Absheron Media
Haqqımızda Bizimlə əlaqə

Ermənilər tarix boyu törətdikləri cinayətlərə və Xocalı soyqırımına görə cavab verməlidirlər

Tarix:27-04-2021, 15:32
Baxış Sayı:71

Ermənilər tarix boyu törətdikləri cinayətlərə və Xocalı soyqırımına  görə cavab verməlidirlər

Ermənilərin və ermənipərəst ölkələrin uydurduqları “erməni soyqırımı” nın növbəti ildönümü ilə bağlı Amerika Birləşmiş Ştatlarının prezidenti Co Bayden öz çıxışında XX-ci əsrin əvvəllərində - 1915-ci ildə Osmanlı imperiyası ərazisində baş verən hadisələri “soyqırım” adlandırmışdı. Bu tarixin saxtalaşdırılması üçün Bayden tərəfindən atılmış xəyanətkar addım və tarixi həqiqətlərin təhdididir. Şübhəsiz ki, belə bir bəyənat bütün türkdilli ölkələr tərəfindən xoşagəlməz bir hadisə kimi qəbul olunmuşdu.

Şübhəsiz ki, uydurma “ erməni soyqırımı” nın dünya gündəmində önəmli yerlərdən birini tutması tək erməni lobbisinin işi deyil, eyni zamanda bu işdə öz maraqlarını güdən bir sıra ölkələr də vardır. Belə ki, onlar tarixi saxtalaşdıraraq Osmanlı imperiyasında ermənilərə qarşı soyqırım törədildiyini sübut etməyə və bütün dünyanı buna inandırmağa çalışırlar. Buna inanmaq istəyən - daha doğrusu sərf edən ölkələr də buna “inanır” və dəstəkləyir

Ermənistan bu saxta “soyqırım” uydurmasına görə Türkiyənin ona təzminat ödəməsini və eləcə də Türkiyənin Şərq əyalətlərinin “Qərbi Ermənistan” adlandırılmasının rəsmiləşdirilməsini təkid edir. Əslində isə XX-ci əsrin əvvəllərində Böyük Osmanlı İmperiyasını parçalamaq istəyən dövlətlər müxtəlif planlar qururlar. 1877-1878-ci illərdə “Şərq məsələsi”nin tərkib hissəsi kimi Rusiya-Türkiyə müharibəsindən sonra Berlin konqresində gündəmə gətirilərək - müqavilənin 61-ci maddəsinə əsasən Şərqi Anadoluda ermənilərə muxtariyyət verilməsi qərarından sonra ermənilər buna silah gücünə nail olmağa çalışırlar. Rusiya və Avropa ölkələri buna yaxından dəstək göstərirlər. “Armenakan”, “Hnçak” və “Daşnaksütun” partiyaları Anadoluda gizli silahlı dəstələr və terrorçu qruplar təşkil edir, Anadoluda türklərə qarşı amansız qətllər törədirlər.

Tarixi faktlara nəzər salsaq XX-ci əsrin əvvəlllərində erməni silahlı dəstələrinin qətlə yetirdiyi türklərin sayı yüz minlərlədir.

1965-ci ildən bəri ermənilər hər il aprelin 24-nü “soyqırım günü” kimi qeyd edirlər. İddia edirlər ki, guya türklər 1915-ci ildə 1.5 milyon ermənini qətlə yetirmişlər. Halbuki, həmin gün İstanbul və digər şəhərlərdə Osmanlı dövlətinə xəyanət edən erməni təşkilatlarının bağlanması, rəhbərlərinin həbs edilməsi barədə qərar verilmiş və 2345 erməni xəyanətə görə həbs edilmişdir. Belə ki, həmin günü onların Türkiyə ərazisində dövlət yaratmaq xülyaları boşa çıxmışdi. Odur ki, Türkiyə hökuməti bu hadisələrin dərindən və düzgün araşdırılmasını təklif edir. Araşdırmaq və doğrunu üzə çıxarmaq isə bəzi ölkələrə sərf etmir.

Xalqımız 200 ildən artıqdır ki, ermənilərin etnik təmizləmə və soyqırım siyasətinə məruz qalır
Belə bir soyqırım erməni şovinistləri tərəfindən əsrlərdən bəri dəfələrlə Azərbaycan xalqına qarşı da törədilmişdi. Xalqımız 200 ildən artıqdır ki, ermənilərin etnik təmizləmə və soyqırım siyasətinə məruz qalıb. Belə ki, soydaşlarımız dəfələrlə öz doğma torpaqlarından qovulmuş və vəhşicəsinə qətlə yetirilmişlər.

