Absheron Media
Haqqımızda Bizimlə əlaqə

Mehriban Əliyevanın xeyirxah missiyası bütün dünyaya bəllidir

Tarix:24-08-2021, 09:52

Mehriban Əliyevanın xeyirxah missiyası bütün dünyaya bəllidir

Azərbaycan qadınının siması olan Heydər Əliyev Fondunun Prezidenti, UNESCO və İSESCO-nun Xoşməramlı səfiri Mehriban xanım Əliyeva dünya miqyasında Azərbaycan qadınının simvoluna çevrilib. O, ölkənin içtimai-siyasi həyatında böyük rol oynayıb. Mehriban xanım Əliyevanın xeyriyyəçi işləri Azərbaycan qadınının necə mərhəmətli, qayğıkeş və içtimaiyyətçi olduğunu bütün dünyaya bəyan edib. Mehriban xanımın layihələri əsasında Azərbaycan səhiyyəsinə, təhsilinə, mədəniyyətinə xüsusi olaraq diqqət yetirilir. Belə ki, uşaq evləri və internat məktəblərinin yenidən qurulması, maddi-texniki bazanın yaxşılaşdırılması, diabet və talassemiyadan əziyyət çəkən insanlara hərtərəfli qayğı göstərilməsi, müasir tələblərə cavab verən yeni məktəb binalarının tikilib istifadəyə verilməsi, zəngin mədəniyyətimizin öyrənilməsi və təbliği üçün həyata keçirilən layihələr Fondun fəaliyyətinin əsas istiqamətini müəyyən edir.

Mehriban Əliyevanın təşəbbüsü ilə Qala Arxeoloji-Etnoqrafik Muzey Kompleksi istifadəyə verilmişdir. Milli Məclisin deputatı kimi Mehriban xanım Əliyevanın təşəbbüsü ilə baş tutan yeni layihə Azərbaycanın tarixi keçmişinin qorunub saxlanılması ilə yanaşı, ölkəmizin turizm mərkəzlərindən birinə çevrilməsinə də xidmət edir. Burada hələ 1988-ci ilə Qala Dövlət Tarix-Etnoqrafiya qoruğu yaradılmşdır. Qoruğun 156 hektar sahəni əhatə edən ərazisində eramızdan əvvəl 3-cü minillikdə XX-ci əsrə qədər dövrə aid kurqanlar, sərdabələr, yaşayış evləri, 4 ovdan, qədim qəsrin qalıqları, 5 məscid, 3 hamam və s. vardır. Bu abidələrin qorunması, eləcə də Abşeron yarımadasında aşkar edilən arxeoloji tapıntılar hesabına qoruğun daha da zənginləşdirilməsi məqsədi ilə 2008-ci ildə Heydər Əliyev Fondunun dəstəyi ilə burada açıq səma altında ilk arxeoloji – etnoqrafik Muzey Kompleksi yaradılmışdır.
Bakının Türkan qəsəbəsində Heydər Əliyev Fondunun təşəbbüsü ilə müasir tələblər səviyyəsində inşa olunmuş Mədəniyyət Mərkəzi də genişmiqyaslı layihələrin davamıdır. Bu binanın ümumi sahəsi 1500 kvadratmetr təşkil edir. Mərkəzdə müxtəlif tədbirlərin keçirilməsi üçün hər cür şərait yaradılıb. Türkan və ətraf qəsəbələrdə yaşayan uşaqlar burada təşkil edilən dərnəklərdə məşğul olacaqlar. Burada şahmat və kompüter dərnəkləri də fəaliyyət göstərir.

Mehriban xanım Əliyeva Milli Məclisin deputatı kimi də xeyli işlər görmüşdür. Belə ki, Xəzər rayonu ərazisində bir sıra əsaslı işlər görmüş, layihələr vermişdir. Xəzər rayonunda gördüyü quruculuq-abadlıq işləri ərazinin görkəmini tamamilə dəyişmişdir. Burada yeni tibb, təhsil, mədəniyyət ocaqları istifadəyə verilmişdir.
Eyni zamanda Mehriban Əliyeva rayonun problemlərinin həllini həmişə diqqətdə saxlayıb. Burada yeni sosial obyektlər tikilib, yollar çəkilib, yeni iş yerləri açılıb. Bu da rayon əhalisi tərəfindən yüksək səviyyədə bəyənilib, alqışlanıb.

