Absheron Media
Haqqımızda Bizimlə əlaqə

Azərbaycan iqtisadiyyatının yeni prioritetləri: – Gələcəyə açılan pəncərə

Tarix:7-06-2021, 14:55
Baxış Sayı:46

Azərbaycan iqtisadiyyatının yeni prioritetləri: – Gələcəyə açılan pəncərə

Vətən Müharibəsində çox qısa zaman kəsiyində, yəni cəmi 44 gündə qalib gəlməyimizin başlıca səbəblərindən biri də Azərbaycanın güclü iqtisadiyyatının olmasıdır. Hər kəsə bəllidir ki, müharibə aparmaq üçün yüksək səviyyəli hərbi təminatla yanaşı, həm də dayanıqlı və hadisələrə, dünyada baş verən proseslərə çevik reaksiya verən iqtisadiyyata malik olmalısan. Çünki bu, ümumi zəncirin bir-birinə sıx bağlı olan halqası rolu oynayır. Əks təqdirdə zəif olan halqalar qırılacaq və müharibədə istənilən nəticəni əldə etməkdə problemlər yaradardı. Azərbaycan o ölkələrdəndir ki, müharibə apardığı bir müddətdə onun infrastruktur layihələri dayandırılmadı. Yəni bir tərədfən cəbhəyə böyük vəsaitlər xərclənir, digər tərəfdən isə yol çəkilişi, binaların inşası və digər bu qəbildən olan sahələrdə iş davam etdirilirdi. O baxımdan hesab edirik ki, obyektiv yanaşma və dolğun məlumatlar iqtisadiyyat sahəsində əldə olunan nəticələrin adekvat qiymətləndirilməsinə xidmət edir.

İqtisadiyyatın təhlili və inkişaf meyllərini müəyyən etmək üçün ilk növbədə makroiqtisadiyyat, pul və məzənnə siyasəti,valyuta bazarı, bank sektoru, ödəniş və sığorta sistemlərində baş vermiş dəyişikliklərə diqqət yetirilməlidir. Bu mənada Azərbaycan iqtisadiyyatının şəffaflığı və sahənin liberallaşması, eləcədə milli iqtisadiyyatın stratifikasiyası davamlı inkişafı təmin edir.

Vətən müharibəsində qalib çıxan Azərbaycanın iqtisaduiyyatında da yeni inkişaf meyilləri formalaşmışdır. İqtisadiyyatımız birbaşa vətəndaşın rifahına, onun sosial təminatının güclənməsinə, istehlakçının məmnunluğunun artırılmasına hesablanıb və bu istiqamətdə çox böyük naliyyətlər əldə olunub. Bu gün müştəri məmnuniyyəti dövlətin iqtisadiyyat sahəsindəki fəaliyyətinin əsas prioritetlərindən biridir. Hazırda ölkədə fəaliyyət göstərən banklar və bank olmayan ödəniş xidməti təchizatçılarının nağd pul avadanlıqlarının yenilənmiş 1, 5 və 50 manatlıq əsginaslara adaptasiya prosesi yekunlaşmaq üzrədir. Dövlətin çevik reaksiyası nəticəsində yaranan texniki çətinliklər öz həllini tapıb. Eyni zamanda, hazırda yenilənmiş pul nişanları ilə yanaşı, köhnə nümunəli 1, 5 və 50 manatlıq pul nişanları da paralel olaraq tədavül vasitəsidir və məhdudiyyətsiz istifadə edilir. Hazırda pul nişanlarının ödəniş terminallarında qəbulu ilə bağlı hər hansı çətinlik müşahidə olunmur. Yeri gəlmişkən qeyd edilməlidir ki, yeni pul əsginasları ilə bağlı yarana biləcək çətinliklərin aradan qaldırılması üçün Azərbaycan hökuməti tərəfindən müvafiq qabaqlayıcı tədbirlər görülüb.

Ölkə ərazisində istismar olunan nağd pul sistemlərinin (bankomatlar, ödəniş terminalları, pul sayan və emal edən sistemlər və s.) yenilənmiş pul nişanlarına adaptasiyası məqsədilə hələ 20 oktyabr 2020-ci il tarixində bütün kommersiya bankları və bank olmayan ödəniş xidməti təchizatçıları məlumatlandırılıb, habelə müvafiq pul nişanları ilə təmin edilmiş və adaptasiya prosesinə başlanılıb.

Hazırda müvafiq sistem və avadanlıqların yenilənən pul nişanlarına uyğunlaşdırılması kommersiya bankları və ödəniş xidmətləri provayderləri tərəfindən əsasən yekunlaşmış və bu sistemlər yenilənmiş pul nişanlarında ödənişləri qəbul edir. Bu da imkan verir ki, Azərbaycan insanı rahatlıqla, hər hansı bir problem yaşamadan istədiyi əməliyyatı icra edə bilsin. Hökümətin önləyici tədbirləri nəticəsində bu sahədə qaşılaşa bilinəcək bütün problemlər tam şəkildə aradan qaldırılıb.

