Yanvarın 14-də Novxanı kənd bələdiyyəsinin akt zalında Abşeron rayon İcra Hakimiyyəti Başçısının Novxanı kənd nümayəndəliyinin 2014-cü ilin yekunlarına həsr olunmuş və Abşeron rayon İcra Hakimiyyəti Başçısının I müavini İradə xanım Gülməmmədovanın,təsərrüfat xidmətlərinin rəhbərlərinin, təhsil işçilərinin, iş adamlarının, ziyalıların, ağsaqqalların, Novxanı Bələdiyyəsi üzvlərinin, kənd sakinlərinin iştirakı ilə keçirilən hesabatında il ərzində kənddə görülmüş işlərdən söz açılmış, qarşıda duran vəzifələrin həata keçirilməsi yolları müzakirə olunmuş və 2015-ci il üçün konkret tədbirlər müəyyənləşdirilmişdir.
Toplantını Abşeron rayon icra hakimiyyətinin başçısının I müavini İradə xanım Gülməmmədova açaraq geniş məruzə ilə çıxış etdi. O bildirdi ki,2014-cü ildə rayonda qarşıya qoyulmuş bütün tapşırıqlar vaxtında və keyfiyyətlə icra edilib və 2014-cü il Abşeron rayonu üçün uğurlu və yaddaqalan olub. Xüsusilə oktyabrın 3-də Prezident İlham Əliyevin Abşerona səfəri rayonun və hər bir abşeronlunun həyatında silinməz izlər buraxıb. Oktyabrın 3-də Prezident İlham Əliyevin Abşeron rayonuna səfəri zamanı istifadəyə verilən obyektlər rayonun inkişaf yolunda olmasının əyani təsdiqi idi. Prezident İlham Əliyev Xırdalan şəhərində Heydər Əliyev Mərkəzinin, şahmat və musiqi məktəblərinin, Masazır qəsəbəsində inşa olunan stadionun açılışında iştirak edib, həmçinin Xırdalan şəhərindəki Bayraq meydanında, Heydər Əliyev adına mədəniyyət və istirahət parkında aparılan yenidənqurma işləri ilə tanış olub.
O,həmçinin qey edib ki, İl ərzində rayon ərazisində avtomobil yollarının yenidən qurulması istiqamətində mühüm işlər görülüb. Prezident İlham Əliyevin Masazır-Saray-Novxanı və Hökməli-Qobu-Lökbatan-Güzdək-Puta avtomobil yollarının tikintisinə vəsait ayrılması haqqında sərəncamı rayon ərazisində yol infrastrukturunun inkişafında mühüm əhəmiyyət kəsb edib. Belə ki, ötən dövr ərzində Masazır-Saray-Novxanı avtomobil yolu tikilərək istismara verilib, Hökməli-Qobu-Lökbatan-Güzdək-Puta avtomobil yolunda isə iş davam etdirilir. Bununla yanaşı, küçələrin və yol kənarlarının abadlaşdırılmasına da xüsusi diqqət yetirilib. Baıkı-Quba və Bakı-Şamaxı avtomagistrallarının rayon ərazisinə düşən hissəsinin kənarlarında abadlaşdırma işləri həyata keçirilib. Magistral yolların yaşayış məntəqələrindən keçən hissəsində 7 min metr uzunluqda hasar çəkilərək aqlay daşla üzlənib.
Azərbaycanda aparılan inkişaf və tərəqqi siyasətinin bariz nəticəsidir ki, bu gün rayonumuz çox böyük sürətlə inkişaf edir,kənd və qəsəbələrdə bir sıra sosial yönümlü obyektlər istifadəyə verilir, burada kommunikasiya xətləri yeniləşir, ərazilər abadlaşır. Ötən 2014-cü ildə Abşeron rayonunun Novxanı kəndində də bu istiqamətdə bir sıra işlər görülmüşdür.
Hesabat məruzəsi ilə çıxış edən Abşeron rayon İcra Hakimiyyəti Başçısının Novxanı qəsəbəsi üzrə nümayəndəsi Vüqar Ağadadaşov bildirmişdir ki,Azərbaycan Respublikası regionların sosial iqtisadi inkişafı Dövlət Proqramına müvafiq olaraq respublikanın müxtəlif bölgələrində bir cox yeni sənaye, digər kənd təssərrüfatı obyektləri işə salınmış, tikinti, abadlıq işləri görülmüş, yüz minlərlə iş yerləri acçılmışdır. Şəxsən Zakir Fərəcov cənablarının səyi nəticəsində rayonumuzda o cümlədən Novxanı kəndində abadlıq, quruculuq işləri dahada geniş vüsət almış əhalinin sosial problemlərinin həlli, onların məişət və həyat şəraiti yaxşılaşmış, rəhbət işçilər arasında uzun müddət hökm sürən ətalətliyə, biganəliyə, tapşırılan vəzifəyə laqeyid yanaşma hallarına son qoyulmuşdur. Cəsarətlə deyə bilərəm ki, rayonumuzda son 9 ildə 25 – 30 il ərzində icrası mümkün olmayan çox işlər görülmüşdür.
