Absheron Media
Haqqımızda Bizimlə əlaqə

Şəhid övladlarının arzusu yerinə yetirildi - Abşeronda

Tarix:5-07-2021, 12:08
Baxış Sayı:44

Şəhid övladlarının arzusu yerinə yetirildi - Abşeronda

Abşeron Rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədovanın tapşırıq və tövsiyələrinə uyğun olaraq rayon ərazisində yaşayan şəhid ailələrinə böyük diqqət və qayğı göstərilir, onların övladlarına fərdi yanaşılaraq istək və arzuları dinlənilir. Bununla bağlı RİH tərəfindən həyata keçirilən “Hərəyə bir şəhid övladı sevindirək” layihəsi uğurla davam etdirilir. RİH-in əməkdaşı Seymur Qasımov layihə çərçivəsində görülən işlər barəsində danışarkən məlumat verib ki, şəhid Paşayev Daşdəmir Əlizaman oğlunun həyat yoldaşı Günay Paşayeva ilə əlaqə saxlanılıb, övladlarıının istəkləri öyrənilib. Qəhrəmanımızın qızlarının birinin “rolik”, digərinin isə “musiqili mikrafon” istədiyi müəyyən edilib.

Xırdalan şəhər 23 saylı körpələr evi-uşaq bağçasının kollektivi tərəfindən “rolik” və “musiqili mikrafon” ailəyə təqdim edilib. Eyni zamanda şəhidin qızı Zeynəbin doğum günü olması nəzərə alınaraq ona əlavə olaraq xüsusi hədiyyə verilib və beləliklə də şəhid övladlarının arzuları yerinə yetirilib.

Şəhidin həyat yoldaşı Günay Paşayeva göstərilən diqqət və qayğıya görə təşəkkürünü bildirib. Bu layihə ilə uşaqların sevindirildiyini qeyd edərək həyata keçirilən müsbət əməlin əhəmiyyətindən danışıb.

Qeyd edək ki, Paşayev Daşdəmir Əlizaman oğlu 1982-ci ildə yanvarın 28-də Bakı şəhərində anadan olub. 1988-1996-cı illərdə orta təhsilini Nizami rayonu 250 saylı məktəbdə alıb. VIII sinifi bitirdikdən sonra Cəmşid Naxşıvanski adına Hərbi liseyə daxil olub. 1999-2003-cü illərdə Ali Hərbi Məktəbi uğurla başa vurub. Orada təhsil aldığı mütdətdə baş leytenanta qədər yüksəlib. Daha sonra İsveçrədə 6 ay xüsusi təyinatlı kəşfiyatçı kursu keçib bitirdikdən sonra Xüsusi Təyinatlı Qüvvələrdə xitmət göstərib. Bir müddətdən sonra bəzi səbəblərdən hərbidən ayrılıb. Vətən Müharibəsi başlayan kimi hərbi komissarlığa gedərək könüllü şəkildə cəbhəyə yollanıb. 27 sentyabr - 7 oktyabr tarixlərində Daşdəmir Paşayev hər gün hərbi komissarlığın qarşısında cəbhəyə göndərmələrini tələb edib. Onun dörd övladı olduğun üçün ilk tələbləri uğursuz olur. Amma Daşdəmirin vətənpərlik ruhu hər şeydən üstün idi. İsrarlı tələblərindən sonra istəyinə çatır və Qarabağda gedən döyüşlərə qatılır.

Cəldliyinə və çevikliyinə görə səngər yoldaşları Daşdəmir Paşayevi “Vəhşi pişik” deyə çağırırdılar. Düşmənlə əlbəyaxa döyüşməyi hər zaman arzulayan qəhrəmanımız öz arzusuna Şuşada çatıb. Şuşanın azad edilməsi istiqamətində gedən döyüşlərdə düşmənlə üz-üzə gəlib əlbəyaxa döyüşə girib. 23 günlük şərəfli döyüş yolunda böyük şücaitlər göstərib. 30 oktyabr tarixində düşmənin amansız snayperinə tuş gəlib. Başından aldığı güllə yarası nəticəsində şəhidlik zirvəsinə ucalıb. Noyabrın 9-da İkinci Fəxri xiyabanda defn edilib.

Allah rəhmət eləsin.