Azərbaycan iqtisadiyyatının inkişafının surətləndirilməsi və şaxələndirilməsi istiqamətində Türkiyə ilə əməkdaşlığın daha da genişləndirilməsinə ehtiyac var. Bu baxımda rəsmi Bakı qardaş ölkə ilə iqtisadiu bağların bundan sonra da möhkəmləndirmək üçün prioritet istiqamətləri müəyyənləşdirib. Bir nüansı xüsusi qeyd etmək lazımdır ki, Azərbaycan və Türkiyə arasında iqtisadi münasibətlər tükənməz potensiala malikdir. Regionda yeni reallıqların yaranması səbəbindən qardaş Türkiyə ilə əməkdaşlığın iqtisadiyyatın bütün sahələri üzrə, o cümlədən nəqliyyat və infrastruktur sahəsində də yeni perspektivləri meydana çıxır. Cari ilin 29 may tarixində Prezident İlham Əliyev Türkiyənin nəqliyyat və infrastruktur nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul etdiyi zaman bir daha əməkdaşlığın strateji əhəmiyyət kəsb etdiyini və iqtisadi sahələrin qarşılıqlı şəkildə əlaqələndirilməsinin vacib olduğunu bildirib. Artıq hər iki ölkənin təcrübəsinin bölüşdürülməsi və qarşılıqlı sərmayələrin yatırılması üçün yeni9 sahələr də müəyyənləşdirilib və bu istiqamətdə də əhəmiyyətli addımlar atılıb.

Hazırda Azərbaycanda yeni çağrışlara əsaslanan idarəetmə infrastrukturunun təkmilləşdirilməsi və maddi-texniki bazanın müasirləşdirilməsi prosesləri çox surətlə həyata keçirilir. Hüç şübhəsiz ki, bu da dövlətin inkişafından xəbər verən əsas göstəricilərindən biridir. İqtisadiyyat Nazirliyinin yeni binasının memarlıq üslubu, texniki təchizatı və ultra-müasir konsepti əslində ölkəmizin iqtisadiyyat sahəsindəki iddia və potensialından xəbər verir. Cari ilin 28 may tarixində Prezident İlham Əliyevin iştirakı ilə keçirilmiş Nazirliyin yeni binasının açılışı dolayısilə Azərbaycanın regionun lider ölkəsi statusunun növbəti təsdiqidir. Azərbaycan iqtisadiyyatı gücləndikcə onun binalarının əzəməti də, iqtisadi fəallığı da böyüyür. Maliyyə sabitliyi, daynıqlı iqtisadi durum və iqtisadi istər-istəməz regionun aparıcı ölkəsi kimi əlavə imkanlar yadır. Bütün bu imkanlar da rəsmi Bakıya ölkəmizin milli maraqlarını ən üst səviyyədə həyata keçirməsi ilə nəticələnir.

Seymur Qasımbəyli

ERMƏNİLƏR O TORPAQLARIN SAHİBİ OLMADIQLARINI ÖZLƏRİ BÜTÜN DÜNYAYA SÜBUT ETDİLƏR
ERMƏNİLƏR O TORPAQLARIN SAHİBİ OLMADIQLARINI ÖZLƏRİ BÜTÜN DÜNYAYA SÜBUT ETDİLƏR
Abşeron rayonunda səhiyyə işçilərinin peşə bayramı qeyd olunub
Abşeron rayonunda səhiyyə işçilərinin peşə bayramı qeyd olunub
Masazırda şəhidlərin xatirəsinə bulaq istifadəyə verildi
Masazırda şəhidlərin xatirəsinə bulaq istifadəyə verildi
15 İYUNDA ŞUŞADA DAHA BİR TARİX YAZILDI
15  İYUNDA ŞUŞADA DAHA BİR TARİX YAZILDI
Prezident İlham Əliyevin İƏT-in Elm və Texnologiya üzrə ikinci Zirvə toplantısında videoformatda çıxışı təqdim olunub
Prezident İlham Əliyevin İƏT-in Elm və Texnologiya üzrə ikinci Zirvə toplantısında videoformatda çıxışı təqdim olunub
Azərbaycan və Türkiyə prezidentləri Şuşada “Xan qızı” bulağında olublar
Azərbaycan və Türkiyə prezidentləri Şuşada “Xan qızı” bulağında olublar
“Musiqi irsi və Qarabağ atları Cıdır düzündə” adlı kompozisiya
“Musiqi irsi və Qarabağ atları Cıdır düzündə” adlı kompozisiya
Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi
Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi
MİLLİ QURTULUŞ İDEOLOGİYASININ TƏNTƏNƏSİ
MİLLİ QURTULUŞ İDEOLOGİYASININ TƏNTƏNƏSİ
Abşeronda "Son zəng" qeyd olundu
Abşeronda
İki ölkəni birləşdirən dəyər - DOSTLUQ VƏ QARDAŞLIQ...
İki ölkəni birləşdirən dəyər - DOSTLUQ VƏ QARDAŞLIQ...
Azərbaycan iqtisadiyyatının yeni prioritetləri: – Gələcəyə açılan pəncərə
Azərbaycan iqtisadiyyatının yeni prioritetləri: – Gələcəyə açılan pəncərə
AZƏRBAYCAN PANDEMİYA İLƏ MÜBARİZƏDƏ NÜMUNƏVİ ÖLKƏ ADLANDIRILIB
AZƏRBAYCAN PANDEMİYA İLƏ MÜBARİZƏDƏ NÜMUNƏVİ ÖLKƏ ADLANDIRILIB
Daha bir şəhid övladı sevindi - Aberonda
Daha bir şəhid övladı sevindi - Aberonda
İradə Gülməmmədova şəhid övladları ilə görüşdü
İradə Gülməmmədova şəhid övladları ilə görüşdü
Abşeron rayonunda “1 İyun - Uşaqların Beynəlxalq Müdafiə Günü” qeyd edilib
Abşeron rayonunda “1 İyun - Uşaqların Beynəlxalq Müdafiə Günü” qeyd edilib
Azad edilmiş bölgələrdə peşə məktəbləri inkişaf etdiriləcək
Azad edilmiş bölgələrdə peşə məktəbləri inkişaf etdiriləcək
Prezident İlham Əliyev müharibənin bəzi əməliyyat planlarını açıqladı
Prezident İlham Əliyev müharibənin bəzi əməliyyat planlarını açıqladı
Ağdam ağ günlərə doğru...
Ağdam ağ günlərə doğru...