Absheron Media
Haqqımızda Bizimlə əlaqə

AZƏRBAYCAN HEÇ VAXT İNDİKİ QƏDƏR GÜCLÜ OLMAYIB

Tarix:30-06-2021, 09:15
Baxış Sayı:54

AZƏRBAYCAN  HEÇ VAXT  İNDİKİ  QƏDƏR  GÜCLÜ OLMAYIB


1992-ci ildə erməni silahlı qüvvələri respublikamızın ərazilərinin işğalına istiqamətlənmiş hərbi əməliyyatların miqyasını kifayət qədər genişləndirmişlər. Lakin heç bir beynəlxalq təşkilat hamının gözü qarşısında baş verməkdə olan və beynəlxalq hüquq normalarını kobud şəkildə tapdalayan bu işğalçılıq əməllərinə uzun müddət obyektiv qiymət vermədi.

Müxtəlif dövrlərdə BMT-nin, ATƏT-in, Avropa Birliyinin bu barədə müəyyən qətnamələri, bəyanatları meydana çıxdı, bununla belə, həmin sənədlər münaqişənin həqiqi səbəblərini dəqiq şəkildə qiymətləndirmirdi. Təcavuzkar Ermənistanla təcavüzə məruz qalan, torpaqlarının 20 faizdən çoxu Ermənistan hərbi birləşmələri tərəfindən işğal olunan Azərbaycan arasında heç bir fərq qoymurdular.

Ermənistan lobbisi hər yerdə yalan məlumatlar yayaraq Dağlıq Qarabağ ərazisinin Ermənistana aid olduğunu sübuta yetirməyə çalışırdılar. Onlar Azərbaycan torpaqlarında Ermənistan dövləti yaratmaq niyyətində idilər.

Bir sıra Beynəlxalq Təşkilatların çıxardığı atəşkəs barədə qərarların heç birinə ermənilər əhəmiyyət vermirdi. Əksinə, yeni torpaqlar iddiası ilə dinc əhalini atəşə tutur, əkin sahələrinə və yaşayış evlərinə ziyan vururdular.

Respublika Prezidenti İlham Əliyev: “Beynəlxalq hüquq normaları işləmir. Böyük dövlətlər onlara sərf edən qərarları icra edirlər, sərf etməyən qərarları icra etmirlər. Əks təqdirdə BMT Təhlükəsizlik Şurası tərəfindən qəbul olunmuş və erməni silahlı qüvvələrinin torpaqlarımızdan dərhal çıxarılmasını tələb edən qətnamələr 30 il ərzində kağız üzərində qalmazdı. Beynəlxalq hüquq normaları elə bil kiçik ölkələr üçün yazılıb. Böyük ölkələr buna məhəl qoymaya bilərlər.

Müharibə dövründə bəzi ölkələr, BMT Təhlükəsizlik Şurasının üzvləri BMT Təhlükəsizlik Şurasında bizim əleyhimizə bəzi təşəbbüslər irəli sürmüşdülər və o təşəbbüslərin çox mənfi təsiri ola bilərdi. Bu bir daha Azərbaycana qarşı ədalətsizliyin təzahürü idi. Çünki biz öz torpaqlarımızda vuruşurduq, öz ərazi bütövlüyümüzü bərpa edirdik”.

Cənab Prezidentimiz İlham Əliyevin uğurlu siyasəti nəticəsində Azərbaycan Beynəlxalq müstəvidə uğur qazanmağa başladı. Son illər dünyanın aparıcı beynəlxalq təşkilatları Azərbaycanın mövqeyini dəstəklədilər. Dövlətimizin lehinə bir sıra qərar və qətnamələr qəbul etdilər.

Bir sıra aparıcı beynəlxalq təşkilatlar - BMT, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı Azərbaycanı dəstəklədi. Ölkəmizə qarşı hər an ədalətsiz mövqedə olan Avropa Parlamenti, Avropa Şurası belə həqiqəti qəbul edərək Azərbaycanın maraqlarına cavab verən qərar və qətnamələr qəbul etməyə məcbur oldu.

