Absheron Media
Haqqımızda Bizimlə əlaqə

AZƏRBAYCANDA 10 MİNLƏRLƏ YENİ İŞ YERLƏRİ AÇILACAQ

Tarix:4-07-2021, 16:01

AZƏRBAYCANDA 10 MİNLƏRLƏ YENİ  İŞ YERLƏRİ  AÇILACAQ

44 günlük vətən müharibəsində cənab Ali Baş Komandanımız İlham Əliyevin uzaqgörən siyasəti, nizam-intizamlı rəşadətli ordumuzun qəhrəmanlığı nəticəsində Azərbaycan möhtəşəm qələbə çaldı. Tarixi torpaqlarımız geri qaytarıldı. Haqq-ədalət bərqərar oldu.

2-ci Qarabağ müharibəsində qalib gəldik, əksər ölkələr bizi dəstəklədi, Qarabağın tarixən Azərbaycan torpaqları olduğunu demək olar ki, bütün dünya qəbul etdi. Artıq işğaldan azad olunan şəhərlərimiz bərpa olunur, yeni qəsəbələr salınır, ərazilər minalardan təmizlənir, on illərlə doğma el-obalarından ayrı düşmüş qaçqın və köçkünlərimiz sevinclə yurd-yuvasına qayıtmağa hazırlaşır.
Müharibə vaxtı da, müharibədən sonrakı dövrdə də xalq öz Prezidenti ilə bir olub.

Azərbaycanda siyasi sabitlik artıq tamamilə təmin olunub. Bu investorlar və Azərbaycana sərmayə qoymaq istəyən, Azərbaycan ərazisini Azad İqtisadi Zona kimi istifadə edərək bununla bərabər tranzit zona kimi istifadə etmək istəyən böyük xarici şirkətlər üçün şərait yaradır.

1917-ci ilin oktyabr ayında Bakı-Tbilisi-Qars Dəmir yolunun çəkilməsi ilə bağlı böyük bir layıhə başa çatıb. Artıq Avropadan Asiyaya, Asiyadan Avropaya daşınan yüklərin önəmli hissəsi bilavasitə Bakı-Tbilisi-Qars Dəmir yolu ilə həyata keçirilir. Bu proses Ələt istiqamətində də çox böyük əhəmiyyət kəsb edir.

Bu günlərdə Ələt Azad İqtisadi Zonasının təməlqoyma mərasimi keçirilib. Təməlqoyma mərasimizdə Azərbaycanın Dövlət Başçısı cənab İlham Əliyev iştirak edib.

Ümumi sahəsinin 1000 hektara yaxın nəzərdə tutulan İqtisadi Zonanın 60 hektarında layihələndirmə işləri artıq başa çatıb.
Təməlqoyma mərasimində Prezident İlham Əliyev öz çıxışında qeyd edib ki, biz Ələti ona görə seçmişik ki, münbit və əkinə yararlı olmayan böyük bir ərazisi var. Eyni zamanda bilavasitə Dəniz Limanı Ələt Beynəlxalq Limanının orada yerləşməsi və dəmir yolu nəqliyyatı ilə Bakı-Tbilisi-Qars yolu ilə Asiyadan Avropaya, Avropadan Asiyaya daşınan bütün yüklərin o liman vasitəsi ilə keşməsi belə bir imkan və mükəmməl şərait yaradır ki, Azad İqtisadi Zona da bu ərazidə yerləşsin.

Ələtdə iki zona bir yerdə fəaliyyər göstərəcək. Onlardan biri Azad ticarət zonasıdir, o da Ələtdə yerləşəcək. Beynəlxalq dəniz limanının orada olması imkan verir ki, məhz buradan Azad Ticarət Zonası kimi də istifaddə edilsin. Eyni zamanda da ölkənin ixrac potensialını artırmaq üçün sənaye istehsalı, innovasiyanın, yüksək texnologiyanın tətbiqi ilə İstehsal Xüsusi İqtisadi Zonası da yaradılır.
Bu ideya var idi və çoxdan müzakirə olunurdu. Bu sahənin yaradılması Azərbaycanda qeyri neft sektorunun inkişafına xidmət göstərmək üçün nəzərdə tutulmuşdur. Hələ 2018-ci ildə Ələt Azad İqtisadi Zonası ilə bağlı qanun qəbul edilmişdi, lakin hələ ölkəmiz buna hazır deyildi, Vaxtını, zamanını gözləyirdi.

