Absheron Media
Haqqımızda Bizimlə əlaqə

ERMƏNİLƏR O TORPAQLARIN SAHİBİ OLMADIQLARINI ÖZLƏRİ BÜTÜN DÜNYAYA SÜBUT ETDİLƏR

Tarix:18-06-2021, 13:53
Baxış Sayı:111

ERMƏNİLƏR O TORPAQLARIN SAHİBİ OLMADIQLARINI ÖZLƏRİ BÜTÜN DÜNYAYA SÜBUT ETDİLƏR


Azərbaycanın Müzəffər, yenilməz ordusu Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi ilə öz əzəli-əbədi, doğma torpaqlarımızı erməni soyğunçularından təmizləyərək tarixi ədaləti bərpa etdi.

28 il namərd, acgöz, yurdsuz düşmən tapdağı altında qalaraq talan edilib yerlə yeksan edilən vətən torpaqlarımız 44 günlük Vətən müharibəsində işğalçılardan azad edildi.

28 il müddətində bu torpaqlarda heç bir quruculuq işləri görülməmişdi. Əksinə öz yurd-yuvalarından qaçqın düşmüş yerli sakinlərin evləri talan edilib, yerlə yeksan edilmişdi. Azərbaycan xalqının tarixini, etnoqrafiyasını özündə əks etdirən tarixi abidələr uçurulmuş, eksponatlar vandallar tərəfindən mənimsənilmişdir. Yeraltı, yerüstü sərvətləri talan edilmişdir.

Əsası Qarabağ xanlığının banisi Pənahəli xan tərəfindən qoyulmuş Şuşa şəhəri Molla Pənah Vaqifdən başlayaraq ədəbiyyatın mərkəzi olmuşdu. Şuşa dahi bəstəkar Üzeyir Hacıbəyovun, Xurşidbanu Natəvanın, Bülbülün, Rəşid Behbudovun doğulub boya –başa çatdığı doğma diyar olub. Onların heykəlləri belə talançılar tərəfindən güllələnib və oğurlanmışdı.

Ermənilər özləri zəbt etdikləri torpaqlardan çıxarılarkən evləri, meşələri yandırmaqla bütün dünyaya bir daha bu torpaqların həqiqi sahibi olmadıqlarını sübut etdilər.

Ali Baş Komandanımız, Azərbaycan Ordusu bütün dünyaya sübut etdi ki, müharibəni, haqq ədaləti təkcə silahla deyil, güclü siyasətlə, bacarıqla, insan zehni ilə eyni zamanda dürüstlüklə qazanmaq olar.
Bu müharibə bizə dost olan və əks mövqedə olan qüvvələri üzə çıxartdı, bir daha tanıtdı. Qardaş Türkiyə haqq savaşımızın ilk günündən bizə mənəvi dəstək oldu. Hər an yanımızda olacağını söylədi. Bu dəstək Azərbaycan xalqını daha da ruhlandırdı, Qələbəyə inamını artırdı.

1918-ci ildə erməni daşnaqları zaman-zaman olduğu kimi, öz havadarlarının köməyinə arxalanaraq Azərbaycana hücum etmişdilər. Yüzlərlə dinc sakinə, qadına, uşağa işgəncə verərək qətlə yetirmişlər. Erməni daşnakları Bakını ələ keçirməyə də çalışmışlar.

İyun ayının 4-də Müstəqil Azərbaycan Hökuməti ilə Osmanlı dövləti arasında “Qarşılıqlı yardım və dostluq haqqında” müqavilə imzalanmışdı. Bu müqavilə əsasında Osmanlı hökuməti Azərbaycana hərbi yardım göstərməyi öhdəsinə götürmüşdü.
Qafqaz İslam Ordusu Nuru Paşanın rəhbərliyi ilə Bakını işğaldan azad etmişdi. Bakı şəhəri uğrunda gedən döyüşlərdəyüzlərlə 1000-lərlə türk əsgəri və zabiti həlak oldu.Azərbaycan xalqı onları həmişə ehtiramla yad edir.

Bu qırğında 12 mindən artıq türk-azərbaycanlı erməni cinayətkarları tərəfindən qətlə yetirilib.
Bəli, türkün türkdən başqa dostu yoxdur. Türk isə böyük və çoxdur.Türkiyə hökuməti, türk xalqı bu gün də Azərbaycanın yanındadır. Elə 20-ci əsrin əvvələrində Türkiyənin böyük tarixi şəxsiyyəti Mustafa Kamal Atatürkün dediyi kimi: “Azərbaycanın kədəri bizim kədərimiz, sevinci bizim sevincimizdir”.

Bu gün də bu əbədi dostluq, qardaşlıq davam edir və daim davam edəcək, zamanla daha da güclənəcək, möhkəmlənəcək.
Ümummilli Liderimiz də demişdir ki, biz bir millət, iki dövlətik.

Azərbaycan və Türkiyə bu gün də bir yerdədir, bütün dünya ölkələrinə örnək olaraq bir yerdə yeni, xalqlarımızı işıqlı gələcəyə aparan yeni, sərfəli layihələr üzərində işləyir. Bir yerdə bu iki qardaş ölkə yeni tarix yazır.