Artıq bu gün BMT ailəsinin tamhüquqlu üzvü olan Azərbaycan bütün dünyada sülhün və təhlükəsizliyin bərqərar edilməsi naminə yeritdiyi siyasət sayəsində dünya dövlətləri arasında layiqli yer tutmuşdur.

Azərbaycan haqq savaşında qalib gəldi. Öz əzəli-əbədi, tarixi torpaqlarını erməni işğalçılarından azad etdi.

Bu müharibə Azərbaycana bir daha ona dost və tərəfdaş olan ölkələri daha yaxından tanımağa imkan verdi.

2-ci Qarabağ Müharibəsi Azərbaycanın qələbəsi ilə başa çatdı. Ermənistan ordusu məhv edildi.
Ermənistan rəhbərliyi məğlub olduğunu anlayaraq məcbur olub kapitulyasiya aktı imzaladı.
Bu müharibədə ermənilərin 336 tankı məhv edilib, ya da qənimət kimi götürülüb. Səkkiz S-300 qurğusu və hava hücumuna qarşı digər artilleriya qurğuları da məhv edilib.

Azərbaycanın bu ağır günlərində - öz torpaqlarını quldur erməni silahlı birləşmələrindən təmizləmək anında yanında dost, qardaş Türkiyə ilə yanaşı Pakistan da oldu. Odur ki, Azərbaycan siyasi dairələrdə Pakistan hökümətinə dəstək verir. Pakistan isə Azərbaycanla müttəfiqliyi daha da gücləndirmək niyyətindədir.

Bu gün güclü, qalib Azərbaycanla dostluq etmək, əlaqələr qurmaq, əməkdaşlıq etmək istəyən bir çox ölkələr vardır. Və belə ölkələrin sayı 2-ci Qarabağ müharibəsindən sonra durmadan artır.

Artıq Müzəffər Ordumuz tərəfindən işğaldan azad edilmiş torpaqlarımızda abadlıq-quruculuq işləri görülür.Yollar çəkilir, tarixi, mədəniyyət abidələrimiz, məscidlərimiz bərpa olunur. Tikinti işləri gedir. Bir çox ölkələr bu tikinti, abadlıq, quruculuq işlərində iştirak edir. Bu nəhəng quruculuq işlərində iştirak etmək istəyən ölkələrin də sayı artmaqdadır.

Bəli, Azərbaycan bu gün çox güclü ölkəyə çevrilib və heç vaxt indiki qədər güclü olmayıb.

Ermənistan isə özgə torpaqlarını mənimsəməyə cəhd göstərməklə iqtisadi tərəfdən zəifləmiş, tamamilə təcrid olunmuş və sonda heç nəyə nail ola bilməmişdi.

Ermənistan hökuməti başqa yerlərdən erməniləri gətirib işğal etdikləri Azərbaycan torpaqlarında yerləşdirdi. Bu gün yad torpaqlarda məskunlaşmış və artıq o yerləri tərk edən erməni ailələri acınacaqlı vəziyyətdədirlər. Ermənistan respublikası isə onlara heç bir yardım göstərə bilmir, çünki Ermənistanın özünün bu gün yardıma ehtiyacı var.
Respublika Prezidenti İlham Əliyev: “Ermənistan dərk etməlidir ki,

Azərbaycan bundan sonra da güclənəcək. O cümlədən bizim hərbi gücümüz artacaq. Müharibədən sonra artıq müvafiq göstərişlər verildi, yerli kontraktlar imzalandı, yeni silahların, texnikanın, müasir texnologiyaların əsasında texnikanın alınması prosesi başlamışdır. Silahlı qüvvələrimizin struktur islahatları təsdiqləndi. Silahlı Qüvvələrimizin, Ordumuzun say tərkibi artırılacaq. İkinci Qarabağ Müharibəsinin nəticələrini və gedişatını düzgün təhlil edərək, öz hərbi gücümüzü artıracağıq. Ermənistanın isə, əgər onlar yenə də bizə qarşı düşmənçilik siyasətindən əl çəkməsələr, nəinki hərbi gücünü, nəinki dağılmış, məhv edilmiş ordusunu bərpa etmək imkanı olmayacaq, eyni zamanda, iqtisadi fəallığı bərpa etmək imkanları da çox məhduddur”.

