Azərbaycan Silahlı Qüvvələrinin Müzəffər Ali Baş Komandanı İlham Əliyev düşmən əsarətindən azad edilmiş, üçrəngli bayrağımızın qürurla dalğalandığı əzəli-əbədi torpaqlarımıza artıq 10-cu dəfədir ki, səfər edir.
Dövlət Başçısı və birinci xanım Mehriban Əliyevanın növbəti səfəri dağlar qoynunda yerləşən, havası, suyu, iqlimi ilə seçilən, səfalı yerlərimizdən olan Laçın, Kəlbəcər rayonlarına olub.
Ermənilər digər ərazilərdə olduğu kimi Kəlbəcəri, Laçını da tərk edərkən binaları, su elektrik stansiyalarını dağıdıb yandırıblar. Bu dağıntılar erməni vəhşiliyini, erməni vandallığını bir daha bütün dünyaya sübut edir.
Sevindirici haldır ki, doğma torpaqlarımızda genişmiqyaslı quruculuq işləri gedir. Yollar çəkilir, evlər, məktəblər, içtimai-iaşə obyektləri inşa olunur.
Cənab Prezident azad olunmuş rayonların qısa müddət ərzində elektrik enerjisi ilə təchiz edilməsinə və Azərbaycan enerji sisteminə qoşulmasına xüsusi diqqət yetirir.
Hazırda Kəlbəcər rayonu ərazisində Lev çayı üzərində 4,4 MVT gücündə “Kəlbəcər 1” Kiçik Su Elektrik Stansiyası tamamilə yenidən qurulur, stansiyanın maşın zalı, aqreqatı, generatoru, idarəetmə panelləri, transformatorları yenilənir.
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva 110/35/10 kv-luq “Kəlbəcər” yarımstasiyasının açılışında da iştirak ediblər. Dövlət Başçısı stansiyanı işə salıb.
Gələcəkdə bu stansiyaların sayının 20-ə çatdırılması nəzərdə tutulub.
Dövlət Başçısının sərəncamına əsasən uzunluğu 72,8 kilometr olan Kəlbəcər – Laçın avtomobil yolu tikilir.
Yol üzərində təməli İlham Əliyev tərəfindən qoyulan uzunluğu 3,4 kilometr olan 3 tunelin tikintisinə başlanılıb.
Azad edilmiş ərazilərimizdə quruculuq-abadlıq işlərini əsasən Azərbaycan şirkətləri aparır. Bizim şirkətlərlə yanaşı qardaş Türkiyənin tanınmış şırkətləri də bu quruculuq işlərində fəal iştirak edir.
Respublika Prezidenti İlham Əliyev: “Bu gün ikinci tunelin təməli qoyuldu. Kəlbəcər-Laçın avtomobil yolunda tunel tikiləcək və beləliklə, ikinci tunelin bir müddətdən sonra istifadəyə verilməsi gediş-gəlişi daha da rahat edəcək. Bütün bu bölgənin, Şərqi Zəngəzurun hərtərəfli inkişafı üçün avtomobil yolları xüsusi əhəmiyyət daşıyır. Azad edilən torpaqların investisiya proqramı tutulanda mənim göstərişimlə məhz tunellər də layihəyə salınmışdır, o cümlədən Şuşaya gedən yolda və burada tunellər çəkilməlidir. Bu, bölgənin, Şərqi Zəngəzurun inkişafına lazımdır. İnsanlar buraya qayıdandan sonra artıq Azərbaycanın digər bölgələri ilə çox rahat əlaqəyə malik olacayıq”.
Azərbaycanın Dövlət Başçısı İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Laçın Beynəlxalq Hava Limanının da təməlini qoydular. Tədbirdə çıxış edən Respublika Prezidenti qeyd etdi ki, bu gün azad edilmiş torpaqlarda böyük infrastruktur obyektlərinin təməli qoyulur. Laçın rayonunda beynəlxalq hava limanının tikintisinə start verilir. Bu hava limanının tikintisi mənim tərəfimdən bir müddət əvvəl elan edilmişdir. Demişdim ki, azad edilmiş torpaqlarda üç beynəlxalq hava limanı tikiləcək. Artıq Füzulidə və Zəngilanda bu işlərə start verildi. Füzuli Beynəlxalq Hava Limanı bu ilin sonuna, ya da gələn ilin əvvəllərinə istismara tam hazır olacaq.
Bu hava limanlarının həm yüklər, həm sərnişinlər, eyni zamanda hərbi təyinatı da, təbii ki, göz önündədir. Biz daim hazır olmalıyıq, hərbi infrastruktur yaratmalıyıq və yaradırıq, ocümlədən hava limanı bizim hərbi məqsədimizə də xidmət edəcək.
