Absheron Media
Haqqımızda Bizimlə əlaqə

15 İYUNDA ŞUŞADA DAHA BİR TARİX YAZILDI

Tarix:17-06-2021, 11:05
Baxış Sayı:77

15  İYUNDA ŞUŞADA DAHA BİR TARİX YAZILDI


1993-cü ilin iyun ayının 15-də Ulu Öndərimiz Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin sədri seçildi. Həmin gündən Ümummilli Liderimiz xalqın xilaskarı kimi öz missiyasını yerinə yetirməyə başladı.

Həmin gün Azərbaycanın tarixinə Milli Qurtuluş günü kimi daxil oldu. 28 il sonra həmin gün Azərbaycan Respublika Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən işğaldan azad olunmuş Qarabağın ürəyi, Qafqazın Mədəniyyət Mərkəzi olan qədim Şuşa şəhərində bir daha tarix yazıldı.
15 iyun artıq həm də bütün türk dünyasının yeni tarixi başlanğıc nöqtəsi kimi də əlamətdar bir günə çevrildi.

Azərbaycan üçün tarixi bir gündə Qars müqaviləsindən 100 il sonra iki qardaş ölkə arasında imzalanan müttəfiqlik münasibətlərinə dair Şuşa Bəyannaməsi imzalanıb.
Azərbaycan Türkiyə münasibətləri öz zirvəsinə yüksəlib. Xalqımızın eyni soy kökə, dilə, dinə, mədəniyyətə və bir çox digər qarşılıqlı bağlara malik olması ölkəmizi həmişə bir-birinə yaxın edib, xalqlarımız sevincli, kədərli günlərdə də bir-birinin yanında olub. Azərbaycanın qələbəsi ilə başa çatan 44 günlük Vətən müharibəsi zamanı da bütün dünya buna şahid oldu. Qardaş Türkiyə müharibənin ilk günlərindən Azərbaycanın yanında oldu. Siyasi və mənəvi dəstək verdi. Türkiyə prezidenti dəfələrlə çıxış edərək açıq şəkildə bildirdi ki, Azərbaycan bu müharibədə tək deyil. Türkiyə hər zaman Azərbaycanın yanındadır. Bu Azərbaycan xalqını ruhlandırdı və gücünə güc verdi.

İmzalanan bu tarixi sənəddə vurğulanır ki, Ermənistanın Türkiyəyə qarşı əsassız iddialarını, tarixi faktların təhrif olunmaqla siyasiləşdirilməsi cəhdlərinin regionda sülhü və sabitliyi təhdid etməsi nəzərə alınmaqla, 1915-ci il hadisələri ilə bağlı arxivlərin açılması və bu mövzuda tarixçilər tərəfindən araşdırmaların aparılmasına yönəlmiş səylərin qətiyyətlə dəstəklənməsi vacibdir.
Respublika Prezidenti İlham Əliyev işğaldan azad olunmuş Qarabağ torpağında qardaş Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğanı salamlayaraq demişdi: “Bu gün tarixi bir gündür. Biz əziz qardaşım R.T.Ərdoğanı Qarabağ torpağında salamlayırıq.
Bu gün imzalanmış Bəyannamə əlaqələrimizi ən yüksək zirvələrə qaldırdı. Bəyannamənin adı Müttəfiqlik Haqqında Bəyannamədir. Və bu ad özlüyündə hər şeyi deyir. Keyfiyyətcə yeni əlaqələr qurmuşuq. Bu Bəyannamədə bütün müddəalar bizim gələcək iş birliyimizin təminatçısıdır. Bizi birləşdirən bir çox amillər var ki, birliyi təmin edir. İlk növbədə tarix, mədəniyyət, ortaq etnik köklər, dilimiz, dinimiz, milli dəyərlərimiz, milli maraqlarımız və xalqlarımızın qardaşlığı. Bu gün dünya miqyasında biz əməkdaşlıq, müttəfiqlik iş birliyi nümayiş etdiririk.

İmzalanmış Bəyannamə tarixə əsaslanır. Bəyannamədə xalqlarımızın böyük liderləri, Öndərləri Mustafa Kamal Atatürkün və Heydər Əliyevin kəlamları öz əksini tapıb. 20-ci əsrin əvvəllərində Mustafa Kamal Atatürk demişdi ki, Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir. 20-ci əsrin sonlarında isə Heydər Əliyev demişdir ki, Türkiyə və Azərbaycan bir millət iki dövlətdir. Bu tarixi kəlamlar bizim fəaliyyətimiz üçün əsas faktordur. Biz bu vəsiyyətə sadiqik və 21-ci əsrdə azad edilmiş Şuşada Müttəfiqlik Bəyannaməsi imzalayarkən bizim əcdadlarımıza sadiqliyimizi nümayiş etdiririk və gələcək nəsillərə yol göstəririk”.