Şəhid övladlarının arzusu yerinə yetirildi - Abşeronda
Şəhid övladlarının arzusu yerinə yetirildi - Abşeronda
Şəhid övladlarının arzusu yerinə yetirildi - Abşeronda
Şəhid övladlarının arzusu yerinə yetirildi - Abşeronda
Şəhid övladlarının arzusu yerinə yetirildi - Abşeronda
Şəhid övladlarının arzusu yerinə yetirildi - Abşeronda
Şəhid övladlarının arzusu yerinə yetirildi - Abşeronda
Şəhid övladlarının arzusu yerinə yetirildi - Abşeronda

Avropa İttifaqı bizim üçün yaxın tərəfdaşdır
Avropa İttifaqı bizim üçün yaxın tərəfdaşdır
Abşeronda 2 mindən çox insana Qurban payı verildi
Abşeronda 2 mindən çox insana Qurban payı verildi
Demokratik inkişafı azad mətbuatsız təsəvvür etmək mümkün deyil
Demokratik inkişafı azad mətbuatsız təsəvvür etmək mümkün deyil
ŞƏHİD AİLƏLƏRİNƏ VƏ QAZİLƏRƏ MƏNZİL VERİLDİ
ŞƏHİD AİLƏLƏRİNƏ VƏ QAZİLƏRƏ MƏNZİL VERİLDİ
Şəhid övladı arzusuna çatdı - Abşeronda
Şəhid övladı arzusuna çatdı - Abşeronda
Azərbaycanın haqlı mövqeyini Qoşulmama Hərəkatının timsalında dünyanın 120-dən çox dövləti dəstəklədi
Azərbaycanın haqlı mövqeyini Qoşulmama Hərəkatının timsalında dünyanın 120-dən çox dövləti dəstəklədi
İradə Gülməmmədova Dünya kubokunun qalibi ilə görüşdü
İradə Gülməmmədova Dünya kubokunun qalibi ilə görüşdü
İlham Əliyev Abşeronda DOST Mərkəzinin açılışında iştirak edib-FOTOLAR
İlham Əliyev Abşeronda DOST Mərkəzinin açılışında iştirak edib-FOTOLAR
İŞĞALDAN AZAD EDİLMİŞ TORPAQLARIMIZDA QURBANLAR KƏSİLƏCƏK
İŞĞALDAN  AZAD  EDİLMİŞ TORPAQLARIMIZDA QURBANLAR KƏSİLƏCƏK
Xırdalanda açıq havada idman meydançası yaradıldı – İradə Gülməmmədova əraziyə gəldi
Xırdalanda açıq havada idman meydançası yaradıldı – İradə Gülməmmədova əraziyə gəldi
Şəhid Elşən Müslümovun baralyefinin açılışı olub - Abşeronda
Şəhid Elşən Müslümovun baralyefinin açılışı olub - Abşeronda
Xankəndi ilə bağlı mesaj bütün dünyaya verildi
Xankəndi ilə bağlı mesaj bütün dünyaya verildi
Abşeronda şəhidlərin xatirəsinə futbol turniri keçirilir
Abşeronda şəhidlərin xatirəsinə futbol turniri keçirilir
Şəhid övladlarının arzusu yerinə yetirildi - Abşeronda
Şəhid övladlarının arzusu yerinə yetirildi - Abşeronda
AZƏRBAYCANDA 10 MİNLƏRLƏ YENİ İŞ YERLƏRİ AÇILACAQ
AZƏRBAYCANDA 10 MİNLƏRLƏ YENİ  İŞ YERLƏRİ  AÇILACAQ
Abşeronda şəhid ailələrinə medal və ordenlərin təqdimetməsi keçirilib
Abşeronda şəhid ailələrinə medal və ordenlərin təqdimetməsi keçirilib
Yeni inzibati binaların açılışı olub
Yeni inzibati binaların açılışı olub
Abşeronda fəaliyyət göstərən sahibkarlarla görüş keçirildi
Abşeronda fəaliyyət göstərən sahibkarlarla görüş keçirildi
“AZƏRBAYCAN ORDUSU DÖYÜŞ MEYDANINDA SÖZÜNÜ DEDİ”
“AZƏRBAYCAN  ORDUSU  DÖYÜŞ  MEYDANINDA SÖZÜNÜ  DEDİ”