1992-ci il fevral ayının 26-da erməni hərbiçiləri tərəfindən Xocalıda genosid aktı həyata keçirilib. Yüzlərlə azyaşlı uşaq, qadın və qoca qətlə yetirilb. Mindən artıq ağır yaralanlar, ömürlük şikəst olanlar olub. Azərbaycanın tarixini, qədimiliyini özündə əks etdirən Xocalı şəhəri tamamilə dağıdılaraq yer üzündən silinib.

Xocalı soyqırımı azərbaycanlılara qarşı törədilən ən faciəli və ən qəddar cinayətdir.

Ümummilli liderimiz Heydər Əliyev Xocalı soyqırımı barədə demişdi: “Bütövlükdə Azərbaycan xalqına qarşı yönəldilmiş Xocalı soyqırımı öz ağlasığmaz qəddarlığı və qeyri-insani cəza üsulları ilə bəşər tarixində bir vəhşilik akrıdır. Bu soyqırım, eyni zamanda, bütün bəşəriyyətə qarşı bir cinayətdir.
Cinayət cəzasız qalmamalıdır. Ermənilər tarix boyu törətdikləri cinayətlərə və eyni zamanda Xocalı soyqırımına görə cavab vermılidirlər”.

Şəhla Ağbulud

İradə Gülməmmədova bayram ərəfəsində şəhid Səbuhi Məcidovun ailəsinə baş çəkdi
İradə Gülməmmədova bayram ərəfəsində şəhid Səbuhi Məcidovun ailəsinə baş çəkdi
Şuşada “Xarı bülbül” festivalı, Vaqif poeziya günləri keçiriləcək
Şuşada “Xarı bülbül” festivalı, Vaqif poeziya günləri keçiriləcək
Ümumilli lider Heydər Əliyevin anadan olmasının 98-ci illiyi münasibətilə Abşeronda genişmiqyaslı ağacəkmə kompaniyası keçirilib
Ümumilli lider Heydər Əliyevin anadan olmasının 98-ci illiyi münasibətilə Abşeronda genişmiqyaslı ağacəkmə kompaniyası keçirilib
Abşeronda ruhanilər və ağsaqqallarla görüş keçirildi
Abşeronda ruhanilər və ağsaqqallarla görüş keçirildi
Abşeronda 5 May “Xalçaçı Günü” qeyd olundu
Abşeronda 5 May “Xalçaçı Günü” qeyd olundu
“Qarabağ inciləri” müsabiqəsinin qalibləri mükafatlandırılıblar
“Qarabağ inciləri” müsabiqəsinin qalibləri mükafatlandırılıblar
Şuşaya yeni magistral su kəməri çəkiləcək
Şuşaya yeni magistral su kəməri çəkiləcək
Xalq şairi Fikrət Qoca vəfat edib
Xalq şairi Fikrət Qoca vəfat edib
Bakı-Xırdalan-Sumqayıt marşrutu ilə hərəkət edən elektrik qatarları ilə sərnişin daşımaları bərpa edilir.
Bakı-Xırdalan-Sumqayıt marşrutu ilə hərəkət edən elektrik qatarları ilə sərnişin daşımaları bərpa edilir.
Şəhid Fərid Məmmədovun doğum günü ərəfəsində baralyefinin açılışı olub
Şəhid Fərid Məmmədovun doğum günü ərəfəsində baralyefinin açılışı olub
Azərbaycan regionun inkişaf açarıdır
Azərbaycan regionun inkişaf açarıdır
Abşeronda Ağsaqqallar Şurasının konfransı keçirildi
Abşeronda Ağsaqqallar Şurasının konfransı keçirildi
Abşeronda şəhid baba və nəvənin xatirəsinə bulaq istifadəyə verildi
Abşeronda şəhid baba və nəvənin xatirəsinə bulaq istifadəyə verildi
Zəngəzur dəhlizinin istifadəyə verilməsi Azərbaycanı regionun qovşaqlarının mərkəzinə çevirəcək
Zəngəzur dəhlizinin istifadəyə verilməsi Azərbaycanı regionun qovşaqlarının mərkəzinə çevirəcək
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Cəbrayıl və Zəngilan rayonlarında olublar
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Cəbrayıl və Zəngilan rayonlarında olublar
Azərbaycan Prezidenti Ermənistanda baş qaldıran revanşist qüvvələrə sərt şəkildə xəbərdarlıq edib
Azərbaycan Prezidenti Ermənistanda baş qaldıran revanşist qüvvələrə sərt şəkildə xəbərdarlıq edib
Ermənilər tarix boyu törətdikləri cinayətlərə və Xocalı soyqırımına görə cavab verməlidirlər
Ermənilər tarix boyu törətdikləri cinayətlərə və Xocalı soyqırımına  görə cavab verməlidirlər
Azərbaycanda fəaliyyət göstərən siyasi partiyalar hər zaman qardaş Türkiyənin yanında olduqlarını bildirir