Şəhla Ağbulud

Avropa İttifaqı bizim üçün yaxın tərəfdaşdır
Avropa İttifaqı bizim üçün yaxın tərəfdaşdır
Abşeronda 2 mindən çox insana Qurban payı verildi
Abşeronda 2 mindən çox insana Qurban payı verildi
Demokratik inkişafı azad mətbuatsız təsəvvür etmək mümkün deyil
Demokratik inkişafı azad mətbuatsız təsəvvür etmək mümkün deyil
ŞƏHİD AİLƏLƏRİNƏ VƏ QAZİLƏRƏ MƏNZİL VERİLDİ
ŞƏHİD AİLƏLƏRİNƏ VƏ QAZİLƏRƏ MƏNZİL VERİLDİ
Şəhid övladı arzusuna çatdı - Abşeronda
Şəhid övladı arzusuna çatdı - Abşeronda
Azərbaycanın haqlı mövqeyini Qoşulmama Hərəkatının timsalında dünyanın 120-dən çox dövləti dəstəklədi
Azərbaycanın haqlı mövqeyini Qoşulmama Hərəkatının timsalında dünyanın 120-dən çox dövləti dəstəklədi
İradə Gülməmmədova Dünya kubokunun qalibi ilə görüşdü
İradə Gülməmmədova Dünya kubokunun qalibi ilə görüşdü
İlham Əliyev Abşeronda DOST Mərkəzinin açılışında iştirak edib-FOTOLAR
İlham Əliyev Abşeronda DOST Mərkəzinin açılışında iştirak edib-FOTOLAR
İŞĞALDAN AZAD EDİLMİŞ TORPAQLARIMIZDA QURBANLAR KƏSİLƏCƏK
İŞĞALDAN  AZAD  EDİLMİŞ TORPAQLARIMIZDA QURBANLAR KƏSİLƏCƏK
Xırdalanda açıq havada idman meydançası yaradıldı – İradə Gülməmmədova əraziyə gəldi
Xırdalanda açıq havada idman meydançası yaradıldı – İradə Gülməmmədova əraziyə gəldi
Şəhid Elşən Müslümovun baralyefinin açılışı olub - Abşeronda
Şəhid Elşən Müslümovun baralyefinin açılışı olub - Abşeronda
Xankəndi ilə bağlı mesaj bütün dünyaya verildi
Xankəndi ilə bağlı mesaj bütün dünyaya verildi
Abşeronda şəhidlərin xatirəsinə futbol turniri keçirilir
Abşeronda şəhidlərin xatirəsinə futbol turniri keçirilir
Şəhid övladlarının arzusu yerinə yetirildi - Abşeronda
Şəhid övladlarının arzusu yerinə yetirildi - Abşeronda
AZƏRBAYCANDA 10 MİNLƏRLƏ YENİ İŞ YERLƏRİ AÇILACAQ
AZƏRBAYCANDA 10 MİNLƏRLƏ YENİ  İŞ YERLƏRİ  AÇILACAQ
Abşeronda şəhid ailələrinə medal və ordenlərin təqdimetməsi keçirilib
Abşeronda şəhid ailələrinə medal və ordenlərin təqdimetməsi keçirilib
Yeni inzibati binaların açılışı olub
Yeni inzibati binaların açılışı olub
Abşeronda fəaliyyət göstərən sahibkarlarla görüş keçirildi
Abşeronda fəaliyyət göstərən sahibkarlarla görüş keçirildi
“AZƏRBAYCAN ORDUSU DÖYÜŞ MEYDANINDA SÖZÜNÜ DEDİ”
“AZƏRBAYCAN  ORDUSU  DÖYÜŞ  MEYDANINDA SÖZÜNÜ  DEDİ”