Qarşıda duran ən prioritet məsələlərdən biri və ən vacibi də Zəngəzur dəhlizinin açılmasıdır.
Zəngəzur dəhlizinin açılması ilə Avrasiyanın nəqliyyat şəbəkəsinə yeni yol əlavə olunacaqdır. Bu region ölkələri arasında ticarət və iqtisadi əlaqələrə müsbət təsir göstərəcək. Türkiyə əsas iqtisadi tərəfdaşlarından olan Azərbaycana quru yol ilə birbaşa çıxış əldə edəcək. Zəngəzur dəhlizi Türkiyə üçün Mərkəzi Avrasiyaya qapı rolunu oynayacaq. Ankaranın türk dünyası ilə iqtisadi əlaqələri gücləndirməsinə imkan verəcək. Bundan başqa bu gün Türkiyə-Qars-Naxçıvan dəmir yolu layihəsi üzərində çalışılır. Bu layihə Naxçıvanla Türkiyəni birləşdirəcək. Növbəti mərhələdə bu dəmir yolunun Zəngəzur dəhlizi vasitəsi ilə Azərbaycanın qərb bölgələri ilə birləşdiriləcək ki, bu da Bakı və Ankara arasında ikitərəfli ticarət əlaqələrinin inkişafına yeni təkan verəcək.

Zəngəzur dəhlizi Rusiya üçün Cənub Qafqaz və qonşu ölkələrə yük daşımalarında əsas marşruta da çevrilə bilər. Rusiya qatarları Azərbaycan ərazisindən- Zəngəzur dəhlizindən keçə, bununla da Ermənistan, Türkiyə, İran və Cənubi Asiya ölkələrinə istiqamətlənə bilər.

Zəngəzur dəhlizinin işə düşməsi ilə iqtisadi əlaqələrin genişlənməsi təkcə iqtisadi mənfəətin qazanılması ilə nəticələnməyəcək, həm də regionun təhlükəsizliyinə, bölgədə sülhə töhfə verəcək.

Şəhla Ağbulud

Avropa İttifaqı bizim üçün yaxın tərəfdaşdır
Avropa İttifaqı bizim üçün yaxın tərəfdaşdır
Abşeronda 2 mindən çox insana Qurban payı verildi
Abşeronda 2 mindən çox insana Qurban payı verildi
Demokratik inkişafı azad mətbuatsız təsəvvür etmək mümkün deyil
Demokratik inkişafı azad mətbuatsız təsəvvür etmək mümkün deyil
ŞƏHİD AİLƏLƏRİNƏ VƏ QAZİLƏRƏ MƏNZİL VERİLDİ
ŞƏHİD AİLƏLƏRİNƏ VƏ QAZİLƏRƏ MƏNZİL VERİLDİ
Şəhid övladı arzusuna çatdı - Abşeronda
Şəhid övladı arzusuna çatdı - Abşeronda
Azərbaycanın haqlı mövqeyini Qoşulmama Hərəkatının timsalında dünyanın 120-dən çox dövləti dəstəklədi
Azərbaycanın haqlı mövqeyini Qoşulmama Hərəkatının timsalında dünyanın 120-dən çox dövləti dəstəklədi
İradə Gülməmmədova Dünya kubokunun qalibi ilə görüşdü
İradə Gülməmmədova Dünya kubokunun qalibi ilə görüşdü
İlham Əliyev Abşeronda DOST Mərkəzinin açılışında iştirak edib-FOTOLAR
İlham Əliyev Abşeronda DOST Mərkəzinin açılışında iştirak edib-FOTOLAR
İŞĞALDAN AZAD EDİLMİŞ TORPAQLARIMIZDA QURBANLAR KƏSİLƏCƏK
İŞĞALDAN  AZAD  EDİLMİŞ TORPAQLARIMIZDA QURBANLAR KƏSİLƏCƏK
Xırdalanda açıq havada idman meydançası yaradıldı – İradə Gülməmmədova əraziyə gəldi
Xırdalanda açıq havada idman meydançası yaradıldı – İradə Gülməmmədova əraziyə gəldi
Şəhid Elşən Müslümovun baralyefinin açılışı olub - Abşeronda
Şəhid Elşən Müslümovun baralyefinin açılışı olub - Abşeronda
Xankəndi ilə bağlı mesaj bütün dünyaya verildi
Xankəndi ilə bağlı mesaj bütün dünyaya verildi
Abşeronda şəhidlərin xatirəsinə futbol turniri keçirilir
Abşeronda şəhidlərin xatirəsinə futbol turniri keçirilir
Şəhid övladlarının arzusu yerinə yetirildi - Abşeronda
Şəhid övladlarının arzusu yerinə yetirildi - Abşeronda
AZƏRBAYCANDA 10 MİNLƏRLƏ YENİ İŞ YERLƏRİ AÇILACAQ
AZƏRBAYCANDA 10 MİNLƏRLƏ YENİ  İŞ YERLƏRİ  AÇILACAQ
Abşeronda şəhid ailələrinə medal və ordenlərin təqdimetməsi keçirilib
Abşeronda şəhid ailələrinə medal və ordenlərin təqdimetməsi keçirilib
Yeni inzibati binaların açılışı olub
Yeni inzibati binaların açılışı olub
Abşeronda fəaliyyət göstərən sahibkarlarla görüş keçirildi
Abşeronda fəaliyyət göstərən sahibkarlarla görüş keçirildi
“AZƏRBAYCAN ORDUSU DÖYÜŞ MEYDANINDA SÖZÜNÜ DEDİ”
“AZƏRBAYCAN  ORDUSU  DÖYÜŞ  MEYDANINDA SÖZÜNÜ  DEDİ”