəməri çəkiləcək
Şuşaya yeni magistral su kəməri çəkiləcək
Xalq şairi Fikrət Qoca vəfat edib
Xalq şairi Fikrət Qoca vəfat edib
Bakı-Xırdalan-Sumqayıt marşrutu ilə hərəkət edən elektrik qatarları ilə sərnişin daşımaları bərpa edilir.
Bakı-Xırdalan-Sumqayıt marşrutu ilə hərəkət edən elektrik qatarları ilə sərnişin daşımaları bərpa edilir.
Şəhid Fərid Məmmədovun doğum günü ərəfəsində baralyefinin açılışı olub
Şəhid Fərid Məmmədovun doğum günü ərəfəsində baralyefinin açılışı olub
Azərbaycan regionun inkişaf açarıdır
Azərbaycan regionun inkişaf açarıdır
Abşeronda Ağsaqqallar Şurasının konfransı keçirildi
Abşeronda Ağsaqqallar Şurasının konfransı keçirildi
Abşeronda şəhid baba və nəvənin xatirəsinə bulaq istifadəyə verildi
Abşeronda şəhid baba və nəvənin xatirəsinə bulaq istifadəyə verildi
Zəngəzur dəhlizinin istifadəyə verilməsi Azərbaycanı regionun qovşaqlarının mərkəzinə çevirəcək
Zəngəzur dəhlizinin istifadəyə verilməsi Azərbaycanı regionun qovşaqlarının mərkəzinə çevirəcək
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Cəbrayıl və Zəngilan rayonlarında olublar
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Cəbrayıl və Zəngilan rayonlarında olublar
Azərbaycan Prezidenti Ermənistanda baş qaldıran revanşist qüvvələrə sərt şəkildə xəbərdarlıq edib
Azərbaycan Prezidenti Ermənistanda baş qaldıran revanşist qüvvələrə sərt şəkildə xəbərdarlıq edib
Ermənilər tarix boyu törətdikləri cinayətlərə və Xocalı soyqırımına görə cavab verməlidirlər
Ermənilər tarix boyu törətdikləri cinayətlərə və Xocalı soyqırımına  görə cavab verməlidirlər
Azərbaycanda fəaliyyət göstərən siyasi partiyalar hər zaman qardaş Türkiyənin yanında olduqlarını bildirir