Abşeron rayon icra hakimiyyətinin
başçısının birinci müavini İradə xanım Gülməmmədova bu
günlər respublikanın hər yerində olduğu kimi, Abşeronda da 20
Yanvar faciəsinin iyirmi beşinci ildönümü ilə əlaqədar silsilə tədbirlərin keçirildiyini, şəhidlərin xatirəsinin
ehtiramla yad edildiyini diqqətə çatdırmışdır.
Bildirilmişdir ki, 1990-cı ilin 20 Yanvar günü Azərbaycan tarixində yalnız
qanla yazılmış bir səhifə, faciə deyil, həm də milli məfkurəmizin azadlıq istəyinin
oyanışı günüdür. Azadlığa, müstəqilliyə can atan xalqımız həmin gün
mübarizliyini, əyilməzliyini, məğrurluğunu bir daha nümayiş etdirmişdir.
Qeyd olunmuşdur ki, faciəli günlərdə xalqının azadlığını, şərəf və ləyaqətini hər
şeydən üstün tutan mərd oğul və qızlarımız canlarından keçərək şəhid olmuşlar.
Məhz bu səbəbdəndir ki, xalqımızın qan yaddaşına əbədi həkk olunmuş 20 Yanvar
faciəsi hər il ümumxalq hüzn və qürur günü kimi qeyd edilir.
Görüşün sonunda Abşeron rayon icra
hakimiyyəti tərəfindən şəhid ailələrinə maddi yardım göstərilmişdir.
Şəhid ailələrinin üzvləri və veteranlar onlara
göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını
bildirmişlər.
Baş redaktor: Şamo Əliyev