Artıq Dağlıq Qarabağ probleminin həlli, bu münaqişənin demək olar ki, kökündən həll olunması və bir sıra əlverişli məsələlər xarici investorları buraya cəlb etməlidir.

Bu gün xarici investorlar ən çox neft-qaz sahəsinə investisiya qoyurlar. Bu sahəyə, yəni qeyri neft sektoruna qoyulan sərmayə daha çox dövlət sərmayəsidir və yaxud da ki, yerli şirkətlərin sərmayəsidir.

Bu sahəyə investisiya qoymaq üçün xarici investorları tezliklə cəlb etmək lazımdır. Odur ki, Azad İqtisadi Zonanın rəhbərliyi bu işi tezləşdirmək üçün Azərbaycanda, eyni zamanda xarici ölkələrdə mütəmadi olaraq tədbirlər keçirməyi planlaşdırıb. Eyni zamanda bir sıra xarici ölkələrə nümayəndələr göndərmək və bununla bərabər digər ölkələrdən də potensial investorlar cəlb etmək nəzərdə tutulub.
Cənab Prezidentimiz İlham Əliyev tərəfindən də göstəriş verilərək bütün xarici ölkələrdəki səfirliklərimizə tapşırılıb ki, səfirliklər həmin ölkələrdə potensial investorlarla əlaqə yaradaraq onları məlumatlandırsınlar və bu işə cəlb etsinlər.
Respublika Prezidenti İlham Əliyev çıxışında demişdir: “Bu gün ilkin şərtlərdən biri də budur ki, investorlar məhz bu sahəyə cəlb edilsinlər.
Dünya Bankının “Doing Business” hrsabatında Azərbaycan 190 ölkə arasında 28-ci yerə layiq görülüb. Bu dünya miqyasında çox böyük nailiyyətdir. Azərbaycan bir çox inkişaf etmiş ölkələri bu parametrlər üzrə qabaqlayıb, gözəl investisiya iqlimi investorları cəlb etmək üçün əlbəttə ki, əsas şərtlərdən biridir. Digər vacib məsələ, müasir infrastrukturun mövcudluğudur. Bu infrastruktur son illər ərzində ardıcıl şəkildə yaradılıb. Bu gün yenə də beynəlxalq mötəbər qurumlara istinadla deyə bilərik ki, bu sahədə də böyük uğurlar əldə edilib. Potensial investorlar ilk növbədə dünya Bankının “Doing Business” hesabatına baxırlar, eyni zamanda, Davos Ümumdünya İqtisadi Forumunun reytinq cədvəlinə baxırlar. Hər iki yerdə Azərbaycanın üstünlüyü göz qabağındadır. İnfrastruktur layihələrinin səviyyəsinə görə, elektrik təchizatı sahəsində Azərbaycan Davos Forumunun hesabatında dünya miqyasında ikinci yerdədir. Təsəvvür edin. Dünya miqyasında ikinci yerdə. Dəniz yolunun xidmətlərinin səmərəliliyinə görə 11-ci yerdə, Hava Nəqliyyatının səmərəliliyinə görə 12-ci yerdə, Avtomobil yollarının keyfiyyətinə görə 24-27-ci yerləri bölüşür, Xəzər Gəmiçiliyi, gəmiçilik xidmətlərinə görə 25-ci yerdədir. Bütün bunlar Azərbaycanın əldə etdiyi böyük uğurlardır”.
Bəli, Azərbaycan son illər ərzində yeni, möhtəşəm uğurlara imza atır. Siyasətdə, iqtisadiyyatda, təhsildə, neft və qeyri neft sahələrində uğurla irəliləyir.

Azərbaycan bu gün dünyanın ən təhlükəsiz ölkələrindən biridir. Dövlət xətti ilə minlərlə gənclərimiz dünyanın aparıcı ali məktəblərində təhsil alıb. Onların əksəriyyəti Azərbaycanda çalışır. Hər bir sahə üzrə Azərbaycanda yüksək səviyyəli mütəxəssislər var.

1994-cü ildən bəri konfranslarda imzalanmış heç bir sənəddə Azərbaycan tərəfində dəyişiklik edilməmiş, dəqiqliklə yerinə yetirilmişdir.
Respublikamızda içtimai-siyasi sabitlikdır. Xalq və Prezident birdir. Bütün bunlar şərtdir və bütün bu faktlar investorları cəlb edəcəkdir. Artıq bir ildən sonra Zona investorları qəbul etməyə hazır olacaq. Azad, firavan Azərbaycanda 10 minlərlə yeni iş yerləri açılacaq. Bu da respublikamızda işsizliyi aradan qaldıracaq.