Azərbaycanda təhsilin inkişafı daim Mehriban Əliyevanın diqqət mərkəzindədir. Millət vəkili seçildiyi Xəzər rayonunda da Mehriban xanım təhsil müəssisələrinin təmir olunmasını, yeni təhsil ocaqlarının tikilib istifadəyə verilməsini təmin edib. Belə ki, o, rayonda olan 41 məktəbin təmirinə 600 milyon manat vəsait ayırılıb. Heydər Əliyev Fondunun “Yeniləşən Azərbaycana yeni məktəb” proqramı çərçivəsində burada ikimərtəbəli məktəb binası tikilmişdir. Şüvəlan qəsəbəsində də 156 saylı tam orta məktəb yenidən tikilib şagirdlərin istifadəsinə verilib.

Mehriban xanım Əliyeva Milli Olimpia Komitəsinin İcraiyyə Komitəsinin üzvü kimi Azərbaycanda İdmanın inkişafı üçün də yüksək səviyyədə işlər görüb.

Təsadüfi deyil ki, Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban xanım Əliyevaya Avropada idmanın inkişafına göstərdiyi xüsusi xidmətlərə görə Avropa Olimpiya Komitəsinin İcraiyyə Komitəsinin qərarı ilə Avropa Olimpiya Komitələrinin ən yüksək mükafatı olan Ali Orden təqdim edib. Avropa Olimpiya Komitələrinin prezidenti Patrik Hikkinin Mehriban Əliyeva haqqında dedikləri: “Mehriban Əliyeva Milli Gimnastika Federasiyasının prezidenti kimi bir çox Avropa və dünya səviyyəli idman tədbirlərinin keçirilməsinə rəhbərlik edib. Heydər Əliyev Fondununn prezidenti kimi bir çox nəhəng layihələrin həyata keçirilməsinə rəhbərlik edib və dünyanın nüfuzlu mükafatlarına layiq görülüb. UNESCO və İSESCO-nun Xoşməramlı səfiri olan Mehriban Əliyeva Fransa, Pakistan, Serbiya və Polşa prezidentləri tərəfindən ali dövlət mükafatları ilə təltif edilib. Bundan əlavə, Dünya Səhiyyə Təşkilatının mükafatına, “Qızıl ürək” beynəlxalq mükafata və digər mükafatlara layıq görülüb. Birinci Avropa Oyunlarının yüksək səviyyədə təşkilinə görə “Heydər Əliyev” ordeninə layiq görülən Mehriban Əliyevaya Afinada Beynəlxalq Olimpiya Akademiyasının gənc iştirakçılarının 54-cü beynəlxalq sessiyasında Beynəlxalq Olimpiya Akademiyasının “Olumpic Excellence” xüsusi fəxri mükafatı təqdim olunub”.

Birinci vitse prezidentimiz Mehriban xanım Əliyevanın dünyanın mötəbər qurumlarında ölkəmizi təmsil etməsi, ən nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən titul və mükafatlara layiq görülməsi ilə əlbəttə ki, hər bir Azərbaycan vətəndaşı fəxr edir.
Mehriban Əliyeva respublikamızda elmin, maarifin, mədəniyyətin, ədəbiyyatın və incəsənətin tərəqqisi naminə bir sıra ardıcıl tədbirlərin həyata keçirilməsini təşkil edir. Heydər Əliyev Fondunun xətti ilə ölkəmizin görkəmli yazıçı, şair, bəstəkar və alimlərinin yubileyləri keçirilir.

Mehriban xanımın təşəbbüsü ilə ”Dünya irs siyahısı”na bir sıra tarixi abidələrimiz daxil edilmişdi. Muğamlarımızın öyrənilməsi və təbliği sahəsində gördüyü işlər, UNESCO-nun qeyri maddi irsinin şah əsərləri siyahısına muğam və aşıq sənətinin daxil edilməsi, dənizkənarı Milli Parkda dünyada analoqu olmayan Muğam Evinin tikilib istifadəyə verilməsi və s. onun milli-mənəvi dəyərlərimizə bağlı olduğunun təzahürüdür.
Bu gün Qarabağda öz sağlamlağını itirən qazilərə, şəhid ailələrinə və veteranlara Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva tərəfindən də yüksək diqqət və qayğı göstərilir. Müharibədə yaralanan qazilərimiz Heydər Əliyev Fondu tərəfindən yüksək texnologiyalı protezlərlə təmin olunurlar.