Novxanı kənd üzrə icra nümayəndəliyi öz işini Azərbaycan Respublikasının konstitusiyasının, Respublika Prezidentinin, Milli Məclisin, Nazirlər Kabinetinin, Rayon İcra hakimiyyəti Başçısının, eləçə də digər orqanların qanun, sərəncam, qərar, tapşırıq və tövsüyyələri əsasında qurmağa çalışır.
Kəndə gələn dövlət əhəmiyyətli və kənddaxili yollar asfaltlaşdırılmış, əhaliyə elektrik enerjisi, qaz və içməli su sahəsində olan çətinliklər aradan qaldırılmış, sahibkarlığın inkkişafına münbüt şərait yaratmaqla, yeni iş yerlərinin açılmasına nail olmuş, bir çox inzibati, təhsil, səhiyyə və sosial binalar tikilərək sakinlərin istifadəsinə verilmişdir. Hesabat dövründə sakinlərin tənqidi qeydləri əsasən aradan qaldırılmış, təklif və rəyləri imkan daxilində həyat keçirilmişdir.
2014-cü ildə konkret olaraq görülən işləri diqqətinizə çatdırmaq istəyirəm .
2014-cü il ərzində Novxanı kənd bələdiyyə tərəfindən Aşıq Ələsgər küçəsinə 8240 m2və Gədi yoluna 1130 m2yeni asfalt yol çəkilmişdir. Bələdiyyə tərəfindən kənd arası yollara 1600 m2asfalt yol cari təmir olunmuşdur. Milli Qəhrəman Mübariz İbrahimov küçəsinə 360m3və M. İbrahimov küçəsi döngə 3-ə 150 m2çınqıl daşı tökülüb düzəldilmişdir.
H.Əliyev küçəsində 486 m2yol kənarı hasarlar suvanmış, 1843 m2rənglənmiş, S.Orucov küçəsində 175 m2, İ.Abdullayev küçəsində 694 m2və İ.Abdullayev küçəsində döngə 1-də 150 m2cəmi 1019 m2yol kənarı hasarlar Novxanı bələdiyyəsi tərəfindən rənglənmişdir.
H.Əliyev, S.Orucov və İ.Abdullayev küçəsi Novxanı bələdiyyəsi tərəfindən abadlaşdırılır. Yol kənarına 2248 m2qazon vurulmuş, 6.0 km piyada yol (səki) çəkilmiş, 8665 m2asfalt vurulmuşdur.
2014-ci il ərzində Novxanı Bələdiyyəsi tərəfindən inzibati ərazidən qarın yağması ilə əlaqədar yollar qardan təmizlənmiş 23 ton duz Novxanı-Binəqədi,Novxanı-Saray ,Novxanı-Bağlar və 123 nömrəli avtobusun kənd arası yollarına səpilmişdir.
2014-cü il ərzində 784 ədəd ting yol kənarlarına əkilmişdir.Yol kənarında əkilmiş 2500 tinglərin dibləri açılmış və suvarılır.
Əhali , xeyriyyəçilər və sahibkarlar tərəfindən 3500 m2asfalt vurulmuşdur.
Novxanı bələdiyyəsi tərəfindən 4 qrupluq yeni uşaq baxçasının tikintisi başlamış, zirzəmi hissəsi tikilmiş, tikinti işləri davam edir.
Novxanı bələdiyyəsinin ərazisində büdcə tərəfindən inşa ediləçək 6 qurupluq uşaq bağçasının ərazisi hasarlanmış 2015-ci ildə tikintisi başlanacaq.
Əkilmiş qazonların və ağacların suvarılması üçün Novxanı Bələdiyyəsi tərəfindən 8 tonluq su maşını alınmışdır.
Aşağı baş yaşayış massivinə, Qafur Məmməd döngə 2-də və 20 Yanvar küçəsində yaşayan əhalinin içməli su təminatını yaxşılaşdırmaq üçün Novxanı bələdiyyəsi tərəfindən boru rulon 25 ATM 50 mm diyametrində , Aşağı baş yaşayış massivinə 600 m, Qafur Məmməd küçəsi döngə 2-yə 230 m, 20 Yanvar küçəsinə 300 m boru alınıb verilmiş boru "Azərsu” ASC-nin Bağlar Sukanal Departamenti tərəfindən çəkilmişdir.
Yeni salınmış yaşayış massivinə əhali və xeyriyyəçilər tərəfindən 460 m 50 mm diametrində içməli su çəkmişlər.
Novxanı inzibati ərazisindən Novxanı bələdiyyəsi tərəfindən əhalinin məişət tullantılarını hər gün yığıb Balaxanı paliqonuna verilir.
Novxanı bələdiyyəsi tərəfindən yol kənarına əhali tərəfindən atılan məişət tullantıları hər gün təmizlənir.