Birgə bəyannamədə tarixi qaz müqaviləsi də imzalanıb. Türkiyədə qaz müqaviləsi 100 il əvvəl imzalanmışdı. Bu da rəmzi məna daşıyır. 100 ildən sonra azad edilmiş Şuşada müttəfiqlik haqqında imzalanmış Bəyannamə iki qardaş ölkənin gələcək iş birliyimizin istiqamətini göstərir. Bəyannamədə bir çox önəmli məsələlər öz əksini tapır. Beynəlxalq müstəvidə əməkdaşlıq siyasi əlaqələr, iqtisadi ticarət əlaqələri və sairə.

Sənəddə eyni zamanda birgə milli mənafelər baxımından siyasi, hərbi və təhlükəsizlik sahələrində əlaqələndirilmiş və birgə fəaliyyətlərin təşfiq edilməsi də xüsusi yer tutur. Şuşa Bəyannaməsində Silahlı Qüvvələrimizin müasir tələblərə uyğun olaraq yenidən formalaşdırılması və modernləşdirilməsi istiqamətində birgə səylərin göstərilməsi, müdafiə qabiliyyətinin və hərbi təhlükəsizliyin möhkəmləndirilməsinə yönələn tədbirlərin həyata keçirilməsi, iki ölkənin silahlı qüvvələrinin birlikdə artırılması vurğulanır.

Şəhla Ağbulud

Avropa İttifaqı bizim üçün yaxın tərəfdaşdır
Avropa İttifaqı bizim üçün yaxın tərəfdaşdır
Abşeronda 2 mindən çox insana Qurban payı verildi
Abşeronda 2 mindən çox insana Qurban payı verildi
Demokratik inkişafı azad mətbuatsız təsəvvür etmək mümkün deyil
Demokratik inkişafı azad mətbuatsız təsəvvür etmək mümkün deyil
ŞƏHİD AİLƏLƏRİNƏ VƏ QAZİLƏRƏ MƏNZİL VERİLDİ
ŞƏHİD AİLƏLƏRİNƏ VƏ QAZİLƏRƏ MƏNZİL VERİLDİ
Şəhid övladı arzusuna çatdı - Abşeronda
Şəhid övladı arzusuna çatdı - Abşeronda
Azərbaycanın haqlı mövqeyini Qoşulmama Hərəkatının timsalında dünyanın 120-dən çox dövləti dəstəklədi
Azərbaycanın haqlı mövqeyini Qoşulmama Hərəkatının timsalında dünyanın 120-dən çox dövləti dəstəklədi
İradə Gülməmmədova Dünya kubokunun qalibi ilə görüşdü
İradə Gülməmmədova Dünya kubokunun qalibi ilə görüşdü
İlham Əliyev Abşeronda DOST Mərkəzinin açılışında iştirak edib-FOTOLAR
İlham Əliyev Abşeronda DOST Mərkəzinin açılışında iştirak edib-FOTOLAR
İŞĞALDAN AZAD EDİLMİŞ TORPAQLARIMIZDA QURBANLAR KƏSİLƏCƏK
İŞĞALDAN  AZAD  EDİLMİŞ TORPAQLARIMIZDA QURBANLAR KƏSİLƏCƏK
Xırdalanda açıq havada idman meydançası yaradıldı – İradə Gülməmmədova əraziyə gəldi
Xırdalanda açıq havada idman meydançası yaradıldı – İradə Gülməmmədova əraziyə gəldi
Şəhid Elşən Müslümovun baralyefinin açılışı olub - Abşeronda
Şəhid Elşən Müslümovun baralyefinin açılışı olub - Abşeronda
Xankəndi ilə bağlı mesaj bütün dünyaya verildi
Xankəndi ilə bağlı mesaj bütün dünyaya verildi
Abşeronda şəhidlərin xatirəsinə futbol turniri keçirilir
Abşeronda şəhidlərin xatirəsinə futbol turniri keçirilir
Şəhid övladlarının arzusu yerinə yetirildi - Abşeronda
Şəhid övladlarının arzusu yerinə yetirildi - Abşeronda
AZƏRBAYCANDA 10 MİNLƏRLƏ YENİ İŞ YERLƏRİ AÇILACAQ
AZƏRBAYCANDA 10 MİNLƏRLƏ YENİ  İŞ YERLƏRİ  AÇILACAQ
Abşeronda şəhid ailələrinə medal və ordenlərin təqdimetməsi keçirilib
Abşeronda şəhid ailələrinə medal və ordenlərin təqdimetməsi keçirilib
Yeni inzibati binaların açılışı olub
Yeni inzibati binaların açılışı olub
Abşeronda fəaliyyət göstərən sahibkarlarla görüş keçirildi
Abşeronda fəaliyyət göstərən sahibkarlarla görüş keçirildi
“AZƏRBAYCAN ORDUSU DÖYÜŞ MEYDANINDA SÖZÜNÜ DEDİ”
“AZƏRBAYCAN  ORDUSU  DÖYÜŞ  MEYDANINDA SÖZÜNÜ  DEDİ”