Mehriban xanım olduqca qayğıkeş, xeyirxah, böyük ürəyi olan bir insandır. O, həmişə hamıya kömək etməyə, yardım əlini uzatmağa hazırdır. Mehriban Əliyevanın xeyirxah missiyası təkcə özümüzə deyil, bütün dünyaya bəllidir. Bu missiyanın bəhrələri özünü artıq yer üzünün ayrı-ayrı güşələrində də göstərməkdədir.

Şəhla Ağbulud

"Dördüncü dəfədir ki, bayram tonqalını azad edilmiş Qarabağda qalayıram" - Prezident
Azərbaycan-Gürcüstan münasibətləri tarixi köklərə söykənir
Azərbaycan-Gürcüstan münasibətləri tarixi köklərə söykənir
Azərbaycan-NATO tərəfdaşlığının 30 ildən artıq davam edən uzun tarixi var
Azərbaycan-NATO tərəfdaşlığının 30 ildən artıq davam edən uzun tarixi var
Sabahdan Azərbaycanda 7 günlük Novruz tətili başlayır
Sabahdan Azərbaycanda 7 günlük Novruz tətili başlayır
Prezident İlham Əliyev Xankəndi şəhərində Novruz tonqalını alovlandırıb və Azərbaycan xalqını bayram münasibətilə təbrik edib
Prezident İlham Əliyev Xankəndi şəhərində Novruz tonqalını alovlandırıb və Azərbaycan xalqını bayram münasibətilə təbrik edib
Abşeron rayonunda Çanaqqala Zəfərinin 109-cu ildönümü qeyd edilib
Abşeron rayonunda Çanaqqala Zəfərinin 109-cu ildönümü qeyd edilib
Novruz bayramı xalqımızın milli kimliyini təcəssüm etdirir
Novruz bayramı xalqımızın milli kimliyini təcəssüm etdirir
Abşeronda Novruz bayramı böyük izdihamla qeyd olundu
Abşeronda Novruz bayramı böyük izdihamla qeyd olundu
XI Qlobal Bakı Forumu qlobal problemlərin müzakirə olunduğu platformadır
XI Qlobal Bakı Forumu qlobal problemlərin müzakirə olunduğu platformadır
Azərbaycan davamlı inkişaf edən ölkədir
Azərbaycan davamlı inkişaf edən ölkədir
Azərbaycan-Qazaxıstan münasibətləri yeni mərhələdə
Azərbaycan-Qazaxıstan münasibətləri yeni mərhələdə
Abşeronda “Narkomanlığa qarşı mübarizədə mənəvi dəyərlərin rolu” mövzusunda tədbir keçirilib
Abşeronda “Narkomanlığa qarşı mübarizədə mənəvi dəyərlərin rolu” mövzusunda tədbir keçirilib
Azərbaycanda siyasi sistemin formalaşdırılması və gücləndirilməsi üçün yeni qanunvericilik təşəbbüsləri lazımdır
Azərbaycanda siyasi sistemin formalaşdırılması və gücləndirilməsi üçün yeni qanunvericilik təşəbbüsləri lazımdır
Dövlət müstəqilliyimizin bərpasından sonra Azərbaycan qadını dövlət quruculuğu prosesinin fəal iştirakçısına çevrildi
Dövlət müstəqilliyimizin bərpasından sonra Azərbaycan qadını dövlət quruculuğu prosesinin fəal iştirakçısına çevrildi
Abşeron rayonunda şəhid ailələrinin xanım üzvləri üçün “8 Mart - Qadınlar Günü” münasibəti ilə bayram tədbiri keçirilib
Abşeron rayonunda şəhid ailələrinin xanım üzvləri üçün “8 Mart - Qadınlar Günü” münasibəti ilə bayram tədbiri keçirilib
Azərbaycan Prezidenti “Euronews” televiziyasına verdiyi müsahibəsində önəmli məsələləri diqqətə çatdırdı
Azərbaycan Prezidenti “Euronews” televiziyasına verdiyi müsahibəsində önəmli məsələləri diqqətə çatdırdı
Abşerondakı “Şəfəq” yaşayış məntəqəsinə qəsəbə statusu veriləcək
Abşerondakı “Şəfəq” yaşayış məntəqəsinə qəsəbə statusu veriləcək
FHN bayram tonqalları ilə əlaqədar yenidən əhaliyə müraciət edib
FHN bayram tonqalları ilə əlaqədar yenidən əhaliyə müraciət edib
Bu gün od çərşənbəsidir
Bu gün od çərşənbəsidir