Şəhla Ağbulud

"Dördüncü dəfədir ki, bayram tonqalını azad edilmiş Qarabağda qalayıram" - Prezident
Azərbaycan-Gürcüstan münasibətləri tarixi köklərə söykənir
Azərbaycan-Gürcüstan münasibətləri tarixi köklərə söykənir
Azərbaycan-NATO tərəfdaşlığının 30 ildən artıq davam edən uzun tarixi var
Azərbaycan-NATO tərəfdaşlığının 30 ildən artıq davam edən uzun tarixi var
Sabahdan Azərbaycanda 7 günlük Novruz tətili başlayır
Sabahdan Azərbaycanda 7 günlük Novruz tətili başlayır
Prezident İlham Əliyev Xankəndi şəhərində Novruz tonqalını alovlandırıb və Azərbaycan xalqını bayram münasibətilə təbrik edib
Prezident İlham Əliyev Xankəndi şəhərində Novruz tonqalını alovlandırıb və Azərbaycan xalqını bayram münasibətilə təbrik edib
Abşeron rayonunda Çanaqqala Zəfərinin 109-cu ildönümü qeyd edilib
Abşeron rayonunda Çanaqqala Zəfərinin 109-cu ildönümü qeyd edilib
Novruz bayramı xalqımızın milli kimliyini təcəssüm etdirir
Novruz bayramı xalqımızın milli kimliyini təcəssüm etdirir
Abşeronda Novruz bayramı böyük izdihamla qeyd olundu
Abşeronda Novruz bayramı böyük izdihamla qeyd olundu
XI Qlobal Bakı Forumu qlobal problemlərin müzakirə olunduğu platformadır
XI Qlobal Bakı Forumu qlobal problemlərin müzakirə olunduğu platformadır
Azərbaycan davamlı inkişaf edən ölkədir
Azərbaycan davamlı inkişaf edən ölkədir
Azərbaycan-Qazaxıstan münasibətləri yeni mərhələdə
Azərbaycan-Qazaxıstan münasibətləri yeni mərhələdə
Abşeronda “Narkomanlığa qarşı mübarizədə mənəvi dəyərlərin rolu” mövzusunda tədbir keçirilib
Abşeronda “Narkomanlığa qarşı mübarizədə mənəvi dəyərlərin rolu” mövzusunda tədbir keçirilib
Azərbaycanda siyasi sistemin formalaşdırılması və gücləndirilməsi üçün yeni qanunvericilik təşəbbüsləri lazımdır
Azərbaycanda siyasi sistemin formalaşdırılması və gücləndirilməsi üçün yeni qanunvericilik təşəbbüsləri lazımdır
Dövlət müstəqilliyimizin bərpasından sonra Azərbaycan qadını dövlət quruculuğu prosesinin fəal iştirakçısına çevrildi
Dövlət müstəqilliyimizin bərpasından sonra Azərbaycan qadını dövlət quruculuğu prosesinin fəal iştirakçısına çevrildi
Abşeron rayonunda şəhid ailələrinin xanım üzvləri üçün “8 Mart - Qadınlar Günü” münasibəti ilə bayram tədbiri keçirilib
Abşeron rayonunda şəhid ailələrinin xanım üzvləri üçün “8 Mart - Qadınlar Günü” münasibəti ilə bayram tədbiri keçirilib
Azərbaycan Prezidenti “Euronews” televiziyasına verdiyi müsahibəsində önəmli məsələləri diqqətə çatdırdı
Azərbaycan Prezidenti “Euronews” televiziyasına verdiyi müsahibəsində önəmli məsələləri diqqətə çatdırdı
Abşerondakı “Şəfəq” yaşayış məntəqəsinə qəsəbə statusu veriləcək
Abşerondakı “Şəfəq” yaşayış məntəqəsinə qəsəbə statusu veriləcək
FHN bayram tonqalları ilə əlaqədar yenidən əhaliyə müraciət edib
FHN bayram tonqalları ilə əlaqədar yenidən əhaliyə müraciət edib
Bu gün od çərşənbəsidir
Bu gün od çərşənbəsidir