Novxanı bələdiyyəsi tərəfindən H.Əliyev küşəsində 4.9 km, Novxanı Saray yolunda 3 km , Novxanı-Duz zavodu istiqamətində 5 km yol kənarı alaq otlarından tamamilə təmizlənmişdir.
Bələdiyyə tərəfindən kəndin imkansız ailələrinə 2610 manat yardım edilmiş, Novruz , Qurban , Ramazan bayramları münasibəti ilə şəhid ailələri, müharibə veteranları və imkansız ailəllərə bayram sovqatı çatdırılmışdır.
H.Səfəralı məscidində Ramazan ayı münasibəti ilə bələdiyyə tərəfindən 130 nəfərə iftar süfrəsi verilmişdir.
Novxanı Bələdiyyəsi və Kənd İcra Nümayəndəsi ilə birlikdə Mehdi Hüseynzadə parkında kənd əhalisi üçün Novruz şənliyi keçirilmiş,müsiqi ansanbılı, müğənnilər,rəqs qrupları və keçəl-kosa dəvət olunmuş, çay süfrəsi şirniyyatla verilmişdir.
Mehdi Hüseynzadə parkının işıqları yenidən quraşdırılmış,bələdiyyə tərəfindən park abadlaşdırılmışdır.
"Türk şəhidlərinin” xatirəsinə həsr olunmuş "Qızıl kəmər” uğrunda Türkiyə- Azərbaycan peşəkərları arasında "kyokushin karate” yarışında Novxanı kənd kamandasından dörd nəfər birinci yer tutuğu üçün idmançılar Kərimov Rəhim Novruz oğlu, Əliyev Zöhrab Adil oğlu, Qurbanov Novruz Baxşeyiş oğlu, Səfərov Səbuhi Novruz oğlu və məşqci Xudaverdiyev Rüfət Vidadi oğluna hər birinə Novxanı bələdiyyəsi tərəfindən qiymətli hədiyələr və pul mükafatı verilmişdir.
Regionların sosial- iqtisadi inkişafında dair dövlət proqramının uğurla həyat keçirilməsi təhsil infrastrukturunun müasir tələblər əsasında qurulmasına rəvac verdi. Təqdirəlayiq haldır ki, göstərilən bu qayğı rayonda, o cümlədən kəndimizdə tədrisin keyfiyyətinin əhəmiyyətli dərəcədə yüksəlməsinə təkan vermişdir. Ötən il təhsil sahəsində uğurlara imza atılmışdır, belə ki, ali məktəblərə sənəd verən 57 nəfərdən 24 müxtəlif ali məktəblərə, onlarla şagird isə orta ixtisas məktəblərinə qəbul olmuşdur.
Sonra rayon icra hakimiyyətinin başçısınının I müavini İradə xanım Gülməmmədova nümayəndəliyin hesabat məruzəsi və ümumilikdə hesabat ilindəki fəaliyyəti ilə bağlı fikirlərini bildirdi, tövsiyələrini verdi. İ.Gülməmmədova dövlət hakimiyyət orqanları ilə əhali arasında yaxınlaşmanın təmin edilməsində nümayəndəliyin xeyli işlər gördüyünü qeyd etdi, eyni zamanda görüləsi işlərin də çox olduğunu vurğulayaraq dedi: "Nümayəndəliklər bizim yaxın köməkçimiz olmalı, əhali arasında maarifləndirmə, məlumatlandırma işləri aparmalı, xoşagəlməz halların baş verməsinin qarşısını almalıdırlar. Onlar insanların, vətəndaşların inamını, etibarını qazanmalıdırlar. Belə olanda istənilən məsələ ilə bağlı müraciətlər də çoxalacaq. Bu müraciətlərə nümayəndəlik tərəfindən tədbir görməyə imkan olmadığı təqdirdə icra hakimiyyəti məsələyə müdaxilə etməlidir. Hesabat məruzəsindən göründüyu kimi, ötən bir il ərzində müəyyən işlər görülmüşdür. Düşünürəm ki, nümayəndəlik qarşıdakı illərdə daha səmərəli fəaliyyət göstərəcəkdir. Mən bu yolda sizə uğurlar arzulayıram”.
Daha sonra çıxış edən Bələdiyənin üzvü İslam Ağayev, 1 saylı kənd orta məktəbinin direktoru Taliyə Mirzəyeva,7 saylı uşaq bağçasının müdürü Nigar Əmrahova,Ağsaqqalar şurasının sədri Hacı Eldar və digər kənd sakinləri,ziyalıları ötən bir il ərzində Novxanı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyin fəaliyyətinin uğurlu cəhətlərini qeyd edərək onun işini, hesabat məruzəsini qənaətbəxş hesab etdilər.
Sonda Rayon icra hakimiyyəti başçısının I müavininin təklif və tövsiyələri nəzərə alınaraq qərar layihəsi qəbul olundu.
Baş redaktor: Şamo Əliyev