Laçın rayonunun Qorçu kəndinin ərazisində inşa ediləcək hava limanı bir neçə mühüm amili özündə ehtiva edir:
- Aeroportun tikilməsi ümumilikdə bölgənin sosial-iqtisadi inkişafına təkan verəcək, turizm potensialının artırılmasına səbəb olacaq.
- Laçın hava limanının inşası həm də işğaldan azad edilmiş tarixi torpaqlarımızda aparılan abadlıq-quruculuqişlərinin miqyasını göstərir.
- Laçın aeroportu logistikmərkəzlərin yaradılmasına da töhfə verəcək.
- Laçın hava limanı Azərbaycanın dəniz səviyyəsindən ən hündürdə yerləşən aeroportu olacaq. Uçuş – enmə zolağının uzunluğu 3 kilometr olacaq. Bu hava limanında 6 təyyarə dayanacağının inşası nəzərdə tutulur.
Aeroportdan Laçın şəhərinə məsafə 30 kilometr, Kəlbəcər şəhərinə məsafə isə 60 kilometrdən bir qədər çox, Şuşa şəhərinə məsafə isə 70 kilometrə yaxındır. Gələcəkdə Şuşaya təyyarə ilə getmək üçün həm Füzuli, həm də Laçın hava limanlarından istifadə etmək mümkün olacaq.
Bütün növ təyyarələr, o cümlədənən ağır yük təyyarələri də bu hava limanına enə biləcək. Beləliklə, azad edilmiş bölgələrin-Şərqi Zəngəzurun, Qarabağın bərpası, insanların bu zonaya qaytarılması üçün yeni imkanlar açacaq.
Bu hava limanını inşa edən Azərbaycan şirkəti olacaq.
Zəngilan, Laçın, Füzuli hava limanlarının inşa edilməsi və istismara verilməsi bölgənin canlanmasına gətirib çıxaracaq. Hava limanları sərnişin, yükdaşımaları və hərbi məqsədlər üçün istifadə ediləcək.
Əksər rayonlarımızın, o cümlədən yüksəklikdə yerləşən Şuşa və Laçının işğala məruz qalması AXC və Musavat partiyalarının xəyanəti nəticəsində baş vermişdi. O vaxt hakimiyyət uğrunda mübarizə gedirdi və Şuşa müdafiəsiz qalaraq, demək olar ki, ermənilərə təhvil verildi. Həmin vaxt hakimiyyət böhranı yaşandı və bu vaxt AXC-Müsavat cütlüyü hakimiyyəti qanunsuz yolla zəbt etdi. Hərbi çevriliş törədərək hakimiyyətə gəldi. Həmin qüvvələr hakimiyyətdə olanda ölkədə xaos yaranmışdı, vətəndaş qarşıdurması başlamışdı. Orduda islahat yox dərəcəsində idi. Hətta ordu bir az da zəifləmişdi. Ermənilər torpaqlarımızı işğal edir, xalqımıza qarşı soyqırım törədirdilər, onlar isə əksinə öz əsgərlərimizi cəzalandırırdılar.
Bu gün Azərbaycan Ordusu olduqca güclüdür. Eyni zamanda Müzəffər ölkənin Müzəffər Ordusu kimi ruh yüksəkliyi ilə vətənin keşiyində ayıq-sayıq dayanır. Azərbaycanın tarixi torpaqlarını yağı düşməndən 44 günlük haqq savaşında geri alıb öz sərhədlərini qoruyur. Sərhədçilərimiz öz torpaqlarındadır və bir addım belə geri çəkilmək deyil, lazım gəlsə bir az da irəli gedəcəklər.
Ölkə Prezidenti İlham Əliyev: “Biz öz torpaqlarımızdayıq, Qaragöl də bizimdir, başqa yerlər də bizimdir. Biz gəlmişik. 30 il bu ərazi ermənilərin əlində idi. Əgər o sərhəd onların dediyi yerdən keçirdisə, durardılar o sərhəddə.
Biz düz yerdə durmuşuq, harada lazımdır, orada durmuşuq və əgər istəsək, harada lazım bilsək orada da duracayıq.
Məlumat verildi ki, Müdafiə Nazirliyinin və Sərhəd Qoşunlarının xətti ilə bütünsərhəd boyunca – Murovdağdan ta Araz çayına qədər bütün sərhəd infrastrukturu, hərbi hissələr yaradılır.
Daxili əhəmiyyət daşıyan 700 kilometr uzunluğunda yolların çəkilişi prosesi gedir.
Bu infrastruktur hərbi nöqteyi-nəzərdən bu bölgələrdə daha da möhkəmlənməyə imkan yaradır.
Azərbaycan Ermənistan sərhəddində biz söz sahibiyik. Bu təbiidir və bundan sonra da söz sahibi olacağıq”.
Şəhla Ağbulud